66
obyektin konkret geolojilandşaft xüsusiyyətlərini əks
etdirir və ona görə də,
geologiyanın və coğrafiyanın uyğun kateqoriyaları ilə təsvir edilir.
Analizin üsulundan asılı olaraq, xüsusi əlamətlər induktiv və deduktiv ola
bilər. Bunlardan birincisi obyektin təyinatından və geoloji məzmunundan irəli
gələn xüsusiyyətdir. Məsələn, çökmə və vulkanogen-çökmə süxurların induktiv
əlaməti - şəkillərdə görünən laylanma; antiklinalın induktiv əlaməti - onun
mərkəzində daha qədim çöküntülərin və əyilmələrin qabarıq formada olması;
qırılmaların – geoloji kütlələrin və ya relyef formalarının deşifrələnən yerdəyiş-
məsidir. Özünəməxsus üsullarla öyrənilən obyektlərin siniflərdə toplanmasını
nəzərə alaraq, induktiv əlamətləri bir neçə əsas qrupda birləşdirmək olar:
stratiqrafik, struktur-geoloji, geomorfoloji və s.
İnduktiv əlamətlər geoloji obyektlərin birdəfəlik diaqnostikası üçün zəruri
və əsasdır. Lakin onların tətbiq sahəsi məhduddur.
Buna səbəb geoloji
əmələgəlmələrin bütün xüsusiyyətlərinin fotoqrafiya üsulu ilə verilməsinin
qeyri-mümkünlüyüdür. Belə halda, yəni müxtəlif dərəcəli və tipli obyektlərdə
genetik və paragenetik qarşılıqlı münasibət yarandıqda, deduktiv əlamətləri
tətbiq etmək lazım gəlir. Məsələn, karbonatsulfatlı layların relyefinin karst
formaları ilə müşayiəti mütləq deyildir, lakin karstların mövcudluğu həmin
layları aşkar etmək üçün,
sadəcə olaraq, etibarlı əlamətdir.
Deduktiv deşifrələmə əlamətlərinə elə xüsusiyyətləri aid etmək lazımdır
ki, onlar geoloji obyektlərin öz aralarındakı qarşılıqlı münasibətində, yerləşmə
xüsusiyyətlərində, müəyyən strukturlara aid olmasında özünü büruzə verir.
Məsələn, kinematik tipli qırılmaları, onların qırışıqlıq sisteminin ümumi
istiqamətə yönəlməsi və bununla əlaqədar olaraq, digər struktur formaların
səciyyəsi ilə tanımaq olur; intruziyaların və vulkanların xətti düzülüşü gizli
dərinlik qırılmalarının olmasına sübutdur: çöküntülərin tərkibini, bəzən tektonik
deformasiyanın tipinə görə təyin etmək olur (plastik fliş və gilli laylar eyni
şəraitdə karbonat layına nisbətən xırda qırışıqlar əmələ gətirir); gətirmə
konuslarını, özlərinin ümumi səciyyəvi formalarından əlavə,
həm də çay
dərələrinin mənsəb hissəsindəki yerləşmə əlaməti ilə təyin edirlər.
Beləliklə, bu və ya digər obyektləri kosmik təsvirlərdə ayırmağı təmin
edən başlıca deşifrələmə amiliobrazlar haqqında təsəvvürdür, yəni obyektlərin
kosmik şəkillərdə necə göründüyünü bilməkdir. Bu bilik ya tədqiqatçının
yaddaşında saxlanılır və əvvəlki təcrübələrə əsaslanır, ya da obraz banklarında
(məsələn, bu və ya digər geoloji əmələgəlmələrin kosmik şəkillərinin katalo-
qunda) saxlanılır.
67
6.4.4. Süxurların stratiqrafiyasının və litoloji-petroqrafik tərkibinin
öyrənilməsi üçün deşifrələmə
Yüksək səviyyəli generalizasiya ilə əlaqədar olaraq, KFŞ-ə görə yalnız
ayrı-ayrı hallarda stratiqrafik məsələlərin həlli və səthə çıxan süxurların maddi
tərkibinin təyini mümkün olur. Yüksək səviyyəli generalizasiyalı (əsasən
qlobal və regional) və zəif həlletmə qabiliyyətinə malik KFŞ-də bir-birindən
fərqlənən süxurların fototəsvirlərindəki
fərq itir, onlar şəkillərdə aşkarlana
(ayrıla) və sərhədlənə bilər, lakin onların müəyyən bir kateqoriyaya aid
edilməsi çətinlik törədir. Bu halda geoloji məlumatlar və ya çöl işlərindən
istifadə etmək lazımdır ki, bu da ayrılmış konturları interpretasiya etməyə
imkan verir.
Fototəsvirlərin yüksək olmayan həlletmə qabiliyyəti və inteqrasiyası ilə
əlaqədar olaraq, kiçik sahələrdə səthə çıxan və ya yüksək parçalanmış relyef
şəraitində inkişaf edən və nəticədə kiçik çıxışlarla əks olunan süxurların ayrı-
ayrı tiplərini, xüsusilə dağlıq vilayətlərdə, çox nadir hallarda ayırmaq imkanı
vardır. Ona görə də KFŞ-də əksər hallarda çoxkomponentli, lakin qrupların
tərkibinin uyğunluğunu və ya əsas komponentin üstünlük təşkil edən tərkibini
əks etdirən bir və ya bir neçə deşifrələmə əlaməti ilə birləşmiş süxur qrupları
deşifrələnir. Belə qruplar yerli stratiqrafik bölgülərin xarakterini daşıyır və
daha çox böyük inkişaf sahəsi və kəskin fotogenik
deşifrələmə əlamətləri ilə
xarakterizə olunan müəyyən genetik komplekslərə, fasiya və ya formasiyalara
uyğun gəlir.
Litoloji-stratiqrafik deşifrələmə qlobal və regional KŞ-də süxurların əsas
genetik tipini (çökmə, maqmatik, vulkanogen, metamorfik) ayırmağa və onla-
rın, həmçinin bir sıra formasion komplekslərin qarşılıqlı əlaqəsinin xarakterini
fərqləndirməyə imkan verir (şəkil 24).
Şəkil 24. Şimali Afrika ərazisində “Zond-5” planetlərarası avtomatik stansiya
ilə alınmış KFŞ-n litoloji-stratiqrafik deşifrələnmə sxemi:
1 – metamorfik və püskürmə süxurları ilə mürəkkəbləşmiş kembriyəqədərki massivlər; 2 – Anti – Atlas
və Uqart Hersinki qırışıqlıq kompleksi; 3 - alt- və orta paleozoy terrigen çöküntülər; 4 – postorta
daş kömür terrigen-karbonat çöküntüləri; 5 – Atlas qurşağının alp qırışıqlıq əmələgəlmələri; 6 –
püskürmə süxurlarının çıxışları; 7 - vulkanogen süxurların çıxışları.
68
Çökmə süxurlar. Çökmə süxurların əsas deşifrələmə əlaməti- fototəsvirin
müxtəlif tərkibə və möhkəmliyə malik lay və qatların növbələşməsi ilə şərtlə-
nən zolaqlı şəklidir. Bu əlamət bir qədər püskürülmüş, xüsusilə metamorfik
süxurlara aid ola bilər, lakin onlarda tünd fotoçalar daha çox üstünlük təşkil
edir. Çökmə süxurların onları bir-birindən fərqləndirməyə
inkan verən əsas
deşifrələmə əlamətləri onların müxtəlif mezo və meqarelyefdə (xüsusilə plat-
forma regionları üçün) özünü büruzə verməsinə, erozion şəbəkənin xarakterinə
və ya süxurların özlərinin rənginə və ya fotoçalarına əsaslanır. Rolu KFŞ-də
çökmə süxurların deşifrələnməsində AFŞ-n deşifrələnməsinə nisbətən çox olan
struktur əlamətləri (geosinklinal vilayətlər üçün) xüsusi qeyd etmək lazımdır.
Şəkillərdə təsvirin xüsusiyyətlərinə görə bir tərəfdən ana (köklü) süxurları
və dördüncü dövr çöküntülərini ayırmaq, digər tərəfdən isə müəyyən litoloji
növləri: karbonatlı-sulfatlı, gilli, qırıntı sementləşmiş və qırıntı sementləşmə-
miş aşkar etmək olur (şəkil 25).
Karbonatlı-sulfatlı süxurlar (əhəngdaşı, dolomit, mergel, gips) əsasən
nisbətən açıq rənginə, kifayət qədər möhkəmliyinə, aydın görünən çatlılığına
və bəzən relyefdə müəyyən təzahürünə görə tanınır (şəkil 25 a, b). Yüksək
rütubətli rayonlarda karbonatlı-sulfatlı çöküntülərin çıxışlarının
sahələrinə
karst relyefi aiddir. Gillərə keçid vəziyyəti tutan mergellər əhəngdaşları ilə
müqayisədə daha az möhkəmliyi və demək olar ki, karstın iştirakının qəti
olmaması, lakin relyefin daha çox hamarlanmış formaları ilə fərqlənir.
Gilli süxurlar (argillit, gillər və öz keyfiyyətinə görə onlara yaxın olan
alevrolitlər) kifayət qədər möhkəmliyə malik olmaması səbəbindən asanlıqla
yuyulur və buna görə də onlara tez-tez relyefin mənfi formaları cavab verir.
Onlar əsas etibarilə, kaolinitlər istisna olmaqla, karbonatlı-sulfatlı süxurlardan
daha tünd fotoçalarla fərqlənir. Gilli çöküntülərin yayılma zonaları üçün
dendritli erozion şəbəkəli bedlend (bəzən asan həll olan duzlar (halit, kalium
duzu və s.) gilli süxurlar içərisində linzalar, qatlar
şəklində iştirak etdikdə
sular vasitəsilə həll olunaraq daşınır ki, yaranmış boşluqların tavanı sonralar
uçaraq, “adacıqlar” şəklində karsta oxşar qıf əmələ gətirir və bu zaman
yer səthində əmələ gələn relyef forması
bedlend (ingiliscədən tərcümədə “pis
torpaq”) adlandırılır) xüsusilə xarakterdir (şəkil 25 c), argillit qatları və fliş
çıxışları hüdudlarında isə erozion şəbəkə dendritşəkilliiynəli və lələklidendrit
şəkilli rəsmə (şəklə) malik olur.
Sementləşmiş qırıntı süxurları - (qumdaşı və konqlomeratlar) möhkəm-
liyinə görə karbonatlı-sulfatlı süxurlara yaxındır, lakin relyefin nisbətən kəskin
məhdudiyyətli müsbət formalarını əmələ gətirir. Onları əhəngdaşlarından
karstın olmaması, relyefin kəskin parçalanmaya məruz qalması və tez-tez
təzahür edən çatlılıq fərqləndirir. Bu süxurların fotoçaları böyük hüdudlarda
dəyişir: açıq rəngdən xüsusilə arid zonalar üçün xarakter olan tünd rəngə
qədər dəyişir (şəkil 25 d, e).