Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə108/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   104   105   106   107   108   109   110   111   ...   133

 

375


Onu Mütləqə İnama çatdırmalıyıq. 

        İnsanlaşmaya çatdırmalıyıq. 

        Ruhani Cəmiyyətə çatdırmalıyıq. 



        Özümlü Şərqə çatdırmalıyıq. 

        Müstəqil Vətənə çatdırmalıyıq. 

“Elinam”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 



(Yaşamda adı Mamedova Nişanə idi. Döndü). 

 

EVLADIM  AMALQIZA 

Amal Qızları gərək Yurdumuza, Şərqimizə, Dünyamıza. 



Ulu Qızlar. 

İnam Qızları. 

İdrak Qızları. 

Mənəviyyat Qızları. 

İradə Qızları. 

İnsan səviyyəsində. 

Özümlük səviyyəsində. 

Şərqilik səviyyəsində. 



“Amalqız” adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın. 

30 Arzu günü, Yağış Ayı, 14-cü il. Bakı. 

(Yaşamda adı Gülbəniz İsmayıl qızı idi. Döndü). 

 

EVLADIM  GÖYRUHA 

Göy Ruhluyuq – İnamçıyıq, İnsançıyıq, Şərqçiyik, Türkçüyük. 

Mütləqçi Göyünə Yüksəlməlidir Yurdumuz, Şərqimiz, Dünyamız. 

İnsan Göyünə Yüksəlməlidir. 

Ruhani Cəmiyyətə Yüksəlməlidir. 

Özümlü Şərqə Yüksəlməlidir. 

Müstəqil Vətənə Yüksəlməlidir. 

“Göyruh”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 



1 Sərt Ay, Ümid günü, 14-cü il. Bakı. 

(Yaşamda adı Əsli Səməd qızı idi. Döndü). 

 


 

376


“SƏFƏR”  MƏRASİMİ 

    1.“Səfər” Mərasiminin Yazısı Safruha tapşırılır. 

2.Mərasim  Ata  Sözündən,  Evlad  Qəbulundan,  Səfər  İzharından, 

Ruhani Sənədlər oxunuşundan ibarət olur. 

3.Mərasim Yazısı Sərt Ayın 20-də Ataya çatdırılır. 

 

EVLADIM  ÖZÜMLÜNÜN  TƏMSİL  ETDİYİ 

   ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

1. Hesabat Qəbul olunur. 

2. Ailə “Fikir Evi” yaratmaqda ləngiyir. 

3. Amallaşmada Durğunluq var. 

    4. Ailə Evlad yetirmir. 

5. Evladların Doğmalıq səviyyəsi Mütləq deyil. 

6. Ailə köklü İrəliləyişə nail olmalı, yaxud ləğv olunmalıdır. 

Geriləmə ölümdür! 

 

EVLADIM  ÖZÜMLÜNÜN  

     TƏMSİL  ETDİYİ  ATA  AİLƏSİNƏ 

Özümlünün Rayon hakimiyyətiylə əməkdaşlığı aşağıdakı Əməllərə 

xidmət etməlidir. 

    1. Mütləqə İnamı camaata öyrətmək. 

2. Ocağın Ailə qaydalarını camaata öyrətmək. 

3. Ocağın Matəmüstü Kəlamlarını camaata öyrətmək. 

4. Ocağın Ruhani Cəmiyyət İdealını camaata öyrətmək. 

5. Özümlü Şərq İdealını camaata öyrətmək. 

6. İnsanlaşmanı camaata öyrətmək. 

7. Ocaq Bayramlarını camaata öyrətmək. 

8. Təhsil müəssisələrində Ocaqçılıq öyrətmək. 

Bu əməllərə xidmət mümkün olmasa, əməkdaşlıq da-

yandırılmalıdır. 

5 Murad günü, Sərt Ay, 14-cü il. Bakı. 

 

EVLADIM  GÜNRUHA 

Günsüzdürlər Bugünkülər – çünki Ruhsuzdurlar. 

Gün Ruhluyuq – İnamlıyıq, İdraklıyıq, Mənəviyyatlıyıq, İradəliyik. 

Mütləqə İnanırıq. 

İnsanlaşmaya İnanırıq. 

Ruhani Cəmiyyətə İnanırıq. 

Özümlü Şərqə İnanırıq. 

Müstəqil Vətənə İnanırıq. 




 

377


İnam adlı Günümüz var – Dinə qarşı duran, Mütləqsizliyə qarşı duran. 

     Qismətçiliyə qarşıyıq, Maddiyyatçılığa qarşıyıq. 



    “Günruh”  adını sənə halal eləyirəm. 

     Adına layiq ol. 

Qaranlıqlar Yarılsın! 

(Yaşamda adı Sevinc İsmayıl qızı idi. Döndü). 

 

EVLADIM  İNAMYURDA 

 İnam Yurdu olmalıdır Vətənimiz. 

 İdrak Yurdu. 

 Mənəviyyat Yurdu. 

 İradə Yurdu. 

 İnsanlaşma Yurdu. 

 Ruhani Cəmiyyət Yurdu. 

 Müstəqillik Yurdu. 

 Özümlü Şərq Yurdu. 

İnamsızdırlar Bugünkülər – Bu səbəbdən də Yurdsuzdurlar. 

Ruhsuzdurlar. Nursuzdurlar. 

İnam əvəzinə Dinə tapınırlar – İnamsızlığa tapınırlar. 

     İnam əvəzinə Varidata tapınırlar – İnamsızlığa tapınırlar. 

“İnamyurd” adını sənə halal eləyirəm. 

     Adına layiq ol. 

Qaranlıqlar Yarılsın! 

12 Murad günü, Sərt Ay, 14-cü il. Bakı. 

(Həyatda adı Mahir). 

 

HƏQİQƏT 

Ocaqda Sıravi Adam Yoxdur. 

Ocaqçılıq – Sıravilikdən çıxmaqdır. 

 

OCAQ LƏYAQƏTİ 

Yalansız İnam. 

Təmənnasız Əməl. 

Güzəştsiz Doğmalıq. 



 

ÖZÜMLƏŞMƏ  MÜTLƏQİLİYİ 

Özgələrdən Çəkindiyin qədər Özündən Çəkin. 

Özgələrdən Qorxduğun qədər Özündən Qorx. 

Özgələrdən Utandığın qədər Özündən Utan. 



Özün – Özünün Ölçün ol! 

 


 

378


OCAQ  İNSANSEVƏRLİYİ 

Adamdakı İnsanı sevmək. 

Özündəki İnsanı öldürən Adamı Adam saymamaq. 

Adamdakı Məxluqla döyüşmək. 

Adamı İnsanlaşdırmaq. 

14 Arzu günü, Sərt Ay, 14-cü il. Bakı. 

 

GƏNCLİK  İNSTİTUTUNDA  GÖRÜŞ 

Görüş Ocaq çağırdı, Ocağa çağırdı. 

Düzgünün Təşkilatçılığı Təqdir olunur. 

 

ŞƏMKİRDƏ  ATAYLA  GÖRÜŞ 

Görüş Ocaq çağırdı, Ocağa çağırdı. 

Ulutayın – Şəmkir Ailəsinin – Təşkilatçılığı Təqdir olunur. 

 

MASALLIDA  ATAYLA  GÖRÜŞ 

Görüş Ocaq çağırdı, Ocağa çağırdı. 

Halalın Təşkilatçılığı Təqdir olunur. 

 

TƏQDİR 

Safruhun Ocaq Yazarlığı Təqdir olunur. 



 

TƏQDİR 

Soylunun Atagüzarlığı Təqdir olunur. 



 

TƏQDİR 

Yolnurun Səfərgüzarlığı Təqdir olunur. 



20 İnam günü, Sərt Ay, 14-cü il. Bakı. 

 

EVLADIM  ELUCANIN  TƏMSİL  ETDİYİ 

ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

 I. Hesabat Təqdir olunur. 

II. Qadınlıq və Gənclik İdeyaları aşkarlansın. 

III. Təzə Ocaq Əməllərinə hazırlaşın. 



21 Arzu günü, Sərt Ay, 14-cü il. Bakı. 

 

EVLADIM  GÖYNURA 

İnam – Göy Nurudur – Yeri İşıqlandıran. 

İdrak – Göy Nurudur – Yeri İşıqlandıran. 

Mənəviyyat – Göy Nurudur – Yeri İşıqlandıran. 

İradə – Göy Nurudur – Yeri İşıqlandıran. 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə