394
EVLADIM ODTƏKİNİN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur!
2. Ailə Gününüzü Atanın Son Mərasim Sözü üstə qurun.
3. Ata Hökmlərini gerçəkləşdirin!
Qaranlıqlar Yarılsın!
2 Şölə Ayı, Dözüm günü, 15-ci il. Bakı.
EVLADIM NURRUHA
Ruh Nuru daşıyırıq: İnam Nuru, İdrak Nuru, Mənəviyyat Nuru, İradə
Nuru.
İnsançılıq Nuru, Yurdçuluq Nuru, Vicdançılıq Nuru, Təmənnasızlıq
Nuru, Fədakarlıq Nuru, Xalqçılıq Nuru, Özümçülük Nuru.
Din Qaranlığını Yaran!
Kapitalizm – Sosializm Qaranlığını Yaran!
Qərbçilik Qaranlığını Yaran!
Zamandan Yüksək, Şəraitdən Yüksək, Mühitdən Yüksək, Cəmiyyətdən
Yüksək.
Əzəli, Əbədi, Sonsuz, Kamil.
Millətçilik Nuru – Mütləq Həqiqət, Mütləq Ədalət, Mütləq Xeyir Nuru.
“Nurruh” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
27 İnam günü, Şölə Ayı, 15-ci il. Bakı.
(Yaşamda adı Sakit Məmmədov idi. Ocaqdan çıxdı).
EVLADIM ULUTAYIN TƏMSİL ETDİYİ
ŞƏMKİR ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur!
2. Ailə Əməlini İşıqçılıq Əməliylə birləşdirməli.
3. Ocağa Evlad Yetirməli!
28 Arzu günü, Şölə Ayı, 15-ci il. Bakı.
BAĞBANIM, ƏVƏZSİZİM
Sənin Ocağa gəlməyin – Səadət idi. Həyatdan getməyin –
Fəlakət oldu.
Saflığın Əvəzsizdi, Fədakarlığın Əvəzsizdi, Aşiqliyin Əvəzsizdi, Sakitli-
yin Qüdrətliydi, Təmkinin Hünərliydi.
Mənəviyyatın Göylüydü, Əməlin Ruh üstə köklənmişdi, Yurdçuluğun –
Nurçuluq idi.
Ocaq İşığı oldun.
395
Oda çevrildin, Ocağa qalandın, Ocaqda qaldın.
Həyat sənə qarşı namərdlik elədi.
O, sənin kimilərindən qorxur.
Çünki sən ondan üstünsən.
Ocaqda sən Ali Həyata qovuşdun – həmişəlik.
Bağbanım, Əvəzsizim – Sənsiz deyiləm – olmayacam –
Səninləyəm – Ocağımın sönməz İşığıyla.
Ocağımızda qalacağıq hamımız – Yurdumuz üçün, Şərqimiz üçün,
Dünyamız üçün!
30 Dözüm günü, Şölə Ayı, 15-ci il. Bakı.
EVLADIM ƏRNURA
Nur Ərləri gərək Yurdumuza.
Ruh Ərləri.
İnam Ərləri.
İdrak Ərləri.
Mənəviyyat Ərləri.
İradə Ərləri.
Mütləqçi Nuru gərək Yurdumuza.
İnsançı Nuru gərək Yurdumuza.
Ruhaniyyatçı Nuru gərək Yurdumuza.
Şərqçi Nuru gərək Yurdumuza.
Yurdçuluğumuz – Müqəddəsçiliyimiz – Dünyaçılığımız Birdir.
“Ərnur” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
1 Od Ayı, Mərhəm günü, 15-ci il. Bakı.
(Bu adı alacaq şəxs Evladlığa qəbul olunmadı).
EVLADLARIM UĞURA – ZAHİDƏYƏ XEYİR-DUA
Ruhani Yadlığa qarşı – Ruhani Doğmalıq Qalası tikin.
Cəmiyyətçiliyə qarşı – İnsançılıq Qalası tikin.
Dinçiliyə qarşı – İnamçılıq Qalası tikin.
Özgəçiliyə qarşı – Özümçülük Qalası tikin.
Pulçuluğa qarşı – Yurdçuluq Qalası tikin.
Ruhani Doğmalar Yetirin.
İnsançılar Yetirin.
İnamçılar Yetirin.
Özümçülər Yetirin.
İkiliyi Ömrünüzdən silin.
Ağalığa havalanmayın.
396
Xanımlığa havalanmayın.
Atalığa Qalanın.
Analığa Qalanın.
Ləyaqətə Qalanın.
Məna İşığına qovuşsun ömrünüz.
30 Qismət günü, Od Ayı, 15-ci il. Bakı.
EVLADIM ODTƏKİNİN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur!
2. Ailə – Xalqlaşma Birliyinə çatın.
3. Özüylədöyüşün Kamillik səviyyəsinə çatın.
Qaranlıqlar Yarılsın!
2 Arzu günü, Qürub Ayı, 15-ci il. Bakı.
EVLADIM UCARUHA
Ruhumuz Ucadır.
Zərdüşt Ruhluyuq.
Babək Ruhluyuq.
Dədə Qorqud Ruhluyuq.
Hürufi Ruhluyuq.
Füzuli Ruhluyuq.
Muğam Ruhluyuq.
Saz Ruhluyuq.
Ruh Həyatdan Ucadır.
Ruhsuzdurlar, Qanadsızdırlar Bugünkülər, çünki İnamsızdırlar.
Ocaqçılıq – Ucaruhluqdur.
“Ucaruh” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
3 Ümid günü, Qürub Ayı, 15-ci il. Bakı.
(Yaşamda adı Sevinc Əli qızı idi. Ocaqdan çıxdı).
“ATA GÜNÜ” MƏRASİMİ
1. Mərasim Mütləq Səcdə, Mütləq Doğmalıq, Mütləq İntizam
səviyyəsində keçməli.
2. Mərasimin Məzmunu:
Evlad Qəbulu.
Atayla Ruhani Qovuşma – Evlad İzharı.
397
Ata Kəlamı.
Atanın Müqəddəslik İzharı.
3. Gedişatı Safruh yazır.
4. Yazı 15 Ata Ayında Ataya təqdim edilir.
Qaranlıqlar Yarılsın!
10 Qismət günü, Qürub Ayı, 15-ci il. Bakı.
EVLADIM ULURUHA
Ruhumuz Uludur.
Mütləqə İnanırıq.
İnsanlaşırıq, İnsanlaşdırırıq.
Vicdançıyıq, Təmənnasızıq, Fədakarıq.
Zamandan Üstünük, Şəraitdən Üstünük, Mühitdən Üstünük.
Din – İnamla əvəz olunmalı.
Cəmiyyət – Xalq Birliyiylə əvəz olunmalı.
Adam – İnsanla əvəz olunmalı.
Maddiyyatçılıq – Ruhaniyyatçılıqla əvəz olunmalı.
“Uluruh” adını sənə halal eləyirəm.
Adına layiq ol!
Qaranlıqlar Yarılsın!
16 Mərhəm günü, Ata Ayı, 15-ci il. Bakı.
(Yaşamda adı Əzizbala idi. Ocaqdan çıxdı).
EVLADIM ODTƏKİNİN TƏMSİL ETDİYİ
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur!
2. Son siyasət məğlubiyyətinin əsaslarını camaata anlatmalı.
İnsansızlıq məğlubiyyəti.
İnamsızlıq məğlubiyyəti.
İdraksızlıq məğlubiyyəti.
Mənəviyyatsızlıq məğlubiyyəti.
İradəsizlik məğlubiyyəti.
Zahirilik məğlubiyyəti.
Qərbçilik məğlubiyyəti.
3. Ocağa Evlad yetirməli.
Qaranlıqlar Yarılsın!
18 Murad günü, Ata Ayı, 15-ci il. Bakı.
EVLADIM YOLNURUN TƏMSİL ETDİYİ ŞƏMKİR ATA AİLƏSİNİN
HESABATLARI HAQQINDA
1.Hesabatlar Təqdir olunur. Ailə Yetkinliyinə doğru irəliləyir.
Dostları ilə paylaş: |