Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə98/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   94   95   96   97   98   99   100   101   ...   133

 

340


FƏRQ 

Xudbin – Özündəki Böyükdən keçir – Kiçiyi seçir. 

Fədakar – Özündəki Kiçikdən keçir – Böyüyü seçir. 

 

HƏQİQƏT 

Fərdiyyət – Xudbinliyin Ölümü. 



 

HƏQİQƏT 

Din əslində İmtina tanımır – bu dünyadakı İmtinanın əvəzini  

o dünyada qaytarır. 

    Din əslində Fədakarlıq tanımır – bu dünyadakı Fədakarlığı  

o dünyada mükafatlandırır. 

6 Qismət günü, Ata Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

    İctimai Dostluq olmur – çünki Mənafe Dostluğa Ziddir. 

İctimai Məhəbbət olmur – çünki Mənafe Məhəbbətə Ziddir. 

İctimai Fədakarlıq olmur – çünki Mənafe Fədakarlığa Ziddir. 



İctimai İnsanilik olmur – çünki İnsanilik Mənafeyə Ziddir. 

 

HƏQİQƏT 

Mənafe – Adamları biri-birindən ayırır, buna görə də Mənafe Birliyi – 

Ayrılmadır əslində. 

 

HƏQİQƏT 

Mənfəət əsasında – cəmiyyət yaranır, Xalq yaranmır. 

Xalq Ruhaniyyat əsasında yaranır. 

Buna görə də Mahiyyətcə Xalq – Cəmiyyətə Qarşıdır;  

Xəlqilik – İctimailiyə qarşıdır. 

 

HƏQİQƏT 

İnsan özündəki Mənfəətçiliyi – Cəmiyyətçiliyi – öldürməlidir. 



 

HƏQİQƏT 

Cəmiyyət Adamdakı Canavarı öldürmür – Rəsmiləşdirir. 

                Adamdakı Tülkünü öldürmür – Rəsmiləşdirir. 

                Adamdakı İlanı öldürmür – Rəsmiləşdirir. 



HƏQİQƏT 

Hamılaşmadan, Özgələşmədən, Təbəqələşmədən azad olan nə varsa 

– Fərdiyyətdir. 

   Cəmiyyətdən azad olan nə varsa – Fərdiyyətdir. 



 


 

341


HƏQİQƏT 

Cəmiyyətdə Ağalar Nökərləri dolandırırlar. 



7 Murad günü, Ata Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

İctimailəşən Xalq – Kütlə. 

Ruhaniləşən Xalq – Ailə. 

8 İnam günü, Ata Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Yerin Göy boyda Mənası var – Yerdən Uzaq, Yerdən Uca. 

Adamın İnsan boyda Mənası var – Adamdan Uzaq, Adamdan Uca. 

Zamanın Əbədiyyət boyda Mənası var – Zamandan Uzaq,  

Zamandan Uca. 

13 Qismət günü, Ata Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Mütləqə İnamın Əsası – Ruh. 

Mütləq İdrakın Əsası – Ruh. 

Mütləq Mənəviyyatın Əsası – Ruh. 

Mütləq İradənin Əsası – Ruh. 

İnsaniliyin Əsası – Ruh. 

19 Mərhəm günü, Ata Ayı, 13-cü il. Bakı. 

 

OCAQDAN GEDƏNLƏR 

Yatırlar – oyanıb Ocağa gəlirlər, sonra  Yatmaları tutur – Ocaqdan 

gedirlər. 



 

RUHANİ  İNTİBAH  YOLU 

Ruhani Bazis. 

Maddi Üstqurum. 

21 Murad günü, Ata Ayı, 13-cü il. Bakı. 

 

EVLADIM  ELİŞIĞA 

Elimizə İşıq olmalıyıq – Mütləqə İnam İşığı. 

                                          Özüylə döyüş İşığı. 

                                          Müstəqil Vətən İşığı. 

                                          Ruhani Cəmiyyət İşığı. 

                                          Özümlü Şərq İşığı. 

    İnamsızlıq Qaranlığını Yarmalıyıq. 

    İdraksızlıq Qaranlığını Yarmalıyıq. 




 

342


    Mənəviyyatsızlıq Qaranlığını Yarmalıyıq. 

    İradəsizlik Qaranlığını Yarmalıyıq. 



    “Elişıq”  adını sənə halal eləyirəm. 

Qaranlıqlar Yarılsın! 



(Qeyd: Həyatda adı Səbinə idi. Ocaqdan çıxdı). 

 

 

EVLADIM  ÖTKÜNƏ 

Sabaha çatmaq üçün Bugünü ötmək gərək. 

Amala çatmaq üçün Həyatı ötmək gərək. 

Mütləqə çatmaq üçün Nisbini ötmək gərək. 

İnama çatmaq üçün Zaman İnamını ötmək gərək. 

İdraka çatmaq üçün Zaman İdrakını ötmək gərək. 

Mənəviyyata çatmaq üçün Zaman Mənəviyyatını ötmək gərək. 

İradəyə çatmaq üçün Zaman İradəsini ötmək gərək. 

Mütləqə İnam Ötkünlüyünə çatmalı! 

Özüylədöyüş Ötkünlüyünə çatmalı! 

Müstəqil Vətən Ötkünlüyünə çatmalı! 

Ruhani Cəmiyyət Ötkünlüyünə çatmalı! 

Özümlü Şərq Ötkünlüyünə çatmalı! 

“Ötkün”  adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

Qaranlıqlar Yarılsın! 

24 Ümid günü, Ata Ayı, 13-cü il. Bakı. 

(Qeyd: Həyatda adı Kamran idi. Ocaqdan çıxdı). 

 

FƏRQ 

Yağı Dünyanı Adam Yağılığı yaradır; 

Doğma Dünyanı İnsan Doğmalığı yaratmalıdır. 

 

HƏQİQƏT 

İdealsızlıq – Yoxluq. 

 

FƏRQ 

     Adam özü yaratdığı Yağı Dünyaya atılır; 

İnsan Adamı Yağı Dünyadan çıxarır. 

HƏQİQƏT 

İnsanilik – Mütləqiliyə bərabərdir. 

Mütləqilik olmayan yerdə İnsanilik yoxdur. 

1 Ümid günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

 



 

343


HƏQİQƏT 

İdeal – Gerçəkliyin Varlığı. 



 

TƏKLİK 

Özünlə Tək qalmazsan. 

Özünlə deyilsən – ona görə Təksən. 

 

HƏQİQƏT 

Məhəbbətdə İnsan Özüylə Bir olur. 



 

HƏQİQƏT 

      Adamın Özümlüyü də özündədir, Özgəliyi də:  

Adam ən çox özgəliyiylə olur – Özümlüyüylə az olur. 

 

KAMİLLİK YOLU 

Dəyişirsən ki, dəyişməyəsən. 



 

HƏQİQƏT 

Adam Özündən çəkinməsə – İnsan olmaz. 



3 Mərhəm günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

 

FƏRQ 

Şüar – Zahiri Söz. 

İzhar – Daxili Söz. 

 

AQİBƏT 

     Cəmiyyət İnsan Aləti olmadı; 

İnsan Cəmiyyət Aləti oldu. 

 

FƏRQLƏR 

Fərdiyyət – Daxili Həyat. 

Xalq – Daxili Həyat Birliyi. 

Cəmiyyət – Zahiri Həyat. 



 

FƏRQ 

Məhəbbət – Daxili Həyat. 

Şəhvət – Zahiri Həyat. 

 

HƏQİQƏT 

Daxili Həyat – Məna Evi. 

Zahiri Həyat – Mənasızlıq Evsizliyi. 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə