Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə101/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   97   98   99   100   101   102   103   104   ...   133

 

352


EVLADIM ULUSUYA 

Suyumuz Uludur. 

    Zərdüşt İşığından yaranıb, 

Babək Yenilməzliyindən yaranıb, 

Dədə Qorqud Ağsaqqallığından yaranıb, 

Hürufi İnsanlığından yaranıb, 

Füzuli Eşqindən yaranıb, 

Muğam Hikmətindən yaranıb, 

Saz Dəyanətindən yaranıb. 

    Ulu Suyumuzu Bulandırırlar; 

Xurafat çirki, Cəhalət çirki, Hərcayilik çirki, Qəbahət, Cəhalət, Həqarət 

çirki qatırlar Suyumuza... 

    Ulu Su olmalıyıq. İnam Suyu, İdrak Suyu, Mənəviyyat Suyu, İradə 

Suyu. 



    “Ulusu”  adını sənə halal eləyirəm. 

     Adına layiq ol. 

     Qaranlıqlar Yarılsın! 

     Daxilindəki Mütləq sənə Yar olsun! 



28 Mərhəm günü, Yağış Ayı, 13-cü il. Bakı. 

(Həyatda adı Aynur idi. Ocaqdan çıxdı). 



 

 

EVLƏNMƏ  XEYİR-DUASI 

Qoy Fərəh Evin Atası olsun – Ağası olmasın. 

    Qoy Nigar Evin Anası olsun – Xanımı olmasın. 

    Qoy Qayınata Evlənənlərin Atası olsun – Ağası olmasın. 

    Qoy Qayınana Evlənənlərin Anası olsun – Xanımı olmasın. 

    Ömür Amala həsr olunsun – Həyata həsr olunmasın – Həyat  Amalla 

İşıqlansın. 

   Qaranlıqlar Yarılsın. 



1 İnam günü, Sərt Ay, 13-cü il. Bakı. 

 

 

“SƏFƏR  GÜNÜ”  MƏRASİMİ 

    I. Mərasim Gedişatının Yazısı Safruha tapşırılır. 

II. Yazı Sərt ayın 20-də Ataya təqdim olunur. 

III. Mərasim: – Ata Sözündən, Səfər hesabatlarından və Ruhani 

Sənədlərin oxunmasından ibarət olur. 

13 Qismət günü, Sərt Ay, 13-cü il. Bakı. 

 



 

353


EVLADIM  ÖZÜMLÜNÜN  TƏMSİL  ETDİYİ 

     ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

 I. Hesabat Təqdir olunur. Ailənin Amallaşma səviyyəsi yüksəlir. 

II. “Fikir Evi” yaradılmalı. Xalqla Təmas yaranmalı. 

III. Dərgilər Ocaq ifadəsi qabiliyyəti kəsb etsin. 

IV. Cənubla əlaqə artsın. 

Qaranlıqlar yarılsın! 



26 Dözüm günü, Sərt Ay, 13-cü il. Bakı. 

 

HƏQİQƏT 

    Üz – Mənəvi Xəritə. 



5 İnam günü, Qar Ayı, 13-cü il. Bakı. 

 

EVLADIM  İŞIQLIYA 

İşıqsızdır Dünya – çünki İnamsızdır. 

İşıqlıyıq – çünki İnamlıyıq. 

      İşıqsızdır Dünya – çünki İdraksızdır. 

İşıqlıyıq – çünki İdraklıyıq. 

      İşıqsızdır Dünya – çünki Mənəviyyatsızdır. 

İşıqlıyıq – çünki Mənəviyyatlıyıq. 

      İşıqsızdır Dünya – çünki İradəsizdir. 

İşıqlıyıq – çünki İradəliyik. 

    “İşıqlı” adını sənə halal eləyirəm. 

    Adına layiq ol! 

    Qaranlıqlar Yarılsın! 

    Daxilindəki Mütləq sənə Yar olsun! 



(Yaşamdakı adı Elçin Qaliboğlu). 

 

EVLADIM  ÖZÜMLÜNÜN  TƏMSİL  ETDİYİ 

    ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

2. Camaatla Üz-Üzə durmaq vaxtıdır. 

3. Özüylədöyüşün Mütləqilik səviyyəsinə Yetmək vaxtıdır. 

Qaranlıqlar Yarılsın! 

25 Murad günü, Qar Ayı, 13-cü il. Bakı. 

“AİLƏ  GÜNÜ”  MƏRASİMİ HAQQINDA 

I. Ailə gününün Yazısını, Carları Özümlü hazırlayır. 

II. Gedişat: Təmsilçilərin və Evladların Ailələr haqqında Sözü. 

Ata Sözü. 

III. Yazı Qar Ayının sonunda Ataya təqdim edilir. 

26 İnam günü, Qar Ayı, 13-cü il. Bakı. 

 



 

354


MÜTLƏQÇİLİK  AQİBƏTİ 

Mütləqçilik – Gerçəkliyi ötməkdir: 

Gerçəkliyi ötmək – Gerçək İnamı ötməkdir: –  

Dini İnamla əvəz etməkdir. 

      Mütləqçilik – Gerçək İdrakı ötməkdir: – 



Maddiyyatçılığı Ruhaniyyatçılıqla əvəz etməkdir. 

      Mütləqçilik – Gerçək Mənəviyyatı ötməkdir: – 



Adamı İnsanla əvəz etməkdir. 

      Mütləqçilik – Gerçək İradəni ötməkdir: – 

Zəmanəyə qarşı durmaqdır. 

      Dini İnamla əvəz etmək – İnamsızlıqdan qurtarmaqdır. 

      Maddiyyatçılığı Ruhaniyyatçılıqla əvəz etmək – Ruhsuzluqdan qur-

tarmaqdır. 

      Adamı İnsanla əvəz etmək – İnsansızlıqdan qurtarmaqdır. 

      Zəmanəyə qarşı durmaq – Həqiqətsizlikdən qurtarmaqdır. 

      Mütləqçi Dünyanın, Həyatın, İnsanın Mütləq Mənasına inanır:  

bu səbəbdən də Qismətçiliyə – Allah kəramətinə, Alın yazısına, Cənnət 

xülyasına, Cəhənnəm xofuna qarşıdır. 

      Mütləqçi Dünyaya, Həyata, İnsana Mütləq ölçüsüylə yanaşır, Mütləq 

olmayanı Həqiqət saymır. 

      Mütləqçi – Nisbi Evladlığı rədd edir; 

Mütləq Evladlıqdan başqa Evladlıq tanımır. 

      Mütləqçi – Nisbi Qardaşlığı rədd edir; 

Mütləq Qardaşlıqdan başqa Qardaşlıq tanımır. 

      Mütləqçi – Nisbi Bacılığı rədd edir; 

Mütləq Bacılıqdan başqa Bacılıq tanımır. 

      Nisbi Evladlıq Səcdə, İntizam Mütləqiliyinə xələl gətirməkdir ki, bunu 

Evladlıq saymaq Günahdır. 

      Nisbi Qardaşlıq – mübahisəli, həsədli, hədəli, şübhəli, qeybətli, gi-

leyli, dedi-qodulu Qardaşlıqdır ki, onu Qardaşlıq saymaq – Günahdır. 



      Nisbi Bacılıq – mübahisəli, həsədli, hədəli, şübhəli, qeybətli, gileyli, 

dedi-qodulu Bacılıqdır ki, onu Bacılıq saymaq – Günahdır. 

      Mütləqçilik – Aramsız, Ardıcıl Mütləqləşmə Yoludur – Gerçəklikdən 

Üstün. 


1 Murad günü, Köçəri Ay, 13-cü il. Bakı. 

 

MÜTLƏQÇİ  HALI 

    1. Acığı eşitməmək. Acığa acımaq. 

2. Ürəyin qapısını Kinin üzünə bağlamaq. 

3. Bütün vəziyyətlərdə Ruhu rəvan saxlamaq. 

4. Rəqabəti həqarət saymaq. 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə