Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə109/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   105   106   107   108   109   110   111   112   ...   133

 

379


İnam Nuru olmalıyıq Yurdumuza, Şərqimizə, Dünyamıza. 

İdrak Nuru olmalıyıq Yurdumuza, Şərqimizə, Dünyamıza. 

Mənəviyyat Nuru olmalıyıq Yurdumuza, Şərqimizə, Dünyamıza. 

İradə Nuru olmalıyıq Yurdumuza, Şərqimizə, Dünyamıza. 



“Göynur”  adını sənə halal eləyirəm. 

 Adına layiq ol. 

    Qaranlıqlar Yarılsın! 

22 Ümid günü, Sərt Ay, 14-cü il. Bakı. 

(Yaşamda adı Qaryağdı qızı Elmira idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  ELSAFA 

    Elin Safı olmalıyıq. 

    Elin İnamı olmalıyıq. 

           İdrakı olmalıyıq. 

           Mənəviyyatı olmalıyıq. 

           İradəsi olmalıyıq. 

    İnamsızdır Bugünkülər – Saflıqdan məhrumdurlar. 

    İdraksızdır Bugünkülər – Saflıqdan məhrumdurlar. 

    Mənəviyyatsızdır Bugünkülər – Saflıqdan məhrumdurlar. 

    İradəsizdir Bugünkülər – Saflıqdan məhrumdurlar. 



    “Elsaf” adını sənə halal eləyirəm. 

    Adına layiq ol. 

    Qaranlıqlar yarılsın! 

    Daxilindəki Mütləq sənə Yar olsun! 



27 İnam günü, Sərt Ay, 14-cü il. Bakı. 

(Yaşamda adı Xəyyam idi. Döndü). 

 

FƏRQ 

Özümləşdiyin dərəcədə – Doğmalaşırsan. 

Hamılaşdığın dərəcədə – Yadlaşırsan. 

 

ÖLÇÜ 

İnamın elə Uca olsun ki, Şübhə Ona Çata bilməsin. 

İnamın elə Yaxın olsun ki, Ondan Ayrıla bilməyəsən. 

2 Murad günü, Qar Ayı, 14-cü il. Bakı. 

 

ƏLAQƏ 

Azadlıq Məsuliyyəti 

Əsarət Məsuliyyətsizliyi. 

7 Mərhəm günü, Qar Ayı, 14-cü il. Bakı. 

 



 

380


FƏRQ 

İctimai İdeal – Cəmiyyətləşmə. 

Ruhani İdeal – İnsanlaşma. 

12 Ümid günü, Qar Ayı, 14-cü il. Bakı. 

 

“AİLƏ  GÜNÜ”  MƏRASİMİ 

I. Mərasim Mütləqilik səviyyəsində keçirilməlidir. 

II. Məzmun: Evlad Qəbulu, Evlad Sözü, Ata Kəlamı. 

III. Mərasimin Yazısı və Carları Soyluya həvalə olunur. 

IV. Yazı Qar Ayının 30-da Ataya Təqdim olunur. 

20 Dözüm günü, Qar Ayı, 14-cü il. Bakı. 

 

EVLADIM  ELUCANIN  TƏMSİL  ETDİYİ UNİVERSİTET   



ATA  AİLƏSİNİN HESABATI  HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

2. Ailə “Ruhani Əməl Fəaliyyəti”nə başlasın. 

3. Ailə Gənclik – Qadınçılıq Ruhçuluğunu Yüksəltsin. 



26 Arzu günü, Qar Ayı, 14-cü il. Bakı. 

 

EVLADIM  ELƏRƏ 

İnam Ərləri gərək Elimizə. 

İdrak Ərləri gərək Elimizə. 

Mənəviyyat Ərləri gərək Elimizə. 

İradə Ərləri gərək Elimizə. 

İnsanlaşma Ərləri gərək Elimizə. 

Ruhani Cəmiyyət Ərləri gərək Elimizə. 

Şərqləşmə Ərləri gərək Elimizə. 

Müstəqil Vətən Ərləri gərək Elimizə. 

“Elər”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 



(Yaşamda adı Kamil Xəlil oğlu idi. Döndü). 

 

EVLADIM  ELXASA 

İnam Xası, Xalisi olmalıyıq. 

İdrak Xası, Xalisi olmalıyıq. 

Mənəviyyat Xası, Xalisi olmalıyıq. 

İradə Xası, Xalisi olmalıyıq. 

El Xası, Xalisi olmalıyıq. 

Xaslıq, Xalislik gətirməliyik Yurdumuza, Şərqimizə, Dün- 



 

381


yamıza. 

    Mütləqilik Xaslığı, Xalisliyi gətirməliyik. 

    İnsanilik Xaslığı, Xalisliyi gətirməliyik. 

    Ruhanilik Xaslığı, Xalisliyi gətirməliyik. 

    Müstəqillik Xaslığı, Xalisliyi gətirməliyik. 

   “Elxas“ adını sənə halal eləyirəm. 

    Adına layiq ol! 

    Qaranlıqlar yarılsın! 

1 Köçəri Ay, Arzu günü, 14-cü il. Bakı. 

(Yaşamda adı Bayraməli oğlu Asif idi. Döndü). 

  

EVLADIM  GÜNTƏKİNƏ 

Gün təkin Amalımız var – İnamımız var, İdrakımız var, Mənəviyyatımız 

var, İradəmiz var. 

    Gün təkindir – Mütləqiliyimiz; 

                           İnsanlaşma Yükümüz, 

                           Ruhani Cəmiyyət Yükümüz, 

                           Müstəqil Vətən Yükümüz, 

                           Özümlü Şərq Yükümüz. 

    Günsüzdürlər Bugünkülər – İnamsızdırlar, 

                                                 İdraksızdırlar, 

                                                 Mənəviyyatsızdırlar, 

                                                 İradəsizdirlər. 

    Amal Günü Düşməlidir Yurdumuza, Şərqimizə, Dünyamıza – İnam 

Günü, İdrak Günü, Mənəviyyat Günü, İradə Günü. 

    “Güntəkin”  adını sənə halal eləyirəm. 

    Adına layiq ol! 

    Qaranlıqlar Yarılsın! 

    Yükümüzdən böyük Fərəhimiz yoxdur! 



(Yaşamda adı Zərifə Qurban qızı idi. Ocaqdan çıxdı). 

 

EVLADIM   NURTAYA 

Qaranlığa qərq olub Yurdumuz, Şərqimiz, Dünyamız. 



Nura tay olmalıyıq. 

İnam Nuru saçmalıyıq. 

İdrak Nuru saçmalıyıq. 

Mənəviyyat Nuru saçmalıyıq. 

İradə Nuru saçmalıyıq. 

Mütləqilik Nuru saçmalıyıq. 

İnsanlaşma Nuru saçmalıyıq. 

Ruhani Cəmiyyət Nuru saçmalıyıq. 




 

382


Müstəqil Vətən Nuru saçmalıyıq. 

Özümlü Şərq Nuru saçmalıyıq. 



“Nurtay“  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən böyük Fərəhimiz yoxdur! 



(Yaşamda adı Vaqif oğlu Anar idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  ULUYURDA 

Uludur Yurdumuz. 

Zərdüşt Ululuğu daşıyır Aqibətində. 

Babək Ululuğu daşıyır Aqibətində. 

Dədə Qorqud Ululuğu daşıyır Aqibətində. 

Hürufilik Ululuğu daşıyır Aqibətində. 

Füzulilik Ululuğu daşıyır Aqibətində. 

Muğam Ululuğu daşıyır Aqibətində. 

Saz Ululuğu daşıyır Aqibətində. 

Ululuqdan uzaqdırlar Bugünkülər. 

İnamdan uzaqdırlar. 

İdrakdan uzaqdırlar. 

Mənəviyyatdan uzaqdırlar. 

İradədən uzaqdırlar. 

Bugünü ötmək gərək – Ululuğa çatmaq gərək. 

“Uluyurd”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən böyük Fərəhimiz yoxdur! 



(Yaşamda adı Vaqif idi. Ocaqdan çıxdı). 

 

ÖZÜMLÜNÜN  TƏMSİL  ETDİYİ  

ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

    1. Hesabat Qəbul olunur. 

2. Ata Hökmünə əməl etməli. Ailənin Ruhani səviyyəsini Yüksəltməli. 

 

ULUTAYIN  TƏMSİL  ETDİYİ 



ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

2. Amallaşma – İnsanlaşma – Xalqlaşma Birliyinə çatmalı. 

5 Qismət günü, Köçəri Ay, 14-cü il. Bakı. 

 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə