365
Mənəviyyatsızdırlar.
İradəsizdirlər.
Elliyik.
Çünki İnamlıyıq.
İdraklıyıq.
Mənəviyyatlıyıq.
İradəliyik.
Elimizi Mütləqə İnam Müqəddəsliyinə çatdırırıq.
İnsanlaşma Müqəddəsliyinə çatdırırıq.
Ruhani Cəmiyyət Müqəddəsliyinə çatdırırıq.
Müstəqil Vətən Müqəddəsliyinə çatdırırıq.
Özümlü Şərq Müqəddəsliyinə çatdırırıq.
“Elli” adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın.
Daxilindəki Mütləq sənə Yar olsun!
24 İnam günü, İşıq Ayı, 14-cü il. Bakı.
(Yaşamda adı Cavadlı Natiq idi. Ocaqdan çıxdı).
EVLADIM NURAMALA
Amalsızdır Dünya – bu səbəbdən də Nursuzdur.
Nur Amalı olmalıyıq Dünyamıza.
İnam Nuru.
İdrak Nuru.
Mənəviyyat Nuru.
İradə Nuru.
Mütləqə İnam Nuru Qaranlıqları Yarsın!
İnsanlaşma Nuru Qaranlıqları Yarsın!
Ruhani Cəmiyyət Nuru Qaranlıqları Yarsın!
Müstəqil Vətən Nuru Qaranlıqları Yarsın!
Özümlü Şərq Nuru Qaranlıqları Yarsın!
“Nuramal” adını sənə halal eləyirəm!
Adına layiq ol!
Daxilindəki Mütləq sənə Yar olsun!
27 Dözüm günü, İşıq Ayı, 14-cü il. Bakı.
(Yaşamda adı Əhmədzadə Pərviz idi. Döndü).
UNİVERSİTETDƏKİ FİKİR EVİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Fikir Evi Ruhani Əmələ çevrilməkdədir.
3. Sorğulara cavablar Müqəddəsat səviyyəsində olmalıdır.
4. Fikirçilərlə münasibət Ocaq Yetkinliyinə çatmalıdır.
366
ELUCANIN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. İnsanlaşmanın Hallar səviyyəsində izharına çatmalı:
İnam Halının səviyyəsi.
İdrak Halının səviyyəsi.
Mənəviyyat Halının səviyyəsi.
İradə Halının səviyyəsi.
3. Rəğbətçilərlə Mərasimdən kənar Təmas Biçimi tapmalı.
MÜTLƏQLƏ TƏMAS QAYDASI
Ataya Ricadan sonra Səhər – Özündəki Mütləqə Rica; Gündüz –
Təbiətdəki Mütləqə Rica; Axşam – Dünyadakı Mütləqə Rica İzhar olunur.
OCAQ BAYRAMLARI TƏQVİMİ
İnsanilik Bayramı – Günəş Ayının 14-ü.
Xəlqilik Bayramı – Şölə Ayının 13-ü.
Şərqilik Bayramı – Ata Ayının 12-si.
Bəşərilik Bayramı – Sərt Ayın 12-si.
MÜQƏDDƏS MÜRACİƏT
“Ehtiram”
sözü
Evladın
Ataya
münasibətini
ifadə
eləmir.
Bu səbəbdən də Ataya müraciətdə “Ehtiram” sözü “Səcdə” sözüylə əvəz
olunur – “Müqəddəs Ataya Ali Səcdə” – deyilir.
28 Mərhəm günü, İşıq Ayı, 14-cü il. Bakı.
EVLADIM YURDÇUYA
Yurdçuluq – İnamçılıqdır;
Ocaq Evladı – İnamçıdır, Yurdçudur.
Yurdçuluq – İnsançılıqdır;
Ocaq Evladı – İnsançıdır, Yurdçudur.
Yurdçuluq – Amalçılıqdır;
Ocaq Evladı – Amalçıdır, Yurdçudur.
Yurdçuluq – Türkçülükdür;
Ocaq Evladı – Türkçüdür, Yurdçudur.
Yurdçuluq – Şərqçilikdir;
Ocaq Evladı – Şərqçidir, Yurdçudur.
“Yurdçu” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəh yoxdur!
9 Ümid günü, Şölə Ayı, 14-cü il. Bakı.
(Yaşamda adı Elbəniz idi. Döndü).
367
EVLADIM ÖZÜMLÜNÜN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Öyrəndiyinizi – Öyrədin.
Mütləqə İnamı öyrətmək Məqamı çatıb.
İnsanlaşmanı öyrətmək Məqamı çatıb.
3. Mətbuatda Ocaq İdeyalarını yayın.
4. Ətrafınıza Ocaq İşığı saçın.
Ailə – Əhali Təması yaransın.
Qaranlıqlar Yarılsın!
8 Murad günü, Qürub Ayı, 14-cü il. Bakı.
“ATA GÜNÜ” MƏRASİMİ
Səviyyə: Mütləq Səcdə, Mütləq İntizam, Mütləq Doğmalıq.
Məzmun: Evlad Qəbulu, Evlad İzharı – Atayla üz-üzə, Ata Hökmləri.
Gedişat Yazısı və Carlar: – Safruha, Soyluya, Uğura tapşırılır.
Yazılar Ata Ayının 10-da Ataya təqdim olunur.
EVLADIM ELGÜNƏ
Elimizə İnam Günü olmalıyıq.
İdrak Günü olmalıyıq.
Mənəviyyat Günü olmalıyıq.
İradə Günü olmalıyıq.
Günsüzdürlər Bugünkülər.
Çünki İnamsızdırlar.
İdraksızdırlar.
Mənəviyyatsızdırlar.
İradəsizdirlər.
Mütləqə İnam Günü gərək Elimizə.
İnsanlaşma Günü gərək Elimizə.
Ruhani Cəmiyyət Günü gərək Elimizə.
Müstəqil Vətən Günü gərək Elimizə.
“Elgün” adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın.
26 Dözüm günü, Qürub Ayı, 14-cü il. Bakı.
(Yaşamda adı Nəcəfov Ədhəm imiş, qəbula gəlməyib).
FƏRQ
Dünya Gedişatı: Demokratiya cəngəlliyindən – Diktatura Zindanına.
Ocaq Yolu: Demokratiya cəngəlliyindən – Ruhaniyyat Göylüyünə.
9 Dözüm günü, Ata Ayı, 14-cü il. Bakı.