108
sayt” mövzusunda respublika
müsabiqəsinin keçirilməsi, regionlarda
mərkəzləşdirilmiş kitabxana sistemlərinin bazasında kitabxanaların mövcud
ştat vahidləri çərçivəsində və ictimai əsaslarla
informasiya mərkəzlərinin
yaradılması, tabeliyindən asılı olmayaraq, (“İlin nümunəvi MKS”, “Ən yaxşı
kitabxanaçı” və s.) keçirilməsi Mərkəzi kitabxanaların avtomatlaşdırılmış
kitabxana-informasiya sistemi (AKİS) ilə təchiz edilməsi və s. göstərilmişdir
(6.S.16-29).
Göründüyü kimi, qarşıya qoyulan problemlərin, onların həlli yollarının,
dövlətin qayğısı ilə həyata keçirilməsi üçün təxirəsalınmaz tədbirlər planı
hazırlanmışdır.
Gəncə - Qazax İqtisadi rayonunun kitabxana-informasiya təminatının
təhlili
göstərdi ki, bu iqtisadi rayon öz genişliyinə, ərazisinə görə, istərsə də elmi
kadr potensialına, sənayenin və kənd təsərrüfatının inkişafına
görə daim diqqət
mərkəzindədir.
Əhalinin intellektual – mədəni səviyyəsinin yüksəldilməsində, kitabxanaların
danılmaz rolunu qeyd etməklə yanaşı, regiondakı ixtisaslı kadrların elmi
potensialının artırılması üçün, bilik səviyyəsinin daha da genişləndirilməsi
üçün, yaxşı olardı ki,
mühüm elmi-mədəni, sənaye mərkəzi rolunu oynayan
Gəncə şəhəri MKS-sində, iqtisadi zona kitabxanalarının informasiya və
metodiki mərkəzi yaradılsın. Bu mərkəzin yaradılması həm
də ona görə
məqsədəuyğundur ki, iqtisadi zonadan paytaxta gəlib getməklə vaxt itkisinin
qarşısı alınmaqla, bu iqtisadi rayonda yerləşən MKS-lərin işçiləri bir-biri ilə
təcrübə mübadiləsi edə bilsinlər. Qabaqcıl təcrübədən
istifadə etməklə iqtisadi
rayonun, həm elmi mədəni səviyyəsinin inkişafına, həm də regionun dünyanın
inkişaf etmiş kitabxanaları ilə birbaşa əlaqəsinin yaranmasına nail olmaq olar.
Kitabxana-informasiya keyfiyyətinin yaxşılaşdırılmasında, qlobal miqyasda
informasiyanın genişliyini və daim inkişaf edərək yeniləşdiyini nəzərə alsaq,
Azərbaycanda da yaxın gələcəkdə dünya standartlarına
cavab verə biləcək
kitabxanaların yaranmasından və inkişaf etməsindən danışa biləcəyik. Bu da
Müstəqil Azərbaycan dövlətinin kitabxana-informasiya fəaliyyətinə dair
siyasətinin ardıcıl olaraq davam etməsi yolu ilə mümkündür.
109
CƏDVƏL 1
GƏNCƏ - QAZAX İQTISADİ RAYONUNDAKI KÜTLƏVİ KİTABXANALAR,
MƏKTƏBLƏR,
ONLARDA OXUYAN ŞAGİRDLƏRİN SAYI
İnzibati
rayonlar
Kütləvi
kitabxanaların sayı
(ədədlə)
Onlarda olan kitab fondu
(min nüsxə ilə)
Gündüz ümumtəhsil
məktəbləri
Onlarda oxuyan şagirdlərin
sayı
1995 1998 2001 1995 1998 2001 1995 1998 2001 1995 1998 2001
Qazax
62 60 55 545,2 549,0 521,5 47 47 47 15601 16817 17239
Ağstafa
50 49 49 393,3 388,3 386,5 39 39 39 14423 15452 15592
Tovuz
88 79 79 681,0 661,3 646,5 84 85 85 27565 29681 30543
Gədəbəy
110 110 109 500,2 515,0 515,0 85 85 85 15858 16838 16736
Şəmkir
99 97 96 587,8 588,6 588,7 87 83 84 34553 38094 39126
Daşkəsən
59 58 58 437,9 436,6 436,5 48 49 49 6299 6414 6290
Göygöl
50 50 50 337,0
332,2 330,9 49 50 49 10718 11519 11248
Samux
33 34 34 225,8 226,8 227,1 32 32 34 9450 10164 10886
Goranboy
136 108 108 628,0 539,9 529,3 76 76 77 17945 19155 19747
Gəncə
27 27 27 486,3 488,2 492,5 48 48 48 48766 49324 48091
Cəmi
714 672 665 4822,5 4725,2 4674,5 595 594 597 201178 213458 215498