Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə121/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   117   118   119   120   121   122   123   124   ...   133

 

426


Fədakarlığa çatdırırsan. 

Vüqara çatdırırsan. 

Xeyirxahlığa çatdırırsan. 

Müqəddəsliyə çatdırırsan. 

Ədalətə çatdırırsan. 

Cürətə çatdırırsan. 

Heyrətə çatdırırsan. 

Məhəbbətə çatdırırsan. 

İnsanlaşırsan, insanlaşdırırsan... 

 

2. MÜQƏDDƏS QİSMƏT 

Ömrünü Ruhaniyyata həsr edən – Mənəviyyatını Maddiyyat 

əsarətindən qorumalıdır. 

Ömrünü Ruhaniyyata həsr edən – Mənəviyyatını Şər əsarətindən 

qorumalıdır. 

Müqəddəs Yaşayış şərtləri: 

I. Minimal güzəran: Zəruri olanla kifayətlənmək,  

Zəruri    olmayanı çirkab saymaq, ömürdən silmək. 

II. Minimal Varidat: Zəruri olanla kifayətlənmək,  

Zəruri olmayanı çirkab saymaq, ömürdən silmək. 

III. Minimal Vəzifə: Şərlə qaynayıb-qarışmamaq,  

Şərə sərf olunmamaq. 

IV.Minimal Rütbə: Şərlə qaynayıb-qarışmamaq,  

Şərə sərf olunmamaq. 

 

3. MÜQƏDDƏS MƏRASİM 

Evlənməyin məqsədi Müqəddəsliyin Sabaha çatdırılmasıdır. 

I. Evlənənlər  Atanın  Xeyir-Duasını  alır,  Ata  qarşısında  Ailə  Sədaqətinə 

And içirlər. 

II. Gəlinin Ər  Evinə  gətirdiyi Varidat  –  Qeyrətdir.  Cehiz ləyaqətsizliyinə 

son qoyulmalıdır. 

Ruhaniliyi maddiyyatla ölçmək Qəbahəti lənətlənməlidir. 

III.  “Qız  Sahibinə”  Maddi  Bəxşiş  verilməsi  –  gəlinin  əşyalaşması, 

əmtəələşməsidir. Həmin murdarlıq Evlənmə Mərasimindən silinməlidir. 

IV.  Keyf  Məclisi  Evlənmə Mərasiminin  Ülvi  ciddiyyətinə  yaddır.  Həmin 

Bayağılıq Mərasimdən silinməlidir.  

 Valideynlər,  Qohumlar,  Dostlar  Evlənənlərin  görüşünə  gəlir,  onlara 

ürək sözləri yetirir, Ailə Müqəddəsliyi diləyirlər. 

       V.  Ailə  Ev  kimi  tikilir,  Ağac  kimi  bitir.  Ailənin  Bənnası  və  Bağbanı  – 

Evlənənlərdir. 



 


 

427


4. ÖZÜNÜİDARƏ SƏLAHİYYƏTİ 

Təşkilatların, 

İdarələrin, 

Zorakı 


və 

Yalançı 


Qaydaların 

Hakimiyyətini Formal saymaq və tədricən Rədd etmək. 

(Formal  saymaq  –  Yəni  İnamdan,  İdrakdan,  Mənəviyyatdan, 

İradədən  kənar  etmək.  Rədd  etmək  –  yəni  əleyhinə  çıxmaq, 

damğalamaq, ifşa etmək). 

 

5. HÖRMƏT HAQQI 

Vəsiqəyə, vəzifəyə, varidata hörmət – Günahdır. 

Yalnız Ruhani Ləyaqət – Hörmətə Layiqdir: 

Kamillik,  Tamahsızlıq,  Fədakarlıq,  Vüqar,  Xeyirxahlıq,  Müqəddəslik, 

Ədalət, Cürət, Heyrət, Məhəbbət. 

 

6. MÜQƏDDƏS TƏLİM 

Müasir  Rəsmi Təlim  İnsanı  Xeyirdən  uzaqlaşdırır,  Şərlə  barışdırır, 

İnamsızlaşdırır, 

İdraksızlaşdırır, 

Mənəviyyatsızlaşdırır, 

İradəsizləşdirir. 



Rəsmi Təlim insanlara Bilik vermir – Vəsiqə verir. 

Müqəddəs Təlim – Ata məktəblərində Müqəddəs Kitablar əsasında 

aparılır. 

Həmin Məktəblər İnsan hazırlayır. 

Orada İnsanlaşmaq Elmi öyrədilir, İnsanlaşma səviyyəsi qazanılır. 

 

 

7. ATA TƏQVİMİ 

8

 

Tarix  Ata  Təqvimi  əsasında  –  1979-cu  ilin  mart  ayından 

hesablanır. 

1 mart 1979-cu il – Ata Təqvimi ilə belə olacaqdır:  

      1 Günəş (I ay) 1-ci il. 

 

                                                



8

 Mütləqə  İnam  Ocağının  Ruhani  Başçısı  Safruhun  23  Söngü  (Qürub)  34 

(23.8.2012)-ilsıralı Ruhsal Bəlgəsiylə günsıradakı ay və gün adları türkcələşdirildi. 

İndi Ata-Ocaq günsırası belədir: 

Aylar:    1.Günəş,  2.Çiçək,  3.İşıq,  4.Közərti  (Şölə),  5.Od,  6.Söngü  (Qürub), 

7.Ata, 8.Solğun (Xəzan), 9.Yağış, 10.Sərt, 11.Qar, 12.Köçəri.       

Günlər:  1.Dilək  (Arzu),  2.Gözlək  (Ümid),  3.Dözüm,  4.Uyum  (Mərhəm), 

5.Bölək (Qismət), 6.İstək (Murad), 7.İnam. 

 

 

 



 

428


AYLAR: 

 

1. Günəş – mart,                        7. Ata – sentyabr, 



2. Çiçək – aprel,                         8. Xəzan – oktyabr, 

3. İşıq – may,                             9. Yağış – noyabr, 

4. Şölə – iyun,                           10. Sərt – dekabr, 

5. Od – iyul,                             11. Qar – yanvar, 

6. Qürub – avqust,                   12. Köçəri – fevral. 

 

HƏFTƏNİN GÜNLƏRİ: 



I.  Arzu – bazar ertəsi, 

II.  Ümid – çərşənbə axşamı, 

III. Dözüm – çərşənbə, 

IV. Mərhəm – cümə axşamı, 

V. Qismət – cümə,  

VI. Murad – şənbə, 

VII.  İnam – bazar. 

 

 



XALQLAŞDIRMAQ – XALQLAŞMAQ! 

(SAFRUHUMA, SADİQİMƏ, ƏSİLİMƏ) 

Müqəddəs Fəaliyyətə başlayırsınız! 

Ruhani Səfərə çıxırsınız! 

Daxilinizdəki Mütləq sizə Yar olsun! 

 

ATA HÖKMÜ 

1.Müqəddəs Kitablar əsasında Amal – Vətən ideyasıyla 

yaraqlanırsınız. 

Kitabları hələlik aparmırsınız, İdeyanı aparırsınız. 

2.Müqəddəs  Fəaliyyəti  –  Mənəviyyatsızlıq,  Ləyaqətsizlik,  Özgələşmə 

bəlasının şərhiylə başlayırsınız. 

Həyatımızda  Yadlıq  fəlakətinin  dəhşətli  yırtıcılıq,  harınlıq,  əxlaqsızlıq, 

xurafat uçurumu yaratdığını göstərirsiniz. 

Cavanların  yamanlığa  hədsiz  meylini,  ziyalıların  işıqsızlığını,  xalqın 

çirkab selinə düşməsini anladırsınız. 

Formal xalqa çevrilmək təklükəsinin gerçəkliyini söyləyirsiniz. 

Ruhani Müqavimət İdeyasını irəli sürürsünüz (“Əməl” Əsasında). 

3.Fəaliyyətin  ikinci  Mərhələsində  Yüksək  Ruhani  Səviyyədə  Ata 

haqqında, 

Atalıq 

Haqqında, 



Hərəkatımızın 

Məqsədi, 

Mahiyyəti, 

Bənzərsizliyi 

haqqında 

Müqəddəs 

Söz 

söyləyirsiniz,  Münasibət 



yaradırsınız.    (Ünvan ünsiyyətinə qədər). 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə