88
qaydaları,
qlobal şəbəkədə, elektron kataloqda axtarış aparmaq qaydaları
oxuculara öyrədilir.
Qlobal şəbəkənin inkişaf etdiyi bir zamanda oxucular arasında kitaba
məhəbbət oyatmaq, kitabı onlara sevdirmək, kitabın nüfuzunu qaldırmaq üçün
kütləvi tədbirlərin müxtəlif formalarından istifadə etmək vacibdir. Bu məqsədlə
Milli Kitabxananın fəaliyyətində həyata keçirilən kütləvi tədbirlərin əhəmiyyəti
xüsusilə diqqətəlayiqdir. Belə ki, respublikamızda baş verən əlamətdar və tarixi
günlərlə əlaqədar olaraq- anım (xatirə) günləri,
sərgilər, guşələr, kitabların
təqdimat mərasimləri, kitab bayramı və başqa təbliğat xarakterli rəngarəng
tədbirlər təşkil olunur. Ötən il Milli Kitabxanada 60-dan çox belə tədbir
keçirilmişdir (4, S.10).
Anım günləri xalqımızın yaddaşına həkk olunmuş, qanlı günlərlə,
hadisələrlə əlaqədar təşkil olunur. Bu məqsədlə (anım gününün mövzusuna
uyğun olaraq) şəhidlərin
xatirəsinə fotostendlər, sərgilər hazırlanır, sənədli
filmlər göstərilir, həvəskar gənclərin əl işlərindən ibarət sərgi düzəldilir,
tanınmış şəxslər, görkəmli elm və mədəniyyət xadimləri, şəhidlərin ailə
üzvlərindən, yaxınlarından, döyüş yoldaşlarından bir neçə şəxs dəvət olunur.
Bu tədbir zamanı gənclərimizin həm dünyagörüşü artır, həm də mənəvi aləmi
zənginləşir, yeni informasiya əldə edir.
Sərgilərin təşkili əyani təbliğat formasının ən geniş yayılmış üsuludur. Yeni
kitabların sərgisi kitabxanaya yeni daxil olmuş nəşrlər haqqında
müntəzəm
məlumat vermək məqsədi daşıyır. Həm də bu zaman Azərbaycan elminə,
mədəniyyətinə, iqtisadiyyatına və digər sahələrinə dair nəşr olunmuş kitablar
haqqında oxucularımız məlumat alır. Qeyd edək ki, kitabxanalarda təşkil edilən
sərgilərdə kitablarla yanaşı, müxtəlif qəzet və jurnal nömrələri əks etdirilir ki,
bu da həmin sərginin əhəmiyyətini xeyli artırır.
Guşələr sərgiyə nisbətən daha geniş və əhatəli olur. Belə ki,
guşədə əlavə
olaraq kartoteka, qəzet, jurnal materialları, tövsiyə ədəbiyyat siyahıları,
mövzuya uyğun bir sıra sənədlər və şəkillər də öz əksini tapmalıdır. Guşələr
uzunmüddətli olur. Milli Kitabxanada gənclərimizi maraqlandıran
“Azərbaycanın tacı Qarabağ”, “Azərbaycanda turizm” “Hüquq guşəsi” kimi
daimi guşələr hazırlanmışdır.
Kitabxanada kitabların təqdimat mərasimlərinin keçirilməsinə də xüsusi
əhəmiyyət verilir. Milli Kitabxana əsasən Ümummilli liderimiz Heydər
Əliyevin ölməz həyat yolunu əks etdirən, bu siyasətin layiqli davamçısı olan
prezident İlham Əliyevin fəaliyyətini işıqlandıran kitabların,
milli mənəvi
dəyərlərimizin və vətənpərvərlik tərbiyəsinin təbliği ilə bağlı ədəbiyyatın, yeni
nəsil istedadlı gənclərin yaradıcılığının təbliği, cəmiyyətə tanıdılması
məqsədilə onların çap olunmuş əsərlərinin, xalqımızın tarixi, mədəniyyəti ilə
bağlı dəyərli kitabların təqdimat mərasiminin keçirilməsinə üstünlük verir. Bu
zaman texniki vasitələrdən də istifadə olunur.
89
Oxucuların marağına səbəb olan tədbirlərdən biri də kitab bayramıdır. Bu
tədbir ildə bir dəfə keçirilsə də geniş oxucu kütləsinin iştirakı ilə müşahidə
olunur. Azərbaycanda fəaliyyət göstərən aparıcı nəşriyyatların və müəlliflərin
birbaşa iştirakıyla yeni kitabların sərgisi keçirilir. Bəzi nəşriyyatlar yeni çap
olunmuş kitabları oxuculara hədiyyə edirlər.
Göründüyü kimi, Milli Kitabxana bütün səyləri ilə bütün oxucuların, xüsusilə
də gənc nəslin günbəgün artmaqda olan tələbatlarını ödəməyə çalışır.
Təcrübələr
göstərir ki, geniş oxucu kütləsi belə tədbirlərə xüsusi maraq göstərir
və həvəslə bu tədbirlərdə iştirak edirlər. Təbii ki, hazırda ictimai həyatın bütün
sahələrinə yeni texniki vasitələrin tətbiqi ilə əlaqədar kitabxanada da bir sıra
proseslərin avtomatlaşdırılması həyata keçirilir. Hazırda elm, mədəniyyət,
informasiya, təhsil və tərbiyə müəssisəsi kimi kitabxananın qarşısında duran
əsas vəzifə cəmiyyət üzvlərinin, xüsusilə gələcəyimiz olan gənclərin həm bir
şəxsiyyət kimi formalaşmasında cəmiyyətə,
vətənə layiqli, bilikli, hərtərəfli
inkişaf etmiş vətəndaş kimi böyüməsində yaxından iştirak etmək, cəmiyyətə
layiqli xidmət göstərmək, əhalini qısa zaman kəsiyində informasiya resursları
ilə operativ şəkildə təmin etmək və mükəmməl elektron kitabxana yaratmaqdır.
Bu gün 500-ə yaxın kitabın, 200-dən çox qəzet və jurnalın, 4000-ə yaxın
məqalənin elektron versiyası yaradılmışdır. Təbii ki,
bu prosesin tam həyata
keçirilməsi üçün müəyyən zaman lazımdır. Ümid edirik ki, qısa bir zamanda
artıq hər bir istifadəçi, istənilən məkanda kompüterlərinin qarşısında oturub,
kitabxananın saytına girməklə elektron kitabxanadan onlara lazım olan
informasiyanı, kitabı, qəzeti və jurnalı, digər sənəd növlərini elektron versiyada
əldə edəcəkdir.
ƏDƏBİYYAT
1.
Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi
barədə: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 6 oktyabr
2008 //Azərbaycan.- 2008.- 7 oktyabr.- S. 1.
2.
Kitabxanalar biliklər cəmiyyətində (ikidilli Azərbaycan-Rusiya
layihəsi) /layihənin rəh. Ə.Qarayev, tərt. S.Məmmədəliyeva.-B.:Nurlar,
2006.- 520 s.
3.
Xələfov A. İnformasiya xidməti //Kitabxanalar biliklər
cəmiyyətində (ikidilli Azərbaycan-Rusiya layihəsi) /layihənin rəh.
Ə.Qarayev, tərt. S.Məmmədəliyeva.-B.:Nurlar, 2006.- S. 64-74.
4.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının 2008-ci il
hesabatı.- 63 s.