Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə102/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   98   99   100   101   102   103   104   105   ...   133

 

355


MÜTLƏQÇİ  SƏVİYYƏSİ 

    1. Qərb Açıqlığını – İslam Qapalılığını rədd etmək. 

2. Din İnamsızlığını – Ateizm İnamsızlığını rədd etmək. 

3. Demokratiya Səfalətini – Dövlətçilik Əsarətini rədd etmək. 



 

ÖZÜNÜTANIMA 

Özünə Özünün Gözüylə baxmaq – Özgənin Gözüylə baxmamaq. 



 

EVLADIM AMALTAYA 

Həyata tay olmaq – Yalana tay olmaqdır. 

Amala tay olmaq – İnama tay olmaqdır. 

Həyatı keçmədən – Yalandan keçmək olmaz. 

Amala Yetmədən – İnama Yetmək olmaz. 

Mütləqə İnam adlı İnamımız var – ona Tay olmalıyıq. 

İnsanlaşdırma adlı İnamımız var – ona Tay olmalıyıq. 

Müstəqil Vətən adlı İnamımız var – ona Tay olmalıyıq. 

Özümlü Şərq adlı İnamımız var – ona Tay olmalıyıq. 

“Amaltay”  adını sənə halal eləyirəm. 

Qaranlıqlar Yarılsın! 



(Həyatda adı İbrahimli Xaqani idi. Qarabağ savaşında həlak oldu). 

 

ATAYLA  MİNGƏÇEVİRLİLƏRİN  GÖRÜŞÜ 

    Görüş Amal izharı səviyyəsində keçdi. 

Evladım Bağbanın Təşkilatçılıq Əməli təqdir olunur. 

 

FİKİR EVİ HAQQINDA 

“Fikir Evi” Amal çağırdı, Amala çağırdı. 

Evladım Əsilin Təşkilatçılıq Əməli təqdir olunur. 

5 Dözüm günü, Köçəri Ay, 13-cü il. Bakı. 

 

SOYLUNUN  TƏMSİL  ETDİYİ  

ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

    1. Hesabat Təqdir olunur. 

2. İntizamsızlıq ləğv edilməli. 

3. Amallaşma – İnsanlaşma – Evladlaşma – Xalqlaşma Birliyi Yoluna 

düşməli. 

Qaranlıqlar Yarılsın! 



10 Arzu günü, Köçəri Ay, 13-cü il. Bakı. 

 

 

 


 

356


EVLADIM  ELÜRƏYƏ 

 Elimizə İnamlı Ürək gərək. 

                  İdraklı Ürək gərək. 

                  Mənəviyyatlı Ürək gərək. 

                  İradəli Ürək gərək. 

    Mütləq İşığıyla İşıqlanan Ürək gərək. 

    Özüylədöyüş İşığıyla İşıqlanan Ürək gərək. 

    Ruhani Cəmiyyət İşığıyla İşıqlanan Ürək gərək. 

    Özümlü Şərq İşığıyla İşıqlanan Ürək gərək. 

    Müstəqil Vətən İşığıyla İşıqlanan Ürək gərək. 



    “Elürək” adını sənə halal eləyirəm. 

    Adına layiq ol. 

Qaranlıqlar Yarılsın! 

(Həyat adı Aliyə Cavanşir idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  ELQAYAYA 

Qaya olmalıyıq – Zamana əyilməyən; – 

İnamsızlığa qarşı duran İnam Qayası; 

İdraksızlığa qarşı duran İdrak Qayası; 

Mənəviyyatsızlığa qarşı duran Mənəviyyat Qayası; 

İradəsizliyə qarşı duran İradə Qayası... 

    Dəyişkənlər arasında Dəyişməz, Dönüklər arasında Dönməz. 

    Elin Amal qayası olmalıyıq. Ruh Qayası olmalıyıq Elimizə. 

    “Elqaya“ adını sənə halal eləyirəm. 

    Adına layiq ol. 

Qaranlıqlar Yarılsın! 

(Həyatda adı: Məmmədəli Zirək. Təbrizli. Qəbula gəlməyib). 

 

EVLADIM   BULAĞA 

İnamsızdır Dünya – İnam Bulağı olmalıyıq dünyaya. 

    İdraksızdır Dünya – İdrak Bulağı olmalıyıq dünyaya. 

    Mənəviyyatsızdır Dünya – Mənəviyyat Bulağı olmalıyıq dünyaya. 

    İradəsizdir Dünya – İradə Bulağı olmalıyıq dünyaya. 

    Zərdüşt Bulağının İşığı düşməlidir Həyata–Ali Həyat yaranmalıdır. 

    Babək Bulağının İşığı düşməlidir Həyata–Ali Həyat yaranmalıdır. 

    Dədə Qorqud Bulağının İşığı düşməlidir Həyata–Ali Həyat 

yaranmalıdır. 

    Hürufi Bulağının İşığı düşməlidir Həyata–Ali Həyat yaranmalıdır. 

    Muğam Bulağının İşığı düşməlidir Həyata–Ali Həyat yaranmalıdır. 

    Saz Bulağının İşığı düşməlidir Həyata – Ali Həyat yaranmalıdır. 



    “Bulaq” adını sənə halal eləyirəm. 


 

357


     Adına layiq ol! 

    Qaranlıqlar Yarılsın! 



15 Murad günü, Köçəri Ay, 13-cü il. Bakı. 

(Həyatda adı: Lalə Cavanşir. Ərdəbilli. Qəbula gəlməyib). 

 

EVLADIM  BİRELƏ 

Cənubi Azərbaycan yoxdur. 

Şimali Azərbaycan yoxdur. 

İran Azərbaycanı yoxdur. 

Rusiya Azərbaycanı yoxdur. 

Elimiz – Birdir. 

Bir İnam əsasında yaşamalıyıq – Mütləqə İnam. 

Bir Mənəviyyat əsasında yaşamalıyıq – İnsanlaşmaq. 

Bir Məqsəd əsasında yaşamalıyıq – Müstəqil Vətən. 

Bir İdeal əsasında yaşamalıyıq – Ruhani Cəmiyyət. 

Bir Ruh əsasında yaşamalıyıq – Özümlü Şərq. 

“Birel” adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

(Həyatda adı: Babək Cavanşir. Təbrizli. Qəbula gəlməyib). 

 

EVLADIM   ELQALAYA 

Elimizin İnam Qalası Uçub, 

Elimizə İnam Qalası olmalıyıq. 

    Elimizin İdrak Qalası Uçub, 

Elimizə İdrak Qalası olmalıyıq. 

    Elimizin Mənəviyyat Qalası Uçub, 

Elimizə Mənəviyyat Qalası olmalıyıq. 

    Elimizin İradə Qalası Uçub, 

Elimizə İradə Qalası olmalıyıq. 

    Mütləqilik Qalası gərək Elimizə. 

    İnsanlaşma Qalası gərək Elimizə. 

    Müstəqil Vətən Qalası gərək Elimizə. 

    Ruhani Cəmiyyət Qalası gərək Elimizə. 

    Özümlü Şərq Qalası gərək Elimizə. 

    “Elqala” adını sənə halal eləyirəm. 

    Adına layiq ol! 

    Qaranlıqlar Yarılsın! 

(Həyatda adı: Arif Kəskin. Təbrizli. Qəbula gəlməyib). 

 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə