Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə118/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   114   115   116   117   118   119   120   121   ...   133

 

413


“Göylü”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 



3 Arzu günü, Xəzan Ayı, 16-cı il. Bakı. 

(Yaşamda adı Rauf qızı Könül idi. Döndü). 

 

EVLADIM ULUNURA 

Ocaq Nurluyuq. 

İnam Nurluyuq. 

Amal Nurluyuq. 

Əməl Nuruyuq. 

İdrak Nuruyuq. 

Mənəviyyat Nuruyuq. 

İradə Nuruyuq. 

İnsanlaşma Nuruyuq. 

Vətənləşmə Nuruyuq. 

Xalqlaşma Nuruyuq. 

Şərqləşmə Nuruyuq. 

Ulu Nurluyuq. 

İnsansızlaşma Qaranlığını Yarmalıyıq. 

Vətənsizləşmə Qaranlığını Yarmalıyıq. 

Xalqsızlaşma Qaranlığını Yarmalıyıq. 

Şərqsizləşmə Qaranlığını Yarmalıyıq. 

“Ulunur”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

(Yaşamda adı Nurbala oğlu Rəşid idi. Döndü). 

 

EVLADIM  ULUYOLA 

Yolumuz Uludur. 

Ocaq Yolluyuq. 

İnam Yolluyuq. 

Amal Yolluyuq. 

Sabah Yolluyuq. 

Ocaqsızdırlar indikilər – Yolsuzdurlar. 

İnamsızdırlar indikilər – Yolsuzdurlar. 

Amalsızdırlar indikilər – Yolsuzdurlar. 

Sabahsızdırlar indikilər – Yolsuzdurlar. 

Yolsuzluq Qaranlığını Yolumuzla Yarmaq gərək. 

Ocaqsızlıq Qaranlığını Ocağımızla Yarmaq gərək. 

İnamsızlıq Qaranlığını İnamımızla Yarmaq gərək. 



 

414


Amalsızlıq Qaranlığını Amalımızla Yarmaq gərək. 

Sabahsızlıq Qaranlığını Sabahımızla Yarmaq gərək. 



“Uluyol”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

     Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

(Yaşamda adı Əlibala oğlu Elşən idi. Döndü). 

 

EVLADIM  GÜNTAYA 

Ocağımız Günə taydır. 

İnamımız Günə taydır. 

Amalımız Günə taydır. 

Əməlimiz Günə taydır. 

İdrakımız Günə taydır. 

Mənəviyyatımız Günə taydır. 

İradəmiz Günə taydır. 

İnsanlaşmamız Günə taydır. 

Ruhani Cəmiyyətimiz Günə taydır. 

Müstəqil Vətənimiz Günə taydır. 

Özümlü Şərqimiz Günə taydır. 

İnamsızdırlar İndikilər – Qaranlığa qərq olublar. 

İdraksızdırlar İndikilər – Qaranlığa qərq olublar. 

Mənəviyyatsızdırlar İndikilər – Qaranlığa qərq olublar. 

İradəsizdirlər İndikilər – Qaranlığa qərq olublar. 

Qaranlığı yarmaq gərək – İndikilərə Gün olmaq gərək. 

“Güntay”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

    Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



(Yaşamda adı Şahverən oğlu Hüseyn idi. Döndü). 

 

EVLADIM  GÖYANDA 

Ocaq adlı Göyümüz var – Göyandımız var. 

Amal adlı Göyümüz var – Göyandımız var. 

İnam adlı Göyümüz var – Göyandımız var. 

İnsanlaşma adlı Göyümüz var – Göyandımız var. 

Ruhani Cəmiyyət adlı Göyümüz var – Göyandımız var. 

Müstəqil Vətən adlı Göyümüz var – Göyandımız var. 

Özümlü Şərq adlı Göyümüz var – Göyandımız var. 



Göyün andıyıq – Göy andlıyıq. 

Ruhçu olduğumuz dərəcədə Yurdçuyuq. 




 

415


“Göyand”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



26 Dözüm günü, Xəzan Ayı, 16-cı il. Bakı. 

(Yaşamda adı Vəkil oğlu Cəmil idi. Döndü). 

 

EVLADIM  AMALYURDA 

Ruhçu olduğumuz dərəcədə Yurdçuyuq. 

Mütləqçi olduğumuz dərəcədə Yurdçuyuq. 

İnsançı olduğumuz dərəcədə Yurdçuyuq. 

İnamçı olduğumuz dərəcədə Yurdçuyuq. 

Amalçı olduğumuz dərəcədə Yurdçuyuq. 

Ruhsuzdurlar indikilər – bu səbəbdən də Yurdsuzdurlar. 

Mütləqsizdirlər indikilər – bu səbəbdən də Yurdsuzdurlar. 

İnsansızdırlar indikilər – bu səbəbdən də Yurdsuzdurlar. 

İnamsızdırlar indikilər – bu səbəbdən də Yurdsuzdurlar. 

Amalsızdırlar indikilər – bu səbəbdən də Yurdsuzdurlar. 

Yurdsuzluq Qaranlığını Yarmaq gərək. 



“Amalyurd”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

    Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

(Yaşamda adı Hüseyn Ramazan oğlu idi. Döndü). 

 

ƏMƏL 

    Fərdi  özünüidarə  –  Kapitalizm-sosializm  cəmiyyətlərini  ləğv  edəcək. 

    Əməkçi  Mülkiyyəti  –  Kapitalizm-sosializm  cəmiyyətlərini  ləğv  edəcək. 

    Minimal  Dövlət  –  Kapitalizm-sosializm  cəmiyyətlərini  ləğv  edəcək. 

    İmtiyazsızlıq  –  Kapitalizm-sosializm  cəmiyyətlərini  ləğv  edəcək. 

    Ruhani Cəmiyyət – Kapitalizm-sosializm cəmiyyətlərini ləğv edəcək. 



 

TƏLƏB 

Ruhani  Cəmiyyətin  yaranması  üçün  Mütləqçiliyin,  İnsançılığın, 

Vicdançılığın Yayılması gərək. 

Hakimiyyətçiliyin,  Pulçuluğun,  Zorçuluğun,  İmtiyazçılığın  ləğvi  üçün 

Yüksək Ruhani səviyyə gərək... 

Ruhani cəmiyyət Ruhçuluq Tələbindən Yaranacaq. 

31 Qismət günü, Xəzan Ayı, 16-cı il. Bakı. 

 

 

 



 

416


YETİRİLMƏ – YETMƏ 

Xalq Ruhani Cəmiyyət Tələbinə Yetirilməlidir. 

Fərdi Özünüidarə Tələbinə Yetirilməlidir. 

Minimal Dövlət Tələbinə Yetirilməlidir. 

İmtiyazsızlıq Tələbinə Yetirilməlidir. 

Ruhani Tələbə yetirilən Xalq – Ruhani Tələbə yetməlidir. 

 

YETKİNLİK 

Xalq Həqiqətə Yetməlidir. 

Mütləqə İnam Həqiqətinə Yetməlidir. 

İnsanlaşma Həqiqətinə Yetməlidir. 

Ruhani Cəmiyyət Həqiqətinə Yetməlidir. 

Müstəqil Vətən Həqiqətinə Yetməlidir. 

Özümlü Şərq Həqiqətinə Yetməlidir. 

Ocaq Yetkin Xalq yaradacaq. 

Yetkinlik – Xalqı ayağa qaldıracaq. 

 

DAXİLİ – ZAHİRİ 

Daxildə Rədd edilən Hakimiyyətçilik – Zahirdə ləğv olunacaq. 

Daxildə Rədd edilən Pulçuluq – Zahirdə ləğv olunacaq. 

Daxildə Rədd edilən Zorçuluq – Zahirdə ləğv olunacaq. 

Daxildə Rədd edilən Dinçilik – Zahirdə ləğv olunacaq. 

Daxili – Zahirini ləğv edəcək. 

 

ƏMƏL 

Xalq – Ağa Hökmünə Əməl etməyəcək; – 

Ağalığı Əməlsiz qoyacaq – ləğv edəcək. 

Xalq – Pulçu Hökmünə Əməl etməyəcək; – 

Pulçuluğu Əməlsiz qoyacaq – ləğv edəcək. 

Xalq – Zorçu Hökmünə Əməl etməyəcək; – 

Zorçuluğu Əməlsiz qoyacaq – ləğv edəcək. 

Xalq – Dinçi Hökmünə Əməl etməyəcək; – 

Dinçiliyi Əməlsiz qoyacaq – ləğv edəcək. 

Ağalıq – Xalqın çiyninə düşən Yükdür; – 

Xalq çiynini Ağalıqdan çəkəcək – Ağalığı uçuracaq. 

    Pulçuluq – Xalqın çiyninə düşən Yükdür; – 

Xalq çiynini Pulçuluqdan çəkəcək – Pulçuluğu uçuracaq. 

Zorçuluq – Xalqın çiyninə düşən Yükdür; – 

Xalq çiynini Zorçuluqdan çəkəcək – Zorçuluğu uçuracaq. 

Dinçilik – Xalqın çiyninə düşən Yükdür; – 

Xalq çiynini Dinçilikdən çəkəcək – Dinçiliyi uçuracaq. 

1 Ümid günü, Yağış Ayı, 16-cı il. Bakı. 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə