Microsoft Word KÜLTÜr evreni sayı. doc



Yüklə 43,16 Kb.
Pdf görüntüsü
tarix20.10.2017
ölçüsü43,16 Kb.
#5955


KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



88 

 

 



 

 

ARAZ HÖVZƏSİNİN ƏSAS İQLİM ÜNSÜRLƏRİNİN 



ƏRAZİDƏ PAYLANMA XÜSUSİYYƏTLƏRİ 

(İRAN ƏRAZİSİNDƏ) 

 

ALLOCATION OF MAIN CLIMATIC CHARACTERISTICS 

ON THE ARAZ BASIN 

(WITHIN THE TERRITORY OF IRAN) 

 

ХАРАКТЕР РАСПРЕДЕЛЕНИЯ ОСНОВНЫХ 

КЛИМАТИЧЕСКИХ ПОКАЗАТЕЛЕЙ НА БАССЕЙНЕ 

АРАКС (В ПРЕДЕЛАХ ИРАНА) 

 

 

Mir Mahmood HOSSEİNİ

*

 - Gita EİNOLLAHİ

*

  

Mir Mohammad HOSSEİN

*

 

 

 

Özet  

Bu makalede; İran’ın Araz havzası bölgesinde asıl iklim değişiklikleri tahlil 

edilmektedir. Hava sıcaklığının ve atmosfer yağışlarının arazi üzerinde dağılımının 

araştırması gösteriyor ki; havanın sıcaklığının yükseklik rakımına bağlı olarak 

azalması anlamlıdır. Yağışlar ise yüksekliğe göre artmaktadır. Ancak bu artış, 

bütün arazi için aynı değildir. Yerel özelliklerin etkisi ile bir çok bölgelerde bu 

büyük ölçüde bozulmaktadır. 

Anahtar kelimeler: İran, Azerbaycan, Araz, iklim değişiklikleri, yağışlar. 

 

Summary 

In this paper allocation of main climatic characteristics on the Araz basin 

within the territory of İran has been analyzed. The reduction of the temperatures 

                                                 

*

 İslamic Azad University, pars abad Moghan Branch/IRAN 



*

 İslamic Azad University, pars abad Moghan Branch/IRAN 

*

 İslamic Azad University, pars abad moghan Branch/IRAN 



 


KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



89 

and increasing of the perspirations within the whole territory were observed. 

However, in some cases these allocations were disturbed by local factors. 

Key words: İran, Azərbaijan, Araks, climate changes, perspirations

 

 

Araz hövzəsinin əsas iqlim ünsürlərinin təhlilini aparmaq üçün baxılan ərazidə 

yerləşən hava temperaturu ölçülmüş. 12 meteoroloji stansiyanın və atmosfer 

yağıntıları ölşülmüş. 47 məntəqənin məlumatlarından istifadə edilmişdir. Bütün 

ərazi üzrə temperaturun şaquli paylanması  mənfi reqressiyaya malikdir və 

hündürlükdən asılı olaraq azalır (şəkil 1). Lakin hündürlükdən asılı olaraq 

temperaturun müxtəlif yüksəkliklər üzrə  dəyişmə qradiyenti müxtəlifdir və onun 

qiyməti hündürlük artdıqca azalır.  



T = 2266,5H

-0,7493

R

2

 = 0,87

5

7

9

11

13

15

17

19

21

23

500

700

900

1100

1300

1500

1700

1900

H, m

T,

 

0

C

 

Şəkil 1. Orta çoxillik temperatur qiymətlərinin ərazidə şaquli paylanması 

 

Şəkil 1-dən də göründüyü kimi, nisbətən aşağı hündürlüklərdə tempüraturun 



şaquli olaraq dəyişməsi daha intensiv müşahidə olunur və burada dəyişmə 

qradiyentinin qiyməti daha yüksəkdir. Məsələn,  əgər 500-700 m yüksəkliklərdə 

dəyişmə qradiyentinin qiyməti 1,8

0

C/100 m təşkil edirsə, daha yüksək  ərazilərə 



qalxdıqca temperatur qradiyentinin qiyməti azalaraq 900-1100 metr hündürlüklərdə 

1,1


0

C/100 m, 1500-1700, yüksəkliklərdə isə 0,4

0

C/100 m təşkil etməkdədir. 



Müşahidə  sıralarının nisbətən qısa olmasına baxmayaraq, temperaturun 

hündürlükdən asılılığını göstərən qrafikdə  əyridən kəskin yayınmalar müşahidə 

edilmir və əlaqənin sıxlığı kifayət qədər yüksəkdir. 

Yuxarıda qeyd olunduğu kimi temperaturun şaquli paylanma 

qanunauyğunlauqları axıma çox ciddi təsir edən amillərdən biri olub, həm axımın il 



KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



90 

ərzində paylanmasına, həm də  kəmiyyət baxımından dəyişməsinə çox ciddi təsir 

göstərən əsas amillərdəndir. Bu da öz növbəsində qış vaxtı may hövzələrində qar 

örtüyünün yığılmasına və  həm də gursulu dövr axımının məhz yaz aylarında 

keçməsinə səbəb olan əsas amil kimi xarakterizə oluna bilər. 

Orta çoxillik atmosfer yağıntıları  cəminin  ərazidə paylanması daha mürəkkəb 

xüsusiyyətlərə malikdir. Belə ki, əgər temperaturun şaquli paylanmasında açıq 

qanunauyğunluq, hündürlükdən asılı olaraq azalma müşahidə edilirsə, digər iki 

məntəqədə paylanma xüsusiyyətləri daha mürəkkəb amillərin təsirilə 

formalaşdığından atmosfer yağıntılarının hər hansı bir qanunauyğunluq üzrə şaquli 

paylanması müşahidə olunmur. 

Qərbi Azərbaycan bölgəsində atmosfer yağıntılarının paylanmasında  əsas 

qanunauyğunluq hündürlükdən asılı olaraq artmadır ki, bunun da dəyişmə 

qradiyentı demək olar ki, bütün regionda eyni olub 40-60 mm/100 m təşkil edir. 

Onu da qeyd etmək lazımdır ki, bu dəyişmə hündürlük artdıqca bir qədər çoxalır.  

Digər iki rayonda orta çoxillik atmosfer yağıntıları  cəminin hündürlüyə görə 

paylanmasında elə bir ciddi qanunauyğunluq müşahidə olunmur və yağıntıların 

qiymətləri müxtəlif hündürlüyə malik rayonlarda müxtəlifdir və bu halın müşahidə 

olunması  həmin iki rayon üçün hər hansı bir ümumiləşdirmələr aparılmasını 

çətinləşdirir. (şəkil 3). Məsələn, Ərdəbil bölgəsində eyni mütləq hündürlüyə (1680 

m) malik olan Bileh və  Jəfərlo məntəqələrində orta çoxillik yağıntı layının 

qiymətləri arasında kəskin fərq vardır. Belə ki, Bileh məntəqəsində yağıntı layının 

orta çoxillik qiyməti Cəfərlidə 276 mm, Biləh məntəqəsində isə 390 mm-dir. 

Bundan başqa mütləq hündürlüyü 1590 m olan Ərdəbil Kalor meteoroloji 

stansiyasında atmosfer yağıntılarının orta çoxillik layı 517 mm-dir ki, bu da adı 

şıkilən məntəqələrin qiymətləri ilə müqayisədə xeyli çoxdur. 



P = 124,45e

0,0007H

R

2

 = 0,93

100

150

200

250

300

350

400

450

500

400

600

800

1000

1200

1400

1600

1800

2000

H, m

P, mm

 

Şəkil 2. Qərbi Azərbaycanda orta çoxillik atmosfer yağıntılarının 



hündürlükdən asılı olaraq dəyişməsi 


KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



91 

 

Eyni sözləri  Şərqi Azərbaycan bölgəsinə  də aid etmək olar. Qeyd etmək 

lazımdır ki, Ərdəbil məntəqəsi ilə müqayisədə bu ərazidə atmosfer yağıntılarının 

hündürlüyə görə paylanması daha mürəkkəb xarakterə malikdir və buna görə da 

şaquli paylanma üçün hər hansı bir müqayisə  və ümumiləşdirmə aparmaq, və bu 

paylanmalarda qanunauyğunluq aşkarlamaq mümkünsüzdür. Məsələn, mütləq 

hündürlükləri 1800-2000 m olan məntəqələrdə yağıntı layı çox böyük intervalda, 

210-470 mm arasında dəyişir. Eyni zamanda 300-350 mm-lik qiymətlərə malik 

olan müşahidə  məntəqələrinin hündürlüyü çox böyük intervallarda 1350-2000 m 

intervallarda yerləşən müşahidə məntəqələrində müşahidə oluna bilər. 



P = 149,94e

0,0005H

R

2

 = 0,34

240

260

280

300

320

340

360

380

400

1000

1100

1200

1300

1400

1500

1600

1700

1800

1900

H, m

P,

 mm

 

Şəkil 3. Şərqi Azərbaycanda orta çoxillik atmosfer yağıntılarının 



hündürlükdən asılı olaraq dəyişməsi 

 

 Şərqi Azərbaycan  ərazisində ayrı-ayrı  məntəqələrdə orta yağıntı layları 



qiymətlərinin region üçün xarakter olamayan və ümumi paylanmalardan kəskin 

meyletmələrə malik olan bir neçə  məntəqə vardır ki, bu məntəqələrdə  də yerli 

amillərin təsiri daha cüclü təzahür etməkdədir. Məsələn mütləq hündürlüyü Guşuçi 

məntəqəsində yağıntıların orta qiyməti 210 mm-dir. Onu da qey edək ki, digər 

ərazilər üçün oxçar qiymət 1200-1300 m hündürlükdə müşahidə olunur. 

Bütövlükdə götürsək,  Ərdəbil və  Şərqi Azərbaycan regionları üçün müşahidə 

olunan qanunauyğunsuzluqları bir çox amillərin təsiri ilə izah etmək olar və bu 

amillər aşağıdakılardır: 

 

1.  Ərazidə yerləşən məntəqələr  əsasən ötən  əsrin 70-ci illərindən sonra 



fəaliyyətə başlamışlar və kifayət qədər uzun müşahidə  sıralarına malik deyillər. 

Nəticədə  əksər sıralara görə hesablanmış orta qiymətlərin bu sıraların riyazı 

gözləmələrindən kəskin fərqlənməsinə  səbəb olmuşdur və bu da həmin sıraların 

reprezentativ olmamasına səbəb olur. 




KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



92 

2. Qərbi Azərbaycan istisna olmaqla, digə iki bölgədə  məntəqələrə yerli 

amillərin, xüsusilə relyefin təsiri çox güclüdür. Başqa sözlə, ayrı-ayrı  ərazilərdə 

yerləşən məntəqələr məkan baxımındanb biri-birinə çox yaxın olsalar da, yerli 

iqlim amillərinin təsiri nəticəsində atmosfer yağıntılarının orta çoxillik qiymətləri 

biri-birindən kəskin fərqlənir. Bu amillərə yamacların istiqaməti, forması, hava 

kütlələrinin hərəkəti və s. aiddir. 

3.  Ərazi üzrə  məntəqələrin sıxlığının az və  məkan baxımından qeyri-

qənaətbəxş paylanması bir çox qanunauyğunluqların aşkarlanmasının qarşısını ala 

bilər. Belə ki, bölgələr üzrə  məntəqələrin sayının az olması  ərazidə daha çox 

rayonların ayrılmasına imkan vermir. Başqa sözlə konkret bir ərazidə bu və ya 

digər iqlim ünsürünün ərazidə paylanması qanunauyğunluqlarının aşkarlanması 

üçün mümkün qədər daha çox rayonun olması vacibdir. Lakin baxılan ərazi kifayət 

qədət böyük olsa belə, məntəqələrin sayının azlığı onların ərazi baxımından daha 

iri rayonlarda birləşdirilməsinə vadar edir ki, bu dah meteoroloji baxımdan çox 

mürəkkəb olan belə ərazilər üçün yolverilməzdir. 

Yağıntıların kəmiyyət baxımından ərazi üzrə paylanması da çox mürəkkəbdir. 

Baxılan  əraziyə düşən atymosfer yağıtılarının  ən böyük qiyməti 890 mm olub 

hündürlüyü 1980 m olan Gushoçi məntəqəsidir. Bu məntəqə  Şərqi Azərbaycanın 

şimal-şərq yamacı hissələrindədir və  Xəzər dənizindən gələn hava kütlələrinin 

təsirinə həssasdır. 

Ümumiyətlə, temperaturun və atmosfer yağıtılarının ərazi üzrə paylanmasının 

təhlili göstərir ki, havanın temperaturunun hündürlükdən asılı olaraq azalması 

birmənalıdır. Yağıntılar isə hündürlükdən asılı olaraq artır. Lakin, bu artım bütün 

ərazi üzrə eyni deyil və yerli amillərin təsirilə bir çox bölgələrdə güclü surətdə 

pozulur. 

 

QAYNAQLAR 

1. Abbasov R.K., Smakhtin V.U. İntroducing ecological treshholds into water 

withdrawal management Hydrolocial Sciences Journal, 2008 (accepted). 

2.  American Water Works Association (AWWA). 1997. Climate change and 

water resources. Committee Report of the AWWA Public Advisory Forum. Journal 

of the American Water Works Association, Vol. 89, No. 11 

3.  Eynollahi.G.M.Araz çayının İran ərazisi daxilində hidroqrafik və hidroloji 

xüsusiyyətləri.Hidrometeorologiya və  ətraf mühitin monitorinqi.No4-2007, səh. 

186-195. 

4.   Eynollahi G.M.,Hüseyni M.V. Çaylarin axımına insan fəaliyyətinin 

təsirinin qiymətləndirilməsi (İran ərazisi timsalında)/Bakı:Beynəlxalq elmi-praktiki 

konfrans,2008,səh.132-134. 



5.   Əlizadə  Əmin. Tətbiqi Hidrologiyanın üsulları. 12-ci nəşr, Firdovsi 

Universiteti, Məşhəd, 2000. 622 s. (farsca). 



Yüklə 43,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə