80
Əsaslı kitabxana oxuculara xidmət
işinin təşkili səviyyəsini, oxuculara
ədəbiyyat verilişinin səmərəliliyini və operativliyini yüksəltmək üçün məlumat
və soraq-biblioqrafiya xidmətlərindən də bacarıqla istifadə edir. Müxtəlif tip və
növlərdən olan kitabxanalarda məlumat xidmətinin təşkilinin spesifik
xüsusiyyətləri vardır. Lakin, bununla bərabər
bu xidmət növünün bütün
kitabxanalar üçün ümumi cəhətləri də vardır.
Respublikamızın ali məktəb kitabxanalarının coxunda olduğu kimi AKTA-
nın əsaslı kitabxanasında məlumat xidmətinin “kütləvi” və “qrup” xidməti
növlərindən istifadə edilir.
Kütləvi məlumat xidməti müəyyən edilmiş oxucu qrupları üçün deyil. Bu
zaman onların konkret tələbatları nəzərə alınır. Kitabxanada bu xidmətin
məlumat bülletenləri, yeni daxil olan ədəbiyyatın icmalı,
məlumat və kafedra
günləri, ədəbiyyata açıq baxışlar və s. kimi formalardan istifadə edilir.
Qrup və ya fərqli məlumat xidməti isə ayrı-ayrı oxucuların və ya müəyyən
qrup alim-mütəxəssislərin daimi sorğularına müvafiq olaraq həyata keçirilir.
Əsaslı kitabxanada professor-müəllim heyətinə
məlumat xidmətinin təşkili
zamanı aşağıdakı iş prinsiplərinə və ardıcıllığa riayət edilir:
-
məlumatın təlabatçılara çatdırılması;
-
kitabxananın soraq-məlumat fondunun lazımi məlumat materialları ilə
zənginləşdirilməsi;
-
yeni kitabların və məlumat materiallarının sərgilərinin təşkil edilməsi;
-
xarici dillərdə yeni daxil olmuş ədəbiyyatın məlumat bülletenlərinin
hazırlanması (8, 2005.- s. 6).
Əvvəldə qeyd etdiyimiz kimi kitabxanalarda məlumat xidmətinin təşkili
zamanı ayrı-ayrı oxucuların və ya oxucu qruplarının daimi məlumat tələbatları
əsas götürülür. Buna görə də əsaslı kitabxanada məlumat xidmətinin təşkili
zamanı akademiyanın ayrı-ayrı kafedralarının həyata keçirəcəyi elmi-tədqiqat
işlərinin əsas istiqamətləri hərtərəfli şəkildə öyrənilir. Bu kütləvi məlumat
xidmətinin əsas formalarından məlumat bülletenlərinin hazırlanması və
yayılması zamanı da əsas amil nəzərə alınır.
Ümumiyyətlə, əsaslı kitabxanada məlumat xidmətinin kitab sərgiləri və
ədəbiyyata açıq baxışlar formasından daha uğurla istifadə edilir. Bu baxımdan
kitabxananın professor-müəllim heyəti üçün ixtisaslaşmış oxu zalının
fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Bu oxu zalında acıq
rəf üsulu tətbiq
edilir ki, bu da oxuculara xidmət işinin səmərəliliyini əhəmiyyətli dərəcədə
artırır. Belə ki, oxu zalında yeni dövlət sənədləri, ensiklopediyalar, lüğətlər,
referativ
jurnallar, akademiyanın profilinə uyğun olan müxtəlif dövri mətbuat
oxucuların açıq istifadəsinə verilmişdir.
Əsaslı kitabxana akademiyanın təşkil edib keçirdiyi bütün tədbirlərdə də fəal
iştirak edir. Bu tədbirlər zamanı kitabxanada mövzuya müvafiq olaraq
81
ədəbiyyata açıq baxışlar, sərgilər təşkil edilir, biblioqrafiq məlumat siyahıları
tərtib edilir tədbir iştirakçılarına paylanır.
2005-ci ildə əsaslı kitabxana akademiyanın ayrı-ayrı fakültələrin
keçirdiyi
tədbirlərdə iştirak etməklə bərabər kitabxana özü də bir neçə belə tədbir
keçirmişdir. Bunlardan Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin
60 illiyinə həsr olunmuş tədbiri göstərmək olar.
Respublikamızın bir çox kitabxanalarında məlumat xidmətinin təşkili
məqsədilə kütləvi məlumat kanallarından da istifadə edilir. Kitabxanada
Akademiya oxucularına kitabxanaya yeni daxil olan ədəbiyyat haqqında
məlumat vermək üçün akademiya qəzetindən istifadə edir. Lakin qəzetin
imkanlarından istifadə daimi xarakter daşımır.
Əsaslı kitabxana məlumat xidmətinin “Məlumat günləri” və “Kafedra
günləri” formalarından da istifadə edir. Məlum olduğu kimi bu xidmət
formasının təşkil edilmə xarakteri kitabxanaya daxil olan yeni ədəbiyyatın
miqdarından asılıdır.
Göründüyü kimi kitabxana oxuculara xidmət
işinin təşkili sahəsindəki
fəaliyyətini düzgün qura bilmişdir.
Lakin, xidmət işini dövrün tələblərinə uyğun tələblərinə uyğun olaraq daha
da genişləndirmək, qabaqcıl iş təcrübəsini öyrənib kitabxanada tətbiq etmək
lazımdır. Bununla əlaqədar bir neçə tövsiyənin həyata keçirilməsi kitabxananın
işində olan bəzi nöqsanları aradan qaldırmağa imkan verərdi.
Məlum olduğu kimi, oxuculara xidmət işinin səviyyəsi 1-ci növbədə
kitabxana
fondunun tərkibindən, onun oxucu tələbatlarına uyğunluq
dərəcəsindən asılıdır. Buna görə də yaxşı olardı ki, kitabxana fondunu
komplektləşdirərək akademiya fakültələrinin və kafedralarının sorğularını daha
dolğun şəkildə nəzərə alsın.
Kitabxana oxuculara fərqli xidmət işini daha da gücləndirmək üçün
ixtisaslaşmış oxu zallarının, tələbə yataqxanalarının, qiraətxanalarının
gücündən daha səmərəli şəkildə istifadə etməlidir.
Kitabxanaya daxil olan ədəbiyyat haqqında daha operativ məlumatın təşkili
üçün məlumat xidmətinin “məlumat bülletenləri”, “məlumat və kafedra
günləri” formalarında daha geniş şəkildə istifadə edilsin.
Məlumat xidmətinin mütərəqqi formalarının istifadəsi genişləndirilsin. Bu
xidmət formalarının Gəncə Elmi İnformasiya İnstitutunun EHM bazası
əsasında avtomatlaşdırılmasına çalışılsın.
Qeyd etmək lazımdır ki, irəli sürülmüş bu tövsiyyələrin həyata keçirilməsi
üçün AKTA kitabxanasının böyük imkanları var.