76
kateqoriyasının xüsusiyyətləri ilə izah olunur. Ali məktəb kitabxanalarının
başlıca vəzifəsi müəllim və tələbələrin elmi
dünyagörüşünü və ixtisas
biliklərini genişləndirmək, həmçinin kitab üzərində müstəqil, dərindən işləmək
vərdişləri aşılamaq üçün müəllim və tələbələrin elmi ədəbiyyata olan
tələblərini artırmaqdan ibarətdir. Ali məktəb kitabxanaları fəaliyyət
göstərdikləri tədris ocağının əsas profili üzrə,
onun həyata keçirdiyi elmi-
tədqiqat işlərinin mövzuları üzrə elmi ədəbiyyatın daha tam fondunu
cəmləşdirir, bütün kafedra, laboratoriya və bütün elmi kollektiv üçün ən yeni
ədəbiyyat haqqında məlumat verilməsini təşkil edir, habelə xüsusi biblioqrafik
arayışlar tərtib edirlər. Bu xüsusiyyətlər ali məktəb kitabxanalarında
professor
müəllim heyətinə, habelə tələblərə kitabxana və məlumat-biblioqrafiya
xidmətinin təşkili və həyata keçirilməsində özünü parlaq şəkildə büruzə verir.
Bütün bunları nəzərə alaraq Azərbaycan Kənd Təsərrüfatı Akademiyası
kitabxanasında professor-müəllim heyətinə kitabxana və məlumat-biblioqrafiya
xidmətinin təşkili vəziyyətini, bu işin başlıca istiqamətlərini, bu sahədəki
nöqsanları fakt və rəqəmlər şəklində izah etməyə çalışaq.
Bu zaman
kitabxananın 2001-2005-ci illərdəki fəaliyyətini xarakterizə edən fakt və
rəqəmlərə istinad etmək məqsədəuyğun hesab edilmişdir.
Azərbaycan Kənd Təsərrüfatı Akademiyası kitabxanasında oxuculara, daha
doğrusu professor-müəllim heyətinə kitabxana xidmətini izah etmək üçün
aşağıdakı ardıcıllığa riayət ediləcəkdir.
a)
abonement şöbəsinin işi;
b)
qiraət zalında xidmət işi;
c)
məlumat-biblioqrafiya işi;
d)
KAA vasitəsilə xidmət işi;
Məlum olduğu kimi istənilən tip və növdən olan kitabxanaların
funksiyalarının yerinə yetirilməsinin başlıca amili
və əsas şərti kitabxana
fondunun formalaşmasıdır. Buna görə də AKTA-nın kitabxanasında professor-
müəllim heyətinə xidmət işinin təşkili səviyyəsini izah etməzdən əvvəl
kitabxananın fondu onun tərkibi və quruluşu, ümumiyyətlə ali məktəb
kitabxanası kimi kitabxananın funksiyaları haqqında qısaca məlumat vermək
lazımdır.
Azərbaycan Kənd Təsərrüfatı Akademiyası kitabxanasının
fondunun
quruluşu “Ali təhsil müəssisələri kitabxanalarının fondlarının formalaşması
haqqında əsasnamə”yə uyğundur. Əsasnamədə ali məktəb kitabxanaları
fondunun nümunəvi quruluşu aşağıdakı kimi göstərilmişdir.
1.Əsas fond-vahid fondun tərkib hissəsi olmaqla vətən və xarici nəşrlərin
daha tam toplusundan ibarətdir.
2.Yardımçı fond-vahid fondun tərkib hissəsidir və oxucular tərəfindən daha
tez-tez soruşulan ədəbiyyatı əhatə edir. Bu fond oxu zallarında, abonementdə,
soraq-biblioqrafiya və metodiki şöbədə, digər şöbələrdə yaradılır.
77
3.Tədris fondu-yardımçı fondun bir növüdür. Burada tədris prosesinin təşkili
üçün lazım olan bütün tip növdən olan nəşrlər əhatə olunur.
Tədris fondunun
formalaşması ali məktəbin tədris planına və tədris fənlərinin kitab təminatı
normasına müvafiq olaraq həyata keçirilir.
4.Mübadilə fondu-nəşrlərlə mübadilə və ya onları əvəzsiz olaraq başqa
kitabxanalara vermək məqsədiylə yaradılmış fonddur (6).
Qeyd etmək lazımdır ki, 2001-2005-ci illərdə AKTA-nın professor-müəllim
və işçi heyəti göstərilən xidmət istiqamətlərinin hamısı ilə əhatə edilmişdir.
Akademiyada 46 kafedra fəaliyyət göstərir. Bundan əlavə zeytunçuluq üzrə bir
problem laboratoriya, mineral və üzvü gübrələrin və baytarlıqda Naftalan
neftinin tətbiqi üzrə iki sahəvi elmi-tətqiqat laboratoriyası fəaliyyət göstərir.
Akademiyanın tədris təcrübə təsərrüfatı vardır ki, burada da tələbələr tədris
təcrübəsi
keçirilir, alimlər isə müxtəlif təcrübi tətqiqatlar yerinə yetirirlər.
Təbiidir ki, bütün bu işlərin yerinə yetirilməsi səmərəliliyi, həm də əsaslı
kitabxananın fəaliyyətindən onun bu işləri məlumatla nə dərəcədə təmin
etməsindən asılıdır.
2001-ci ildə əsaslı kitabxananın vahid oxucu bileti əsasında 7012 nəfər oxucu
olmuşdur. Onlardan: a) professor-müəllim heyəti-132 nəfər; b) aspirantlar və
elmi işçilər-378 nəfər; c) kənd təsərrüfatı mütəxəssisləri-213 nəfər (8, 2001.- s.
3-4).
Göründüyü kimi, kitabxananın oxucularının çox az bir miqdarını, cəmisi 732
nəfərini Akademiyanın professor-müəllim və işçi heyəti təşkil edir. Bir cəhəti
də qeyd etmək lazımdır ki, əsaslı kitabxananın fondundan şəhərin şəhərin digər
kənd təsərrüfatı mütəxəssisləri də istifadə edirlər. 2001-ci ildə akademiyanın
professor-müəllim heyətinə kafedra və kabinetlərdə 48.587, abonementdə
12.675, oxu zalında isə 24.612 nüsxə elmi və tədris ədəbiyyatı verilmişdir.
Göründüyü kimi kitab verilişinin əsas ağırlığı kafedra
və kabinetlərin üzərinə
düşmüşdür.
2001-ci ildə kitabxananın abonement şöbəsinin 1860 professor-müəllim,
2470 aspirant və magistr gəlişi olmuşdur. Oxu zalı üçün bu rəqəmlər müvafiq
olaraq 1500 və 2000 olmuşdur (8, 2001.- s. 5).
2001-ci ildə akademiyanın professor-müəllim heyətinə və elmi işçilərə 1071
mövzu arayışı verilmişdir ki, onlardanda 836-sı ünvan biblioqrafik, 1092-si isə
faktoqrafik arayışlar olmuşdur.
Kitabxananın bu oxucu qrupuna verdiyi yazılı arayışlar içərisində “Kənd
təsərrüfatı iqtisadiyyatının müasir problemləri”, “Şərabçılığın texnologiyası”
kimi arayışlarla 15-ə yaxın ən yeni elmi-tədris ədəbiyyatı, jurnal məqalələri
əhatə edilmişdir. Bu ildə professor-müəllim və işçi heyəti üçün 8 məlumat,
habelə 4 kafedra günü keçirilmişdir. Məlumat günlərində 264 adda ədəbiyyat
nümayiş etdirilmiş, 193-ü oxumaq üçün götürülmüşdür (8, 2001.- s. 7).