95
nəşrləri meydana çıxarmaqla və onların retrospektiv axtarışında əhəmiyyətli
olan biblioqrafik nəşrlərin buraxılışında bilavasitə iştirak edir.Onun cari
nəşrləri əks etdirdikləri ədəbiyyatı nəşrlərinə görə differensasiyalaşdırmalarına,
məzmun universallıqlarına, həm də statistik məlumat
vermələrinə görə
fərqlənirlər.Palatanın nəşr etdirdiyi retrospektiv göstəricilər
biblioqrafiyalaşdırmanın bilavasitə obyektlərinin məzmun əlamətləri nəzərə
alınmaqla iki qrupda ümumiləşdirilə bilər.Universal çoxcildli («Azərbaycan
kitabı») və ədəbiyyatşünaslıq materiallarına, bədii ədəbiyyata həsr olunmuş
sahəvi vəsaitlər.
M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanası(İndi Milli
Kitabxana)da ümumi biblioqrafik informasiya mənbələrinin yaradılmasında və
nəşrində iştirak edir.Məsələn, «Azərbaycan kitabı» adlı repertuar tipli
göstəricinin 1-ci cildi kitabxananın qocaman əməkdaşı Ə.Əliyev tərəfindən
tərtib olunmuşdur.Kitabxana 1968-ci ildə Respublika Elmi Texniki Kitabxanası
ilə şərikli respublika kitabxanalarına daxil olan xarici mətbuatın toplu
kataloqunu illik şəklində çap etdirir.Azərbaycan EA-nın
Mərkəzi Elmi
Kitabxanası da ümumi biblioqrafik informasiya mənbələrinin yaradılmasına və
nəşrinə təşəbbüs edir. «Azərbaycan dövri mətbuatı(1920-1970)» onun
yaradıcılığının məhsuludur.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının biblioqrafik
fəaliyyətini tarixən nəzərdən keçirsək onun biblioqrafik fəaliyyəti
çoxsahəliliyinə görə fərqlənir.O, respublikamızda tövsiyə biblioqrafiyasının
həm əməli, həm də metodiki mərkəzidir.Mədəniyyət və incəsənət sahələri üzrə
cari biblioqrafik informasiyanı həyata keçirir.Respublika Elmi-Kənd
Təsərrüfatı kitabxanası ilə şərikli, həm də müstəqil olaraq kənd təsərrüfatına
dair yeni ədəbiyyatın operativ biblioqrafik informasiyanı həyata keçirir.Elmi-
köməkçi xarakterli retrospektiv mənbələr də hazırlayıb çapdan buraxır.
F.B.Köçərli adına Respublika Uşaq Kitabxanası, C.Cabbarlı adına
Respublika Gənclər Kitabxanası müvafiq olaraq uşaq və gənclərin maraqlarına
uyğun olan, onların ümumi
peşə və şəxsi təhsillərinə, Milli-mənəvi və əmək
tərbiyəsinə təsir etmək məqsədi güdən biblioqrafik informasiya mənbələri
sistemini formalaşdırmağa ciddi səy göstərir.
Respublika Elmi Pedaqoji Kitabxanası öz profilinə uyğun müxtəlif
mövzularda biblioqrafik informasiya nəşrini planlaşdırır və həyata keçirir.
Azərbaycan Elmi Tədqiqat, Elmi-Texniki Məlumat və Texniki İqtisadi
Tədqiqat institutu da respublikamızda biblioqrafik fəaliyyətin inkişafında
özünəməxsus yer tutur və bu proseslərdə EHM-dən istifadənin ilk
təşəbbüskarlarındandır.
Mübaliğəsiz qeyd etmək olar ki, respublikanın xüsusi
elmi kitabxanalarının elmin, mədəniyyətin və istehsalın ayrı-ayrı sahələrinin
biblioqrafik informasiya təminatına xüsusi təsir göstərirlər.
96
Müasir elmin və texnikanın inkişafına xas differensiasiya və inteqrasiya
prosesləri biblioqrafik fəaliyyətə də öz təsirini göstərir.Elmin daha dar sahələrə
ayrılması, idarəetmə, istehsalat və xidmət sahələrinin ixtisaslaşması
biblioqrafik fəaliyyətin ayrı-ayrı istiqamətlərinin formalaşmasında
da hiss
olunur.
Azərbaycan Respublikasının 1991-ci ilin oktyabr ayında yenidən öz
müstəqilliyini əldə etməsi ölkədə kitabxana işinin və biblioqrafik fəaliyyətin
təşkilində, inkişafında da yeni mərhələnin başlanmasına da səbəb oldu.İctimai
quruluşun dəyişməsi, Milli ənənələrimizə qayıdış sənəd-informasiya
sistemində məzmun dəyişikliyinə, sənəd fondunda
keyfiyyət dəyişikliyinin
aparılmasını, fondun yeni milli və dünya mənəvi dəyərlərini obyektiv, real
faktlarla işıqlandıran sənədlərlə zənginləşdirilməsini zəruriləşdirdi.Müstəqil
Azərbaycan Respublikasının açıq bazar iqtisadiyyatı yolunu seçməsi cəmiyyət
üzvlərinin şüurunda da böyük dəyişiklik yaratdı və bununla onların
informasiya tələbatlarında yeni istiqamətlərin baş verməsinə və
formalaşmasına səbəb oldu.Təbiidir ki, bütün bunlar biblioqrafik fəaliyyətin
qarşısında yeni daha mürəkkəb vəzifələr qoyur.Birinci
ümumi vəzifə sənəd
informasiyasının təşkilinə və həyata keçirilməsinə tamamilə yeni mövqedən
yanaşmaq, xalqımızın beynəlxalq standartlara cavab verəcək səviyyədə
informasiyalaşdırılmasına təsir göstərə bilən mütərəqqi yolları
müəyyənləşdirmək, yeni informasiya texnologiyasından hərtərəfli istifadəyə
nail olmaq lazımdır.
Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra Milli
biblioqrafik fəaliyyətin təşkilati mənsubiyyətində və inkişafında
bəzi yeni
xüsusiyyətlər və istiqamətlər nəzərə çarpır.Bəzi obyektiv və subyektiv səbəblər
üzündən keçid dövrünü yaşayan respublikamızda biblioqrafik fəaliyyətin milli
və bəşəri-mənəvi dəyərlərə əsaslanan müsbət nəticələrlə yanaşı, çox ciddi
çatışmazlıqlar da özünü göstərməkdədir.Bu başlıca beynəlxalq elmimizin
inkişafı üçün lazım olan biblioqrafik informasiya əlaqələrinin
zəifləməsi ilə
əlaqədardır.Məsələn Keçmiş Ümumittifaq Elmi və Texniki İnformasiya
İnstitutunun 130 ölkənin 66 dildə çap olunan elmi ədəbiyyatını əhatə
edən(1,S.162) referativ jurnalları xeyli müddət mühüm kitabxanaları və başqa
informasiya orqanları tərəfindən alınmaması elmi tədqiqatçıları və
mütəxəssisləri biblioqrafik informasiya təminatı baxımından çətin vəziyyətdə
qoymuşdur.Keçid dövrü cari biblioqrafik informasiyanın mütəşəkkilliyinə də
mənfi təsir göstərmişdir.Bu, Respublika Dövlət Kitab Palatasının 1991-ci ildə
cari biblioqrafik informasiya üçün əhəmiyyətli olan «Azərbaycan Mətbuat
Salnaməsi», «Birillik Azərbaycan kitabiyyatı», «Çap kartoçkaları» kimi
nəşrlərinin dayandırılması ilə bağlıdır. Bununla Azərbaycan Respublikasının
ərazisində meydana gələn kitabların və digər mətbu nəşrlərin qeydə alınması və
onların haqqında ardıcıl, sistemli və etibarlı biblioqrafik informasiya verilməsi