368
EVLADIM ÜLVİYƏ
İnamımız Ülvidir – çünki Mütləqdir.
İdrakımız Ülvidir – çünki Mütləqdir.
Mənəviyyatımız Ülvidir – çünki Mütləqdir.
İradəmiz Ülvidir – çünki Mütləqdir.
Ülviyik – çünki İnsançıyıq, Ruhçuyuq, Şərqçiyik, Bəşərçiyik.
Yurdumuz Mütləqə İnam əsasında Bir olacaq.
Özüylədöyüş əsasında Bir olacaq.
Ruhani Cəmiyyət əsasında Bir olacaq.
Müstəqil Vətən əsasında Bir olacaq.
Özümlü Şərq əsasında Bir olacaq.
“Ülvi” adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
13 Arzu günü, Ata Ayı, 14-cü il. Bakı.
(Yaşamda adı Purmusəvi Arzu idi. Ocaqda adı olub – özü olmayıb.
Güney Azərbaycandandır).
EVLADIM İNAMNURA
İnamsızlıq Qaranlığına qərq olub Bugünkülər.
İslam Qaranlığına.
Qərbçilik Qaranlığına.
İnam Nuru olmalıyıq Yurdumuza, Şərqimizə, Dünyamıza.
Mütləqçilik Nuru.
İnsançılıq Nuru.
Müstəqil Vətən Nuru.
Ruhani Cəmiyyət Nuru.
Özümlü Şərq Nuru.
Mütləqə İnam Nurunda Qaranlıqlar Yarılacaq.
Mütləq İdrak Nurunda Qaranlıqlar Yarılacaq.
Mütləq Mənəviyyat Nurunda Qaranlıqlar Yarılacaq.
Mütləq İradə Nurunda Qaranlıqlar Yarılacaq.
“İnamnur” adını sənə halal eləyirəm.
Adına layiq ol.
Daxilindəki Mütləq sənə Yar olsun!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
13 Arzu günü, Ata Ayı, 14-cü il. Bakı.
(Yaşamda adı Purmusəvi Səməd idi. Güney Azərbaycandandı.
Ocaqda adı olub – özü olmayıb).
369
OCAQLAŞDIRMA ƏMƏLİ
Ocaqçı Yurdumuzu, Şərqimizi, Dünyamızı Din – Ateizm, Kapitalizm –
Sosializm, Demokratiya – Totalitarizm Dairəsindən çıxarmaq üçün
Ocaqlaşdırma Əməlinə sarılır.
1. Dini Ayinlər, Mərasimlər əvəzi – Mütləqə İnam Biliyi öyrədilir Xalqa.
2. Toy Dəllallığı əvəzi – Ocağın Ailə Qaydaları öyrədilir Xalqa.
3. Yas mövhumatı əvəzi – Ocağın Matəm Sözləri öyrədilir Xalqa.
4. Yığıncaqlar, Seçki Oyunu, Parlament Qanunları əvəzi – Ruhani
Cəmiyyət İdealı öyrədilir Xalqa.
5. Qərbçilik əvəzi – Özümlü Şərq İdealı öyrədilir Xalqa.
6. İctimai Tərbiyə əvəzi – İnsanlaşma öyrədilir Xalqa.
7. Dini Bayramlar əvəzi – Ocaq Bayramları – camaatla birgə.
8. Ailə ətrafında Od Qoruyanlar Birliyi yaradılır – Ocaq Keşikçisi.
9. Fikir Evi ətrafında Nurçuluq Əməli yaranır.
Müasir Dünya Ocaq İşığında Bilinir.
10. Təhsil müəssisələrində Ocaqçılıq öyrədilir.
11. Ailə ətrafında Müqəddəs Təmas Əməli yaranır. Ruhani Həkimlik
Fəaliyyəti.
15 Ümid günü, Ata Ayı, 14-cü il. Bakı.
EVLADIM ODELƏ
İnam Odu gərək Elimizə, Şərqimizə, Dünyamıza.
İdrak Odu gərək Elimizə, Şərqimizə, Dünyamıza.
Mənəviyyat Odu gərək Elimizə, Şərqimizə, Dünyamıza.
İradə Odu gərək Elimizə, Şərqimizə, Dünyamıza.
Odsuzdurlar Bugünkülər – Çünki İnamsızdırlar, İdraksızdırlar,
Mənəviyyatsızdırlar, İradəsizdirlər.
Mütləqə İnam Odu gərək Elimizə, Şərqimizə, Dünyamıza.
İnsanlaşma Odu gərək.
Ruhani Cəmiyyət Odu gərək.
Müstəqil Vətən Odu gərək.
Özümlü Şərq Odu gərək.
“Odel” adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
(Yaşamda adı Cəmşidi Hüseyn idi. Güney Azərbaycandandı. Ocaqda
adı olub – özü olmayıb).
370
EVLADIM ULUYURDA
Yurdumuz Zərdüşt qədər Uludur.
Babək qədər Uludur.
Dədə Qorqud qədər Uludur.
Hürufilər qədər Uludur.
Füzuli qədər Uludur.
Muğam qədər Uludur.
Saz qədər Uludur.
Ulu yurdumuza Mütləq İnam gərək.
Mütləq İdrak gərək.
Mütləq Mənəviyyat gərək.
Mütləq İradə gərək.
Uluyurda İnsançılıq gərək, Ruhçuluq gərək.
“Uluyurd” adını sənə halal eləyirəm.
Adına layiq ol.
Qaranlıqlar Yarılsın!
Daxilindəki Mütləq sənə Yar olsun!
16 Dözüm günü, Ata Ayı, 14-cü il. Bakı.
(Yaşamda adı Purmusəvi Əmir idi. Güney Azərbaycandandı. Ocaqda
yalnız adı olub).
EVLADIM ELUCANIN TƏMSİL ETDİYİ UNİVERSİTET
ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Özünəxasiyyətnamə Əməlinə keçməli.
3. “Ocaq və Bugün” İzahına başlamalı.
4. Dərgini bərpa etməli.
5. Ocağın Təhsil ideyasını öyrənməli.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
EVLADIM ULUTAYIN TƏMSİL ETDİYİ
ŞƏMKİR ATA AİLƏSİNİN HESABATI HAQQINDA
1. Hesabat Təqdir olunur.
2. Rəğbətçilərlə Təmas Yüksəlsin!
3. Camaatla Təmas Yüksəlsin!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
EVLADIM NUROCAĞA
Amalnuruq.
Əməlnuruq.
Ailənuruq.