Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə41/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   37   38   39   40   41   42   43   44   ...   133

 

143


6.Güman eləyirlər ki, Ata Təzə bir iş görür. 

Nə iş, harada, necə – gümansızdırlar. 

7.Atanı  cismani  Ailə  çərçivəsinə  salmaq,  keçmiş  həyat  yoldaşını  onun 

üzərində nəzarətçi qoymaq, məişətləşmə bəxtiyarlığına yüksəltmək cəhdi 

var. 


Bu, deyəsən, hələlik Müəssisə müdrikliyinin zirvəsidir. 

    Yəqin ki, Safruha da buna bənzər iqbal “hazırlayırlar”. 

8.Tam  əmin  oldum  ki,  Müəssisəylə  münasibətin  Ata  Xətti  özünü  tam 

doğruldur. 



Onun hərfinə və Ruhuna əməl etmək – Müqəddəs Borcdur. 

 

SADİQİN  ATAYURDA  QAYITMASI 

1.Sadiqin  Vətənə  gəlişini  Ruhani  Mərasim  səviyyəsinə  qaldırmalı. 

Sadiq bir daha Atalı, Yurdlu, Qardaşlı olduğunu bilsin. 

2.Halal qardaşını vağzalda gül-çiçəklə qarşılayır. 

O biri gün Safruh öz evində Sadiqin şərəfinə Ruhani Məclis düzəldir. 

3.Atanın  hüzuruna  gəlməmişdən  əvvəl  Sadiq  Amalla  (Müqəddəs 

Kitablarla) tanış olur, görülənləri, Vəziyyəti, Məqsədi, Vəzifəni öyrənir. 

4.Sadiq  Atanın  Ziyarətinə  –  Qayıtmanın  üçüncü  günü  gəlir. 

Yazılı  şəkildə  İnamını,  İdrakını,  Mənəviyyatını  Ataya  təqdim  edir. 

“Ömrüm sənindir, Ata. Al. İstədiyin kimi sərf et” – deyir. 

Görüş axşam saat 11-də başlayır, 11.15-də qurtarır. 

5.Mərasim yazılır, saxlanılır. 



28 Günəş Ayı, 8-ci il. Bakı. 

HALAL  ÜÇÜN 

 Ömrü Həyata sərf eləmək olmaz. 

Ömrü Amala sərf eləmək gərəkdir. 

      Ömrü bugünə sərf eləmək olmaz. 

Ömrü sabaha sərf eləmək gərəkdir. 

      Amalımızın bənzərsizliyinə qovuş. 

     Sabahımızın bənzərsizliyinə qovuş. 

     "Halal" adını sənə halal edirəm. 

  Səni evladlığa qəbul edirəm. 

  Ata qarşısında xəcil olmayasan! 

  Amal qarşısında xəcil olmayasan! 

  Sabah qarşısında xəcil olmayasan. 

                       6 Ümid günü, Çiçək Ayı, 8-ci ildə təzədən doğuldun! 

  Ürəyin Qaranlıqları Yarsın! 

  Daxilindəki Mütləq sənə yar olsun! 

6 Çiçək Ayı, 8-ci il. 

(Qeyd: Həyatda adı Nəbi idi. Ocaqdan çıxdı). 



 

144


SAFRUH  ÜÇÜN 

1.Atayla Görüş 15 dəqiqə ərzində baş verir. 

Yazılar  Ataya  təqdim  olunur  və  Ata  Yazılara  cavab  verir,  Hökmlər, 

Məlumatlar  şəklində  yazılı  Təmaslar.  Tapşırıqlar.  Səssiz  Səcdə.  Hər 

dəqiqə Mütləqiləşir. 

2.Maqnitofona Ata müraciətinin yazılması Atanın Düşünülmüş hərəkəti 

idi və o, özünü tam doğrultdu. Bu, görüşün Qaydalarını dəyişmir. 

3.Halalı  Evladlıq  zirvəsinə  qaldırmaq  yolunda  yorulmaq  bilmə. 

Bununla özün də Evladlıq zirvəsinə yüksəlirsən. 

4.Safruhun  Ataya  Yeni  İl  Sözü,  Evladların  Müraciətindən  daha 

hərarətli, daha Məhəbbətli, daha Səcdəli idi. Əminəm ki, o həqiqətə daha 

uyğundur. 

İşgüzarlıq 

Səcdədən 

ayrılanda 

– 

sönükləşir. 



    Səcdə Müqəddəsliyi – Ruhani Günəşdir, isindirir. 

Səcdə – Evlad Dilidir. Evlad öz Dilində danışır. 



 

SAFRUH  ÜÇÜN 

1.Halala Ruhani Biliyi halal elə. 

2.Tamam Tamamlanmalı, İnallanmalıdır. 

3.“Muğam Fəlsəfəsi” yazıldı. Tədqiqat olsa da, Amallıdır. 

İmkan  daxilində,  Səfərdən  qalmamaq  şərtiylə,  makinadan  çıxart. 

     4.Əkin Ayı Yox, Yağış Ayı. Belə deyilib, belə də oxunsun. 



5.“Qətiyyən Tələsmə! Qətiyyən gecikmə!” 

6.Əsili, Halalı Təzə Kəlamlarla, Hökmlərlə yaraqlandır. 

7.Atayla  Görüş  Mütləq  mənada  15  dəqiqədə  bitməlidir.  Bu,  Ürəyin 

hökmü  deyil,  İradənin  hökmüdür:  “Yazdığın  Ataya  təqdim  edilir, 



Yazılan aparılır”. 

8.Şəkillər  haqqında:  Qaranlıq  Fotolarda  Müqəddəs  Məqamın  İşıqları 

görünür. 

9.Halal Ata hüzuruna gələ bilər: 

Suallarıyla saat 11-də, 15 dəqiqə ərzində. 

Yazılı Suallara Yazılı Cavablar almaq üçün. 

10.Ata Kəlamının, Hökmünün ən cüzi vergülünə əməlsizlik Ocağa 

xəyanətdir. 

    Bizdən əvvəlkilər Mütləqiliyi pozdular, ona görə də Müqəddəslik söndü. 

    Dərs almayan Dərs verməz! 

Ürəyin Qaranlıqları Yarsın! 



16 Qismət günü, İşıq Ayı, 8-ci il. Bakı. 

 

SAFRUHA,  SADİQƏ,  ƏSİLƏ,  HALALA 

Tələsmədən və gecikmədən əməl etmək: 

    1.Evladlıq Nişanəsi (müasir dildə: vəsiqəsi, pasportu və s.) hazırlanır. 



 

145


Dörd səhifədən ibarət, qabıqlı. Ürəyin başında saxlanılır,  yağıya ve-

rilmir! 

2.Üz qabığında: Atanın şəkli, “İnsanlaşın, İnsanlaşdırın!” kəlamı. 

3.Birinci səhifədə: Evladın şəkli. 

                                  Ad: Atanın verdiyi. 

                                  Nəsil: Atalı. 

                                  Doğulduğu vaxt: Ocaq ili. 

                                  Vətən: Atayurd. 

                                  Amal: Asifçi. 

4.Dördüncü səhifənin sonunda: “Ata Ruhunu Ürəyimdə Aparıram!” ni-

dası, Atanın İmzası, Tarix. 

5.Üçüncü səhifədə: “Mütləqim – Asif Ata. 

                                      Rəngim – İşıq. 

                                      Rəmzim – Ocaq. 

                                      Bayrağım – Vicdan. 

                                      Yarağım – İnam!” kəlamı. 

6.Bədiiyyat, nəfislik, ciddilik əsasında təzə biçim tapmaq. Düşünmək, 

daşınmaq, xəyalı, mənəviyyatı səfərbər eləmək və həmişəyaşar mənaya 

layiq Biçim seçmək, Ataya təqdim etmək... 

    Sabahı göz önündə tutmaq. 



    Məsuliyyətlə yaraqlanmaq! 

7.Hələlik 10 nüsxəylə kifayətlənmək. 



Birinci nüsxə Safruhun, ikinci – Sadiqin, üçüncü – Əsilin, dör- 

düncü – Halalın adına yazılır. 

Sizə müqəddəs işdə ruhani uğurlar diləyirəm! 

(Safruha: “Pünhan” sənədi üçün qoru) 

18 İnam günü, İşıq Ayı, 8-ci il. Bakı. 

 

SAFRUHUMA 

1.Fəlsəfi Nəqaratın gözəldir. 

Qeydlər: nazlı dalğalar yox, ərşə qalxan dalğalar, yaxud başqa bir şey. 

    50 yaş qeyd olunmur, Ata Günü qeyd olunur. 



Son cümlədə duyğu natamlığı var. 

Daha qəti duyğuyla qurtarmalıdır nəqarat. 



Son Akkord Qətiliyi! 

“Rus xalqının əleyhinə deyilik!” – etirafına ehtiyac yoxdur. 

Bu, Fəlsəfəmizin əlifbasından bəllidir. 

Kiməsə nəyisə sübut eləmək Müqəddəs Məqama yaramır. 

2.Təzədən makinadan çıxart, qaralama olmasın. 

3.Ruhani Sənədlər Dəftəri (Papkası) ayır. 

Oraya Əməl, Ataya Səcdə, Ruhani Hökmlər və b. Yazıları yığ. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə