27
Xəlil İSMAYILOV
Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı
Tarix elmləri doktoru, professor
KİTABXANALARIN İDARƏ EDİLMƏSİNİN MÜASİR
PROBLEMLƏRİ
Kitabxana işinin intensiv olaraq istiqamətləndirilməsi və onun idarə
edilməsinin təkmilləşdirilməsi əsas məsələlərdən biridir. Bu problemin xüsusilə
vacib olması kitabxana şəbəkələrinin mərkəzləşdirilməsindən sonra daha da
mühüm əhəmiyyət kəsb etdi.
Vahid iri kitabxana müəssisələrinin formalaşması,ərazi
kitabxana
şəbəkələrinin Mərkəzi kitabxana sistemində birləşdirilməsi,
müxtəlif struktur
bölmələrin yaradılması,yeni filial kitabxanalarının fəaliyyətə başlaması, idarə
etmə işində köklü dəyişikliklərin həyata keçirilməsini yeni idarəetmə
formalarının axtarılmasını və bu mürəkkəb prosesin sistemli şəkildə idarə
edilməsini qarşıya qoyur.
Təəssüflər olsun ki, kitabxanaların kütləvi şəkildə fəaliyyət istiqamətinin
dəyişməsi yəni MKS-lərin yaradılması və bu dövrdə digər kitabxanalardan
fərqli olaraq onların idarə edilməsinə lazımı diqqət
verilməməsi MKS-lərin
işində bir sıra çatışmazlıqlara gətirib çıxardı.Əsas çatışmazlıqlar həm ilk
illərdə, həm də indiki zamanda MKS-lərin potensial imkanlarından lazımi
səviyyədə istifadə edilməməsi ilə bağlı olmuşdur.
Bu gün əsas var ki, qeyd edək ki, MKS-lərin idarəçilik fəaliyyətinin
qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi günün tələblərinə tam cavab
vermir.
MKS kimi mürəkkəb bir müəssisənin idarə edilməsi
üçün idarəçiliklə
məşğul olan kadrların xüsusi ixtisas hazırlığına cəlb olunması daim diqqət
mərkəzində olmalıdır.MKS-lərdə problem situasiyaların təhlili göstərir
ki,idarəetmə məsələləri lazımi səviyyədə elmi əsaslara söykənmir,hətta bu
məsələ ilə bağlı elmi ixtisas ədəbiyyatlarında belə yazılara rast gəlinmir.
MKS-lərin idarə edilməsi barədə təlimat xarakterli göstərişlər əksər hallarda
elmi tədqiqatların nəticələri kimi verilmir və ya metodik göstərişlər kitabxana
metodologiyasına əsaslanmır, ona görə də praktikada lazımı səviyyədə tətbiq
olunmur. Məsələn: hələ 1978-ci ildə MKS-lər yaradılarkən qəbul olunmuş
«Mərkəzləşdirilmiş kitabxana sistemlərinin texniki işi» adlı təlimat
sistemin
işinin perspektiv planlaşdırılması yollarını müəyyənləşdirir. Halbuki,
indiyədək MKS-lərin idarə edilməsi məqsədilə heç bir metodik göstəriş
nəzərdə tutulmamışdır. Nəticə etibarı ilə təlimatın ikinci nəşrində
«Mərkəzləşdirilmiş kitabxana sistemlərində işin təşkili» (1985) əsasnaməsində
idarəetmənin perspektiv planlaşdırılması məsələləri ümumiyyətlə çıxarılmışdır.
28
Bütün bunlar göstərir ki, MKS-lərin idarə edilməsində müxtəliffikirlilik
hökm sürür və elmi əsaslara söykənən təkliflərin olmadığından irəli gəlir.
Həmçinin idarəetmə probleminin təhlili göstərir ki, Mərkəzi Kitabxana
Sistemləri yaradılarkən vaxtı ilə kiçik kitabxana kollektivlərində çalışmış,
idarəçilik səriştəsi olmayan işçilər MKS-lərdə rəhbərliyə cəlb
olunmuşdur ki,
bununla bağlı problemlər sonralar özünü büruzə vermişdir. Onlar həm psixoloji
cəhətdən, həm də bir professional mütəxəssis kimi MKS-lərin idarə
edilməsində lazımı səviyyədə iştirak edə bilmədilər. Məntiqi olaraq qeyd
etməliyik ki, bütün bu vəziyyət MKS-lərin idarə edilməsinə öz təsirini
göstərdi.
Nəhayət, MKS-lərin idarə edilməsi təcrübəsini nəzərdən keçirdikdə məlum
olmuşdur ki, bir sıra digər faktorlar da MKS-lərin idarə olunmasında
özünü göstərmişdir. Bunlara misal olaraq kitabxanaçı kadrların ixtisasının
artırılmasında kitabxana təcrübəsi və nəzəriyyəsində
idarəetmə
məsələlərinin lazımi səviyyədə öyrədilməməsi, ayrıca rəhbər işçilər üçün
xüsusi seminar və praktikumların keçirilməməsi də öz təsirini göstərmişdir.
Qeyd etmək lazımdır ki, son illərdə bir sıra elmi-tədqiqat işləri MKS-lərin
idarə olunmasına həsr olunmuş və onların fəaliyyətinin ayrı-ayrı sahələrini
əhatə edir. Xüsusilə Rusiya kitabxanaşünas alimləri, o cümlədən S.A.
Basovanın «Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində məqsədli
idarəetmənin təşkili», A.D.Baçkovanın «Mərkəzləşdirilmiş kütləvi kitabxana
şəbəkələrində kitabxana işçilərinin əmək bölgüsü və onun kooperasiyası»,
T.P.Maleviçin «Mərkəzləşdirilmiş kitabxana şəbəkələrinin idarəetmə
fəaliyyətində ictimaiyyətin iştirakı», bunlardan başqa metodiki və tövsiyə
xarakterli, bir sıra MKS-lərin idarə olunması problemlərinə həsr olunmuş
S.A.Babenkonun, N.İ.Karpovun, S.E.Diyaxovanın, İ.S.Sadrinanın, yazıları çap
olunmuş, bu problemlə bağlı hazırda Rusiya Dövlət Kitabxanasında,
M.E.Saltıkov-Şedrin adına Dövlət Ümumi Kitabxanasında, Moskva Dövlət
Mədəniyyət və İncəsənət Universitetində tədqiqatlar aparılır, lakin MKS-
lərin idarə olunması nəzəriyyəsi
hələ də tam işlənilməmiş, mövcud olan
tövsiyələrdə isə bir sıra mübahisəli problemlər vardır.
Mərkəzləşdirilmiş kitabxana şəbəkələrinin idarə olunması ilə yanaşı böyük
universal elmi kitabxanaların idarə olunması məsələlərinə xüsusi diqqət
verilmiş bir sıra yeni elmi işləmələr hazırlanmışdır. Kitabxanaların idarə
olunmasının təkmilləşdirilməsinə həsr olunmuş elmi tədqiqatlar Rusiya Dövlət
kitabxanası, Rusiya xarici ədəbiyyat kitabxanası, Rusiya EA ümumi elmi
texniki kitabxanasının Sibir şöbəsi və s. iri kitabxanaları tərəfindən
işlənilmişdir. İlk dəfə kitabxanaların idarə edilməsinin təkmilləşdirilməsinə
həsr olunmuş elmi-praktik konfransın əsası 1979-cu
ildə Rusiya Dövlət
Kitabxanası tərəfindən qoyulmuşdur.