100
üçün, Respublikanın Prezidenti cənab İlham Əliyev 11 fevral 2004-cü ildə
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında”
fərman
imzalamışdır (2).
Azərbaycan Respublikasının ayrı-ayrı regionlarının sosial-iqtisadi inkişafına,
ümumilikdə, ölkənin vahid sosial inkişafı strategiyasının ayrılmaz tərkib
hissəsi kimi baxmaq lazımdır.
Regionların sosial-iqtisadi inkişafı dedikdə, sosial-mədəni infrastrukturun
inkişafı, əhalinin həyat və yaşayış səviyyəsinin yaxşılaşdırılması, təhsil və
mədəni səviyyəsinin, dünyagörüşünün formalaşdırılması, dünyəvi biliklərə
yiyələnməsi və s. nəzərdə tutulur.
Son illərin statistik məlumatlarına görə, Avropa İttifaqının üzvü olan indiki
dövlətlərin ərazisində 90.000 kitabxana(11,s.125),
ümumilikdə isə,
YUNESKO-nun məlumatına görə dünyada yarım milyondan artıq kitabxana
fəaliyyət göstərir (10,s.3). Azərbaycan Respublikasında isə 12 mindən çox
kitabxana cəmiyyətin informasiya təminatını həyata keçirir. Bu da dünya
kitabxanalarının 2,4%-i deməkdir. Bütün dünyada, o cümlədən Azərbaycanda
regional kitabxanalar ümumi kitabxana şəbəkələri içərisində mühüm yer tutur.
Ona görə də, bu, kitabxana-informasiya orqanlarının əsas missiyası, yerləşməsi
xüsusiyyətləri, onların informasiya ehtiyatları və bu
ehtiyatlardan yerli əhalinin
səmərəli istifadəsinin təşkili problemlərinin araşdırılması, kitabxanaşünaslıq və
biblioqrafiyaşünaslığın yaranmasına gətirib çıxarmışdır.
Bir sıra əlamətlər: müəyyən ərazinin mənafeyinə tabelik, rayon ərazisində və
onun haqqında nəşr olunmuş sənədlərin toplanması, saxlanması və ictimai
istifadəyə verilməsinə görə məsuliyyət, diyarşünaslıq üzrə biblioqrafik
informasiya resurslarının yaradılması və ondan dünyanın istənilən nöqtəsində
istifadə imkanlarının təmin edilməsi və s. regional kitabxanaların əsas
əlamətlərini formalaşdırır. Regional kitabxanalar yerli mədəniyyətin
bənzərsizliyini, özəlliklərini öyrənən,
onu mühafizə edən, yayan, ümumilikdə
elm, təhsil və mədəniyyət sahəsində dünya prosesləri haqqında informasiyanı
təbliğ edən ən böyük informasiya kanalı kimi oxucularda doğma diyara
məhəbbət, tarixi keçmişə hörmət və qürur hissi tərbiyə edir.
Professor Z.S.Məmmədovun “Regionların iqtisadi inkişaf problemləri”
kitabında qeyd etdiyi kimi, Azərbaycan Respublikasında 10 iqtisadi rayon var:
Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba – Xaçmaz, Aran,
Yuxarı Qarabağ, Kəlbəcər- Laçın, Dağlıq Şirvan, Naxçıvan Muxtar
Respublikası (7).
Gəncə-Qazax iqtisadi rayonu respublikamızın
ikinci ən böyük iqtisadi
rayonudur. Bu iqtisadi rayon çox əlverişli coğrafi relyefdə yerləşməsi, əhalinin
həm dağlıq, həm də dağətəyi zonada məskunlaşması, sənaye və kənd
təsərrüfatının potensial inkişafını sürətləndirmək baxımından diqqəti cəlb edir.
101
İqtisadi rayonun ərazisi 12,5 min kv. km. olub, respublikamızın ərazisinin
14,5%-ni əhatə edir.
Gəncə-Qazax iqtisadi rayonunun əlverişli iqtisadi şəraitinin yeraltı və yerüstü
təbii sərvətinin zənginliyi, istehsalın çoxsahəli inkişafına müsbət təsir göstərir
(7.S.156).
Bu iqtisadi rayonda əhalinin sayı 1,076775 nəfərdir. Bu isə respublikamızın
əhalisinin təqribən 14-15% -ni təşkil edir.
Gəncə-Qazax iqtisadi rayonuna Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir,
Daşkəsən, Göy-göl, Samux, Goranboy inzibati rayonları və Gəncə şəhəri
daxildir.
İqtisadi rayonda məhsuldar qüvvələrin inkişafında, ixtisaslı kadrların
hazırlanmasında əhalinin təhsil bölgüsünün müəyyənləşdirilməsi xüsusi
əhəmiyyət kəsb edir.
Gəncə-Qazax iqtisadi
rayonunun iqlim şəraiti, filiz və qeyri-filiz yataqlarının
zənginliyi, ayrı-ayrı iqtisadi sahələrin inkişafı, yeni istehsal müəssisələrinin
yaradılmasına təkan verir. Ona görə də iqtisadi sahələrdə yaranan dirçəliş
iqtisadi rayonların makro və mikro iqtisadi inkişafına güclü təsir göstərir (7).
Əhalinin təhsil bölgüsünə görə Gəncə şəhəri mühüm yer tutur. Təhsil alanlar
Gəncədə 26,7
min nəfər, Goranboyda 75,8 min nəfər, Qazaxda 71,7 min nəfər,
Ağstafada 65,2 min nəfər, Tovuzda 124,6 min nəfər, Gədəbəydə 75,7 min
nəfər, Şəmkirdə 152,4 min nəfər, Daşkəsəndə 26,9 min nəfər, Göy-göldə 46,8
min nəfər, Samuxda 43,8 min nəfərdir (7.S.59).
Əhalinin elm, təhsil, mədəni səviyyəsinin yüksəldilməsində iqtisadi rayon
daxilində fəaliyyət göstərən kitabxanalar mühüm əhəmiyyət kəsb edir.
Bu kitabxanalar sistemi mürəkkəb quruluşa malikdir və bu sistemdə
mərkəzləşdirilmiş kitabxana sistemləri mühüm yer tutur.
Belə ki, Gəncə-Qazax iqtisadi rayonunun Mərkəzləşdirilmiş Kitabxana
Sistemləri (MKS) aşağıdakılardır: Qazax rayon MKS,
Ağstafa rayon MKS,
Tovuz rayon MKS, Gədəbəy rayon MKS, Şəmkir rayon MKS, Daşkəsən rayon
MKS, Göy-göl rayon MKS, Samux rayon MKS,
Goranboy rayon MKS və
Gəncə şəhər MKS (1). (Bax: Cəd. 1).
Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin yaradıldığı il, əhalinin sayı,
oxucuların sayı, kitabxanaların fondu, filialların sayı, kitabxanada işləyən ali və
orta ixtisaslı işçilərin sayı, orta təhsillilər, texniki işçilər cədvəldə ardıcıllıqla öz
əksini tapmışdır.
İqtisadi rayonda gündüz ümumtəhsil məktəblərinin sayı və onlarda təhsil alan
şagirdlərin sayı əhalinin artım səviyyəsi ilə əlaqədar olaraq ildən ilə artır (7.
S.67) (Bax: Cəd. 2)
Gəncə-Qazax iqtisadi rayonu üzrə sosial infrastrukturun digər sahələrindən
olan kütləvi kitabxanalar və onlarda olan kitabların sayı, insanların istirahətini
təmin edən klub müəssisələrinin sayı mühüm əhəmiyyət kəsb edir (7.S.68).