106
Ölkədə ictimai istehsal proseslərinin əsasını və subyektini
təşkil edən
əhalinin fiziki və zehni cəhətdən inkişaf etmiş hissəsi çoxdursa, həmin ölkə
daha çox məhsuldar insan resurslarına malikdir. İnsanlar sosial idarəetmənin ən
mürəkkəb obyektidir.
Gəncə -Qazax İqtisadi zonasında yerləşən MKS-lərin işçiləri üçün, Gəncədə,
yaxşı olardı ki, ixtisasartırma kursları və ya metodiki mərkəz yaradılsın. Bu
həm maliyyə resurslarına qənaət baxımından, həm də işçilərin peşə biliklərinə
yiyələnməsinin sistemli xarakter alması baxımından əlverişli ola bilər.
Peşə - ixtisas səviyyəsinin yüksəldilməsi milli iqtisadiyyatın kadr (peşə)
potensialının quruluşu və keyfiyyətinə dövlətin təsirinin artırılması, insan
resurslarının ümumi və regional kompleks proqramlarının işlənməsi və həyata
keçirilməsi, həmin resurslardan dolğun və səmərəli istifadə olunmasını təmin
etməkdən ibarətdir (8. S.472-475).
Respublikamızda aparılan islahatların başlıca amilini
ölkənin vətəndaş,
intellektual və peşə potensialı təşkil edir.
Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramının birinci
mərhələsi bu yaxınlarda başa çatmışdır. Belə ki, dövlətin qarşıya qoyduğu
məsələlərin bir çoxunda köklü dəyişikliklər yaradılmış, regionların inkişafının
sürətləndirilməsi, yeni sənaye obyektlərinin, yeni iş yerlərinin açılması,
kitabxana – informasiya tələbatının inkişaf etdirilməsi və cəmiyyətin
tələblərinə cavab verməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
“Azərbaycan Respublikasında kitabxana – informasiya sahəsinin 2008-2013-
cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin 6 oktyabr 2008-ci il tarixli sərəncamı
bir daha göstərdi ki, informasiyalaşmış cəmiyyətdə kitabxanaların rolu
danılmazdır. Bu işdə dövlət qayğısı kitabxana-informasiya
fəaliyyətinin daha
da inkişaf etdirilməsi, cəmiyyətin informasiya təminatının artırılması,
Azərbaycan kitabxanalarının dünyanın inkişaf etmiş qabaqcıl ölkə
kitabxanaları ilə bir səviyyədə durmasını təmin etmək üçün hər bir
mütəxəssisin qarşısına mühüm vəzifələr qoyur.
Gəncə - Qazax İqtisadi rayonunda ali təhsilli kadrların sənayenin, kənd
təsərrüfatının, eləcə də, kitabxanaların inkişaf etdirilməsində çox böyük rolu
vardır. İxtisaslı kadrların yetişdirilməsi, onların elmi potensialından
istifadə
edilməsində özünü büruzə verir. Belə nəticəyə gəlmək olar ki, Gəncə -Qazax
İqtisadi rayonundakı Mərkəzləşdirilmiş Kitabxana Sistemlərində hələ də
kifayət qədər ali və orta ixtisas təhsilli kadrlar azlıq təşkil edir. Belə ki, orta
hesabla 299,342 min nəfər olan Gəncə əhalisinin, təqribən 60,437 nəfəri
kütləvi kitabxana oxucusudur ki, buraya məktəb kitabxanalarının da oxucu
sayını əlavə etsək, 108,528 nəfər edir. Bu da əhalinin ümumi sayının
təqribən
27 %-ni təşkil edir. Belə bir oxucu kütləsinə cəmi 25 nəfər ali və orta ixtisaslı
kitabxanaçı – biblioqraf xidmət göstərir, həmçinin ali və orta qeyri-ixtisas
107
təhsilli 49 nəfər kitabxanaçını da bura daxil etmək lazımdır. Belə ki, 4,341
nəfər oxucuya 1 ixtisaslı kitabxanaçı-biblioqraf xidmət edir. Biz belə misalların
sayını artıra da bilərik. Ancaq regionun ən inkişaf etmiş, iri sənaye şəhəri olan
Gəncənin, timsalında belə bir məsələni qabartmaqla, onu bildirmək istəyirəm
ki, regionun digər rayonlarında belə faktlarla yenə qarşılaşacağıq. Əgər Gəncə
kimi inkişaf etmiş sənaye və kənd təsərrüfatı şəhərində,
belə bir vəziyyət varsa,
deməli ixtisaslı kadr potensialına çox böyük ehtiyac var. Elə ona görə də,
gələcəkdə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində təhsil alan
tələbələrin sayını artırmaqla, eləcə də orta ixtisas təhsili müəssisələrində də
ixtisaslı kadrların hazırlanmasına önəm vermək lazımdır.
Bu iqtisadi rayon üzrə 1.076775 nəfər əhalinin təqribən 587.771 nəfəri
kitabxana oxucularıdır ki, bu da təqribən ümumi əhalinin 30%-ni təşkil edir.
Buradan aydın olur ki, iqtisadi rayon üzrə belə göstəricini qənaətbəxş hesab
etmək olar. Lakin onların informasiya tələbatını ödəmək, inkişaf etmiş
informasiya məkanında, elmi potensiallarını daha
da gücləndirmək üçün,
dövlətimizin göstərdiyi xidmətləri də xüsusi qeyd etmək lazımdır. Belə ki,
“Azərbaycan Respublikasında kitabxana –informasiya sahəsinin 2008-2013-cü
illərdə inkişafı üzrə Dövlət Proqramı”nda da göstərildiyi kimi dövlətimiz
növbəti 5 ildə qarşıya həlli vacib olan bir çox məsələlər qoymuşdur. Bunlardan
müasir tələblərə cavab verməyən kitabxanaların təmirini, yenilərinin
tikilməsini, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılmasını,
kitabxana fondlarının mühafizəsi və bərpasını, latın qrafikası ilə buraxılan
nəşrlərin elektron daşıyıcılarına köçürülməsini, kitabxanaların beynəlxalq
əlaqələr
sahəsindəki fəaliyyətini, daim genişlənən informasiya axınında oxucu
kontingentinin itirilməməsini, əhalinin mütaliəyə marağının artırılmasını,
kitabxanaların maddi-texniki bazalarının möhkəmləndirilməsini, kadrların peşə
hazırlığının səviyyəsinin qaldırılmasını və s. göstərmək olar.
Dövlət Proqramından göründüyü kimi, dövlətimizin əsas məqsədi kitabxana
–informasiya xidmətinin dünya standartları səviyyəsinə qaldırılmasına,
əhalinin intellektual potensialının və bilik səviyyəsinin yüksəldilməsinə kömək
məqsədilə, kitabxanaların modernləşdirilməsinə, kitabxana –
informasiya
resurslarının dünya məkanına inteqrasiyasına, kitabxana – informasiya
sahəsində elmi araşdırmaların genişləndirilməsinə və s. dövlət qayğısının
artırılmasıdır.
Dövlət planının həyata keçirilməsi üçün, Tədbirlər Planında Mərkəzi
kitabxanaların nəzdində, əhalinin bütün təbəqələrinə pulsuz xidmət göstərən
müasir informasiya texnologiyaları ilə təmin olunmuş hüquqi-informasiya
mərkəzlərinin yaradılması (kitabxanaların mövcud ştat
vahidləri çərçivəsində,
ictimai əsaslarla), “Kitabxana fondları regionların inkişafının əsas informasiya
resursu kimi” mövzusunda dəyirmi masaların keçirilməsi, regionlardakı
kitabxanalar arasında “Ən yaxşı ictimai internet mərkəzi”, “Ən maraqlı veb-