Microsoft Word Kutsal quruculuq


EVLADLARIM  GÜNTAYA – YÜKSƏYƏ XEYİR-DUA



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə103/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   99   100   101   102   103   104   105   106   ...   133

 

358


EVLADLARIM  GÜNTAYA – YÜKSƏYƏ XEYİR-DUA 

   Təhlükənin üstünə Şığıyırsınız. 

   Ölümün Üstündən Adlayırsınız. 

   Təhlükədən Üstün olursunuz. 

   Ölümdən Üstün olursunuz. 

    Cənubdakılara deyin ki, İnama gəlsinlər – İslam – İnamsızlıqdır. 

    İdraka Yüksəlsinlər – İslam – İdraksızlıqdır. 

    Mənəviyyata Yetsinlər – İslam – Mənəviyyatsızlıqdır. 

    İradəyə Çatsınlar – İslamçılıq – İradəsizlikdir. 

    Azərbaycanımız Birdir – İran Azərbaycanı Yoxdur, Rusiya 



Azərbaycanı Yoxdur. 

    Şərq Birliyinə – Özümlü Azərbaycan gərək – İran Azərbaycanı Yox, 

Rusiya Azərbaycanı Yox. 



    Cəhalətin Üstünə Şığıyırsınız. 

    Qəddarlığın Üstündən Adlayırsınız. 

    Adamlara Həqiqət aparırsınız, Məhəbbət aparırsınız. 

    Nur aparın, Uğur gətirin. 



    Daxilinizdəki Mütləq Sizə Yar olsun! 

17 Arzu günü, Köçəri Ay, 13-cü il. Bakı. 

 

“YENİ İL”  MƏRASİMİ 

1. Mərasim Ruhani Fərəh üstə köklənir. 

    2. Gedişatı və Carları Fərəh yazır... 

    3. Yazı Köçəri Ayın 23-də Ataya təqdim olunur. 

    4. Mərasimin Məzmunu: 

I. Ocaq İli haqqında Ata Sözü, Evlad Sözü. 

II. Ruhani Sənədlərin oxunması. 

III. Evlad Qəbulu. 



 

 

XALQ  CƏBHƏSİ  KLUBUNDA  ATAYLA GÖRÜŞ 

    1. Görüş Amal çağırdı, Amala çağırdı. 

2. Evladım Düzgünün Təşkilatçılıq Əməli Təqdir olunur. 

18 Ümid günü, Köçəri Ay, 13-cü il. Bakı. 

 

 

HAL 

Həqiqətdən qorxmuram, çünki o, mənim dostumdur. 

Yalandan qorxmuram, çünki o, mənim düşmənimdir. 

20 Mərhəm günü, Köçəri Ay, 13-cü il. Bakı. 

 



 

359


UNİVERSİTET  AİLƏSİNİN  FİKİR EVİ  ƏMƏLİ 

    1. Fikir Evi Əməli Təqdir olunur. 

    2. Suallara Cavab Təkmilləşməlidir. 

    3. 5 Müqəddəs İdeya Fikir Evi Günlərinin hamısında Təkrarlanmalıdır. 

    Nur aparın, Uğur gətirin. 

    Qaranlıqlar Yarılsın! 



22 Murad günü, Köçəri Ay, 13-cü il. Bakı. 

 

MÜTLƏQÇİ  HALI 

İnsanda Mütləqilik Var – yəni ən Sarsıntılı Məqamlarda belə – 

Sarsılmamaq, Sarsıntını ötmək İmkanı Var – Mütləqçi Sarsıntını ötməli, 

Sarsılmazlığa çatmalıdır. 

İnsanda Mütləqilik Var – yəni ən Qorxulu Məqamlarda belə – 

Qorxmamaq, Qorxunu ötmək İmkanı Var – Mütləqçi Qorxunu ötməli, 

Qorxmazlığa çatmalıdır. 

İnsanda Mütləqilik Var – yəni ən Dözülməz Məqamlarda belə – 

Dözmək, Dözümsüzlüyü ötmək İmkanı Var – Mütləqçi Dözümsüzlüyü 

ötməli, Dözümə çatmalıdır. 

İnsanda Mütləqilik Var – yəni ən Çirkin Məqamlarda belə – 

Çirklənməmək, Çirki ötmək İmkanı Var – Mütləqçi Çirki ötməli, 

Çirksizliyə çatmalıdır. 

İnsanda Mütləqilik Var – yəni ən Canavar Məqamlarda belə – 

Canavarlaşmamaq, Canavarlığı ötmək İmkanı Var – Mütləqçi Canav-

arlığı ötməli, İnsaniliyə çatmalıdır. 

İnsanda Mütləqilik Var – yəni ən İlan Məqamlarda belə – 

İlanlaşmamaq, İlanlığı ötmək İmkanı Var – Mütləqçi İlanlığı ötməli, İn-

saniliyə çatmalıdır. 

İnsanda Mütləqilik Var – yəni ən Tülkü Məqamlarda belə – 

Tülküləşməmək, Tülkülüyü ötmək İmkanı Var – Mütləqçi Tülkülüyü 

ötməli, İnsaniliyə çatmalıdır. 

İnsanda Mütləqilik Var – yəni ən İt Məqamlarda belə – 

İtləşməmək, İtliyi ötmək İmkanı Var – Mütləqçi İtliyi ötməli,  

İnsaniliyə çatmalıdır. 

İnsanda Mütləqilik Var – yəni ən İnamsız Məqamlarda belə – 

İnamsızlaşmamaq, İnamsızlığı ötmək İmkanı Var – Mütləqçi İnamsızlığı 

ötməli, Mütləq İnama çatmalıdır. 

İnsanda Mütləqilik Var – yəni ən İdraksız Məqamlarda belə – 

İdraksızlaşmamaq, İdraksızlığı ötmək İmkanı Var – Mütləqçi İdraksızlığı 

ötməli, Mütləq İdraka çatmalıdır. 



 

360


İnsanda Mütləqilik Var – yəni ən Mənəviyyatsız Məqamlarda belə

Mənəviyyatsızlaşmamaq, Mənəviyyatsızlığı ötmək İmkanı Var – Mütləqçi 



Mənəviyyatsızlığı ötməli, Mütləq Mənəviyyata çatmalıdır. 

İnsanda Mütləqilik Var – yəni ən İradəsiz Məqamlarda belə – 

İradəsizləşməmək, İradəsizliyi ötmək İmkanı Var – Mütləqçi İradəsizliyi 

ötməli, Mütləq İradəyə çatmalıdır. 

İnsanda Mütləqilik Var – yəni öz Qeyri-Kamilliyini ötmək



Kamilliyə çatmaq İmkanı Var – Mütləqçi Qeyri-Kamilliyini ötməli – 

Kamilliyə çatmalıdır. 

29 Murad günü, Köçəri Ay, 13-cü il. Bakı. 

 

EVLADIM  ELUCANIN  TƏMSİL  ETDİYİ 

ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

I. Hesabat Təqdir olunur. 

II. Evladlar özlərinə Ruhani Xasiyyətnamələr yazsınlar – özləri haqqın-

da bildiklərini ümumiləşdirsinlər. 

III. Sovet Ədəbiyyatı, Sovet Pedaqogikası, Sovet Tarixi, Sovet Psix-

ologiyası, Sovet Fəlsəfəsi haqqında Fikir izhar etməli. 



19 Mərhəm günü, Günəş Ayı, 14-cü il. Bakı. 

 

EVLADIM  ÖZÜMLÜNÜN  TƏMSİL  ETDİYİ  

  ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

2. Evladlar özlərinə Ruhani Xasiyyətnamələr yazırlar. 

3. “Azərbaycanımız – Azərbaycanlığımız” devizi altında Ailə camaatla 

Görüşür. 

Qaranlıqlar Yarılsın! 



24 Ümid günü, Günəş Ayı, 14-cü il. Bakı. 

 

EVLADIM  BİLƏNƏ 

Mütləqi bilmirlər – bu səbəbdən də Nisbiyə tapınırlar. 

Xeyiri bilmirlər – bu səbəbdən də Şərə tapınırlar. 

Doğrunu bilmirlər – bu səbəbdən də Yalana tapınırlar. 

İnamı bilmirlər – Dinə tapınırlar. 

İdrakı bilmirlər – Cəfəngiyyata tapınırlar. 

Mənəviyyatı bilmirlər – Maddiyyata tapınırlar. 

İradəni bilmirlər – Zamana tapınırlar. 

İnamı bilirik – Mütləqə inanırıq. 

İdrakı bilirik – Ruhaniyyata inanırıq. 

Mənəviyyatı bilirik – Vicdana inanırıq. 

İradəni bilirik – İnsana inanırıq. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə