Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə100/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   96   97   98   99   100   101   102   103   ...   133

 

348


HƏQİQƏT 

Cəmiyyəti Sevmək olmaz – Yadlığı sevmək olmaz. 



 

HƏQİQƏT 

İctimai Münasibətlər – Yad Münasibətlər. 



 

HƏQİQƏT 

Sevgi – Özgəliyin Ölümü. 



 

HƏQİQƏT 

Özünə inanmadığın dərəcədə Allaha inanırsan. 

Özünə inandığın dərəcədə Mütləqə inanırsan. 

 

FƏRQ 

Adam Fərəhi – Maddiyyat. 

İnsan Fərəhi – Məna. 

    Adam Dərdi – Maddiyyatsızlıq. 

İnsan Dərdi – Mənasızlıq. 

 

RUHANİ YÖN 

Gerçəklikdən – Mənaya. 

Cəmiyyətdən – Xalqa. 

Siyasətdən – Ruhaniyyata. 

 

HƏQİQƏT 

Adamın Sıraviləşməsi – Antiinsanilikdir; 

                  İdarəçiləşməsi – Antiinsanilikdir. 

   Adamın İnsanlaşması – İnsanilikdir. 

8 Ümid günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

 

İSTƏK 

Sevgi varsa – Biri Çoxdur. 

Sevgi yoxsa – Yüzü Azdır. 

10 Mərhəm günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

 

EVLADIM  ÖZÜMLÜNÜN  TƏMSİL  ETDİYİ 

ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

I.Hesabat Təqdir olunur. 

II.Fikir Evinin yaranması vaxtıdır, camaatla Ailə Təması vaxtıdır. 

III.Evlad gətirin Ataya! 

Qaranlıqlar Yarılsın! 



 

349


EVLADIM  ELUCANIN  TƏMSİL  ETDİYİ 

ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

I.Hesabat Təqdir olunur – Ailə öz Biçimini tapıb. 

II.Ailənin Qapısını Rəğbətçilərin üzünə daha geniş açmalı. 

III.Müasir  İdrakı,  Mənəvi  Yoxluğu  Müqəddəslik  İşığında  görməli  – 

göstərməli. 

Qaranlıqlar Yarılsın! 



13 İnam günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

 

FƏRQ 

İsa – Gücsüzlərə baş əydi, İsaçılıq – Gücə. 



14 Arzu günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

 

HAL 

Mənasızlıqdan böyük İztirab yoxdur. 

    Mənadan böyük Fərəh yoxdur. 

 

18 Qismət günü, Xəzan Ayı, 13-cü il. Bakı. 



 

EVLADIM  NURLANA 

6

 

Cismin getdi – Ruhun qaldı. 

Ömrün getdi – Nurun qaldı. 

Nur alacaqlar, Nurlanacaqlar Saflığından Qalanlar. 

Körpəliyin ölməyəcək... 

20 İnam günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Məna  –  Ruhda  –  yəni  İnamda,  İdrakda,  Mənəviyyatda,  İradədə 

yaşayır... 

21 Arzu günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

İsa,  adamların  günahlarını  öz  üzərinə  götürməklə  onları  İnsanlıqdan 

azad etdi. 

 

HƏQİQƏT 

     Din Adamın özünüyaratmaq haqqını əlindən alır. 



Bu səbəbdən də Din – böyük haqsızlıqdır. 

 

                                                



6

 Bağban'ın oğlu 


 

350


HƏQİQƏT 

Mütləqin Varlığı – Allahın Yoxluğudur. 

Allahın Varlığı – İnsanın Yoxluğudur. 

Mütləq – Mənadır, Allah – Hakimlik. 

Məna – Adamı Yüksəldir; Hakim – Alçaldır. 



27 İnam günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Mahiyyətlə Gerçəklik arasında Uçurum var. İnam onu dəf eləyir. 



30 Dözüm günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Totalitarizm – Sosializmi qoruyur. 

Demokratiya – Kapitalizmi qoruyur. 

İnsanlaşma – İnsani Cəmiyyəti qorumalıdır. 



 

HƏQİQƏT 

Təbiətlə döyüş Adamı yaratmadı – yaşatdı. 

Mahiyyətcə İnsanilik Təbiətlə döyüşə ziddir. 

Yaşamaq üçün Adam İnsaniliyindən keçməli oldu. 



3 İnam günü, Yağış Ayı, 13-cü il. Bakı. 

 

İNSAN 

Mənadan yaranan, Mənasızlığa düçar olan, Məna həsrətiylə qovrulan, 

Mənaya can atan, Mənaya çatan... 

5 Ümid günü, Yağış Ayı, 13-cü il. Bakı. 

 

SOYLUNUN  TƏMSİL  ETDİYİ  ATA  AİLƏSİNİN 

FİKİR  EVİ  HAQQINDA 

Fikir Evi Yola düşüb – indi Yol getməlidir. 



 

 

İNSANLIQ TƏLƏBİ 

Gerçəklikdə Mütləq Xeyir yoxdur – 

Daxilində Mütləq Xeyir var; – Onu gerçəkliyə gətir. 

Gerçəklikdə Mütləq Ədalət yoxdur – 

Daxilində Mütləq Ədalət var; – Onu gerçəkliyə gətir. 

Gerçəklikdə Mütləq Həqiqət yoxdur – 

Daxilində Mütləq Həqiqət var; – Onu gerçəkliyə gətir. 

6 Dözüm günü, Yağış Ayı, 13-cü il. Bakı. 

 



 

351


EVLADIM  ÖZÜMLÜNÜN  TƏMSİL  ETDİYİ 

ATA  AİLƏSİNİN HESABATI  HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

2. Ailə – Fikir Evi Birliyinə Yetməli. 

3. Camaatla Üz-Üzə durmalı. 

Qaranlıqlar Yarılsın! 

 

EVLADIM  GÜNTAYA 

İnamsızlıq Qaranlığına düşüb Yurdumuz, Şərqimiz, Dünyamız. 

İnam İşığı gərək – Qaranlıqları Yaran. 

    İdraksızlıq Qaranlığına düşüb Yurdumuz, Şərqimiz, Dünyamız. 

İdrak İşığı gərək – Qaranlıqları Yaran. 

    Mənəviyyatsızlıq Qaranlığına düşüb Yurdumuz, Şərqimiz, Dünyamız. 

Mənəviyyat İşığı gərək – Qaranlıqları Yaran. 

    İradəsizlik Qaranlığına düşüb Yurdumuz, Şərqimiz, Dünyamız. 

İradə İşığı gərək – Qaranlıqları Yaran. 

    Gün gərək Yurdumuza, Şərqimizə, Dünyamıza. 



Günə tay olmalıyıq. 

    “Güntay” adını sənə halal eləyirəm. 

    Adına layiq ol. 

    Qaranlıqlar Yarılsın! 

    Daxilindəki Mütləq sənə Yar olsun! 



7 Mərhəm günü, Yağış Ayı, 13-cü il. Bakı. 

(Həyatda adı Mənuçehr Cavanşir idi. Ocaqdan çıxarıldı). 

 

MÜQƏDDƏS  HAL 

Mənaya bənzəmək – Bənzərsizliyi. 

Mənaya çatmaq – Əlçatmazlığı. 

Mənalanmaq – Müstəqilliyi. 



11 Arzu günü, Yağış Ayı, 13-cü il. Bakı. 

 

EVLADIM  ELUCANIN TƏMSİL  ETDİYİ 

ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

     I.Hesabat Təqdir olunur. 

II.Ailənin nəzdində Fikir Evi yaradılsın. 

III.Rəğbətçilərə Ocaq haqqında Bilik verməli. 

Qaranlıqlar Yarılsın. 

27 Dözüm günü, Yağış Ayı, 13-cü il. Bakı. 

 

 



 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə