Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə99/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   95   96   97   98   99   100   101   102   ...   133

 

344


HƏQİQƏT 

Daxili Həyat – Həyatdan artıq. 

 

HƏQİQƏT 

O Dünya – Bu Dünya xülyası. 

Cənnət – Cəhənnəm xülyası. 

 

HƏQİQƏT 

Zənginlik – Bütövlük. 

Yoxsulluq – Natamlıq. 

 

HƏQİQƏT 

Yekdillik – Diri Birlik. 

Yeknəsəqlik – Ölü Birlik. 

 

HƏQİQƏT 

Daxili aləm – Varlığı qoruyur, Zahiri aləm – Yoxluğu. 



 

HƏQİQƏT 

Zaman Daxilində Müstəqillik – Asılılıqdır. 

Şərait Daxilində Müstəqillik – Asılılıqdır. 

Mühit Daxilində Müstəqillik – Asılılıqdır. 



Zaman – Asılılıq deməkdir. 

Şərait – Asılılıq deməkdir. 

Mühit – Asılılıq deməkdir. 

4 Qismət günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

 

HALLAR 

Kamillik Azadlığı. 

Naqislik Əsarəti. 

 

HƏQİQƏT 

Ölümdən Həyat yaranmaz, Həyatdan Ölüm yaranar. 

Yoxdan Var yaranmaz, Vardan Yox yaranar. 

 

HƏQİQƏT 

Varlıqla Yoxluğun Birliyi tutmaz. 

    Məqsəd – Yoxluqdan çıxmaq – Varlığa çatmaq; 

                     Nisbidən çıxmaq – Mütləqə çatmaq; 

                     Gerçəklikdən çıxmaq – Amala çatmaq. 



 


 

345


HƏQİQƏT 

Gerçəklikdə Yox olan Varlıq – İnsan İnamında, İdrakında, 

Mənəviyyatında, İradəsində yaşayır. 

    İnsan Varlığı Gerçəklikdən qoruyur. 

 

HƏQİQƏT 

Azadlıq – Yoxluqdan çıxmaq. 



 

HƏQİQƏT 

İnsan Yoxluqda Varlığı yaşadır. 



 

HƏQİQƏT 

Mütləq – Mütləqi – Varlığı yaşadır. 

Nisbi – Nisbini – Yoxluğu yaşadır. 

 

HƏQİQƏT 

İnsan – Gerçəkliyə – Yoxluğa qarşı durur. 



 

HƏQİQƏT 

     İnsan – Dünyanın Sahibi deyil, 

               – Dünyanın Əsiri deyil – 

              – Dünyanın Mənasıdır. 



 

HƏQİQƏT 

Mücərrəd İnsan – İctimai İnsan. 

Konkret İnsan – Ruhani İnsan. 

 

HƏQİQƏT 

Şəraitdə İnsan Mücərrədləşir. 

Mühitdə İnsan Mücərrədləşir. 

Zamanda İnsan Mücərrədləşir. 

Konkret İnsan – Şəraiti ötür; Mühiti ötür; Zamanı ötür. 

 

MÜASİR FƏALLIQ 

     Gerçəkliyə pərçimlənmək – Mənadan ayrılmaq, Mahiyyətdən 

ayrılmaq. 



HƏQİQƏT 

    Gerçəklik səviyyəsində İnam – əslində Şübhədir, çünki Gerçəklik – 

Mütləq tanımır, deməli, Həqiqət tanımır. 

5 Murad günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

 



 

346


İNSAN LƏYAQƏTİ 

Məna adlı Varlığı Gerçəklik adlı Yoxluqda daşımaq. 



 

HƏQİQƏT 

Gerçəkliyin Ümidi – Mahiyyət. 

Nisbinin Ümidi – Mütləq. 

Yoxluğun Ümidi – Varlıq. 

 

HƏQİQƏT 

Bənzərsizliyin – Mahiyyətə Bənzəri var. 

Əlçatmazlıq – Mahiyyətə çatır. 

Müstəqillik – Mahiyyətlidir. 



 

HƏQİQƏT 

Allah – Nisbi Mütləq, yəni əslində Anti-Mütləq. 



 

HƏQİQƏT 

İnam – İdrakın Mənası. 

 

HƏQİQƏT 

Gerçəklik İnsanı Mənadan ayrı salır. 

İnsan Gerçəkliyi ötür və Mənaya qovuşur. 

7 Arzu günü, Xəzan Ayı, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

Ömrü boyu Adam Məna tanımır, – Ölüm ayağında Mənadan ayrıla bil-

mir. 

HƏQİQƏT 

Cəmiyyəti İdarə etmək – əslində Hamılaşmanı idarə etməkdir, 

Təbəqələşməni idarə etməkdir, Özgələşməni idarə etməkdir –  

yəni Antiinsaniliyi, Antixəlqiliyi idarə etməkdir. 

 

HƏQİQƏT 

Cəmiyyət – Yoxluqdur – Xalq – Varlıq. 



Varlıq Yoxluqda yaşayır. 

 

FƏRQ 

Cəmiyyət – xidmət tələb eləyir, 

Ruhaniyyat – məhəbbət. 

 

 



 

347


HƏQİQƏT 

Cəmiyyət – Keçicidir, Vətən Əbədi. 

Əbədi – Keçicidə yaşamalı olur. 

 

HƏQİQƏT 

Cəmiyyət – Yoxluqdur. 

İnsan – Varlıq. 

    İnsanla Cəmiyyətin Birliyi – Varlıqla Yoxluğun Birliyi olardı – 

Cəfəng. 

 

HƏQİQƏT 

Cəmiyyət öz İnamsızlığıyla Adamı İnamdan ayırır. 

Öz İdraksızlığıyla Adamı İdrakdan ayırır. 

Öz Mənəviyyatsızlığıyla Adamı Mənəviyyatdan ayırır. 

Öz İradəsizliyiylə Adamı İradədən ayırır. 

    Cəmiyyət Adamı İnsandan ayırır. 

 

HƏQİQƏT 

Cəmiyyətçilik – Özümsüzlük. 

Mühitçilik – Özümsüzlük. 

Şəraitçilik – Özümsüzlük. 

 

HƏQİQƏT 

Cəmiyyət  – Adamı İnsandan ayırır. 

Şərait  – Adamı İnsandan ayırır. 

Mühit  – Adamı İnsandan ayırır. 

Cəmiyyəti ötüb  – İnsana çatmaq gərək. 

Şəraiti ötüb – İnsana çatmaq gərək. 

Mühiti ötüb – İnsana çatmaq gərək. 

 

HƏQİQƏT 

Ruh – Əbədidir; Bədən – Keçici. 

Əbədi – Keçicidə yaşamalı olur. 

 

HƏQİQƏT 

Cəmiyyət – Yadlar birliyi. 



 

FƏRQ 

Məhəbbət – Yadlığı öldürür. 

Cəmiyyət – Yadlığı yaşadır. 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə