352
EVLADIM ULUSUYA
Suyumuz Uludur.
Zərdüşt İşığından yaranıb,
Babək Yenilməzliyindən yaranıb,
Dədə Qorqud Ağsaqqallığından yaranıb,
Hürufi İnsanlığından yaranıb,
Füzuli Eşqindən yaranıb,
Muğam Hikmətindən yaranıb,
Saz Dəyanətindən yaranıb.
Ulu Suyumuzu Bulandırırlar;
Xurafat çirki, Cəhalət çirki, Hərcayilik çirki, Qəbahət, Cəhalət, Həqarət
çirki qatırlar Suyumuza...
Ulu Su olmalıyıq. İnam Suyu, İdrak Suyu, Mənəviyyat Suyu, İradə
Suyu.
“Ulusu” adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
28 Mərhəm günü, Yağış Ayı, 13-cü il. Bakı.
(Həyatda adı Aynur idi. Ocaqdan çıxdı).
EVLƏNMƏ XEYİR-DUASI
Qoy Fərəh Evin Atası olsun – Ağası olmasın.
Qoy Nigar Evin Anası olsun – Xanımı olmasın.
Qoy Qayınata Evlənənlərin Atası olsun – Ağası olmasın.
Qoy Qayınana Evlənənlərin Anası olsun – Xanımı olmasın.
Ömür Amala həsr olunsun – Həyata həsr olunmasın – Həyat Amalla
İşıqlansın.
Qaranlıqlar Yarılsın.
1 İnam günü, Sərt Ay, 13-cü il. Bakı.
“SƏFƏR GÜNÜ” MƏRASİMİ
I. Mərasim Gedişatının Yazısı Safruha tapşırılır.
II. Yazı Sərt ayın 20-də Ataya təqdim olunur.
III. Mərasim: – Ata Sözündən, Səfər hesabatlarından və Ruhani
Sənədlərin oxunmasından ibarət olur.
13 Qismət günü, Sərt Ay, 13-cü il. Bakı.
353
EVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
I. Hesabat Təqdir olunur. Ailənin Amallaşma səviyyəsi yüksəlir.
II. “Fikir Evi” yaradılmalı. Xalqla Təmas yaranmalı.
III. Dərgilər Ocaq ifadəsi qabiliyyəti kəsb etsin.
IV. Cənubla əlaqə artsın.
Qaranlıqlar yarılsın!
26 Dözüm günü, Sərt Ay, 13-cü il. Bakı.
HƏQİQƏT
Üz – Mənəvi Xəritə.
5 İnam günü, Qar Ayı, 13-cü il. Bakı.
EVLADIM İŞIQLIYA
İşıqsızdır Dünya – çünki İnamsızdır.
İşıqlıyıq – çünki İnamlıyıq.
İşıqsızdır Dünya – çünki İdraksızdır.
İşıqlıyıq – çünki İdraklıyıq.
İşıqsızdır Dünya – çünki Mənəviyyatsızdır.
İşıqlıyıq – çünki Mənəviyyatlıyıq.
İşıqsızdır Dünya – çünki İradəsizdir.
İşıqlıyıq – çünki İradəliyik.
“İşıqlı” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
(Yaşamdakı adı Elçin Qaliboğlu).
EVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Camaatla Üz-Üzə durmaq vaxtıdır.
3. Özüylədöyüşün Mütləqilik səviyyəsinə Yetmək vaxtıdır.
Qaranlıqlar Yarılsın!
25 Murad günü, Qar Ayı, 13-cü il. Bakı.
“AİLƏ GÜNÜ” MƏRASİMİ HAQQINDA
I. Ailə gününün Yazısını, Carları Özümlü hazırlayır.
II. Gedişat: Təmsilçilərin və Evladların Ailələr haqqında Sözü.
Ata Sözü.
III. Yazı Qar Ayının sonunda Ataya təqdim edilir.
26 İnam günü, Qar Ayı, 13-cü il. Bakı.
354
MÜTLƏQÇİLİK AQİBƏTİ
Mütləqçilik – Gerçəkliyi ötməkdir:
Gerçəkliyi ötmək – Gerçək İnamı ötməkdir: –
Dini İnamla əvəz etməkdir.
Mütləqçilik – Gerçək İdrakı ötməkdir: –
Maddiyyatçılığı Ruhaniyyatçılıqla əvəz etməkdir.
Mütləqçilik – Gerçək Mənəviyyatı ötməkdir: –
Adamı İnsanla əvəz etməkdir.
Mütləqçilik – Gerçək İradəni ötməkdir: –
Zəmanəyə qarşı durmaqdır.
Dini İnamla əvəz etmək – İnamsızlıqdan qurtarmaqdır.
Maddiyyatçılığı Ruhaniyyatçılıqla əvəz etmək – Ruhsuzluqdan qur-
tarmaqdır.
Adamı İnsanla əvəz etmək – İnsansızlıqdan qurtarmaqdır.
Zəmanəyə qarşı durmaq – Həqiqətsizlikdən qurtarmaqdır.
Mütləqçi Dünyanın, Həyatın, İnsanın Mütləq Mənasına inanır:
bu səbəbdən də Qismətçiliyə – Allah kəramətinə, Alın yazısına, Cənnət
xülyasına, Cəhənnəm xofuna qarşıdır.
Mütləqçi Dünyaya, Həyata, İnsana Mütləq ölçüsüylə yanaşır, Mütləq
olmayanı Həqiqət saymır.
Mütləqçi – Nisbi Evladlığı rədd edir;
Mütləq Evladlıqdan başqa Evladlıq tanımır.
Mütləqçi – Nisbi Qardaşlığı rədd edir;
Mütləq Qardaşlıqdan başqa Qardaşlıq tanımır.
Mütləqçi – Nisbi Bacılığı rədd edir;
Mütləq Bacılıqdan başqa Bacılıq tanımır.
Nisbi Evladlıq Səcdə, İntizam Mütləqiliyinə xələl gətirməkdir ki, bunu
Evladlıq saymaq Günahdır.
Nisbi Qardaşlıq – mübahisəli, həsədli, hədəli, şübhəli, qeybətli, gi-
leyli, dedi-qodulu Qardaşlıqdır ki, onu Qardaşlıq saymaq – Günahdır.
Nisbi Bacılıq – mübahisəli, həsədli, hədəli, şübhəli, qeybətli, gileyli,
dedi-qodulu Bacılıqdır ki, onu Bacılıq saymaq – Günahdır.
Mütləqçilik – Aramsız, Ardıcıl Mütləqləşmə Yoludur – Gerçəklikdən
Üstün.
1 Murad günü, Köçəri Ay, 13-cü il. Bakı.
MÜTLƏQÇİ HALI
1. Acığı eşitməmək. Acığa acımaq.
2. Ürəyin qapısını Kinin üzünə bağlamaq.
3. Bütün vəziyyətlərdə Ruhu rəvan saxlamaq.
4. Rəqabəti həqarət saymaq.