Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə104/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   100   101   102   103   104   105   106   107   ...   133

 

361


Bilənik – Bildirənik! 

“Bilən”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Daxilindəki Mütləq Sənə Yar olsun! 



25 Dözüm günü, Günəş Ayı, 14-cü il. Bakı. 

(Yaşamda adı – ? Döndü). 

 

EVLADIM  GÖYELƏ 

Elimiz – Göyümüzdür. 

Yerin Göyü olmalıyıq. 

İnam Göyü olmalıyıq. 

İdrak Göyü olmalıyıq. 

Mənəviyyat Göyü olmalıyıq. 

İradə Göyü olmalıyıq. 

İnsanlaşmaya çatmalıyıq, çatdırmalıyıq. 

Ruhani Cəmiyyətə çatmalıyıq, çatdırmalıyıq. 

Müstəqil Vətənə çatmalıyıq, çatdırmalıyıq. 

Özümlü Şərqə çatmalıyıq, çatdırmalıyıq. 

“Göyel” adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

Qaranlıqlar Yarılsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 



7 Ümid günü, Çiçək Ayı, 14-cü il. Bakı. 

(Həyatda adı Orxan idi. Ocaqdan çıxdı. Safruhun oğlu...) 



 

EVLADIM  ƏMƏLRUHA 

Əməlimiz – Ruh Əməlidir. 

                        İnam Əməlidir. 

                        İdrak Əməlidir. 

                        Mənəviyyat Əməlidir. 

                        İradə Əməlidir. 

    Bugünkülərin Ruh Əməli yoxdur. 

Bu səbəbdən də Dünya Ruhsuzluq Qaranlığına qərq olub. 



    Bugünkülərin İnam Əməli yoxdur. 

Bu səbəbdən də Dünya İnamsızlıq Qaranlığına qərq olub. 

    Bugünkülərin İdrak Əməli yoxdur. 

Bu səbəbdən də Dünya İdraksızlıq Qaranlığına qərq olub. 

    Bugünkülərin Mənəviyyat Əməli yoxdur. 

Bu səbəbdən də Dünya Mənəviyyatsızlıq Qaranlığına qərq olub. 

    Bugünkülərin İradə Əməli yoxdur. 



 

362


Bu səbəbdən də Dünya İradəsizlik Qaranlığına qərq olub. 

    “Əməlruh” adını sənə halal eləyirəm. 

    Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 



13 Arzu günü, Çiçək Ayı, 14-cü il. Bakı. 

(Həyatda adı Şahin idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  ULUSUYA 

Suyumuz Uludur. 

                Zərdüşt Bulağından qaynayıb. 

                Babək Bulağından qaynayıb. 

                Dədə Qorduq Bulağından qaynayıb. 

                Füzuli Bulağından qaynayıb. 

                Muğam Bulağından qaynayıb. 

                Saz Bulağından qaynayıb. 



Suyumuzu Bulandırıblar. 

                   Bulanıq İnam törədiblər. 

                   Bulanıq İdrak törədiblər. 

                   Bulanıq Mənəviyyat törədiblər. 

                   Bulanıq İradə törədiblər. 

İnam Suyu olmalıyıq Adamlara. 

İdrak Suyu olmalıyıq Adamlara. 

Mənəviyyat Suyu olmalıyıq Adamlara. 

İradə Suyu olmalıyıq Adamlara. 

Ulu Su olmalıyıq Uluslara. 

“Ulusu”  adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 



26 İnam günü, Çiçək Ayı, 14-cü il. Bakı. 

(Həyatda adı Əli İsbər oğlu idi. Ocaqdan çıxdı). 

 

EVLADIM  ELGÜNƏ 

Elimiz – Günsüzdür. 

İnam günü olmalıyıq Elimizə. 

İdrak günü. 

Mənəviyyat günü. 

İradə günü. 



Mütləq İnam Günü olmalıyıq Elimizə. 

İnsanlaşma – İnsanlaşdırma Günü. 

Ruhani Cəmiyyət Günü. 



 

363


Müstəqil Vətən Günü. 

Özümlü Şərq Günü. 



“Elgün” adını sənə halal eləyirəm. 

Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

Daxilindəki Mütləq sənə Yar olsun! 



27 Arzu günü, Çiçək Ayı, 14-cü il. Bakı. 

(Həyatda adı: ? Qəbula gəlməyib). 

 

EVLADIM  YOLNURA 

Adamlar İnamsızlıq Qaranlığına qərq olub. 

                   İnam Nuru olmalıyıq. 

    Adamlar İdraksızlıq Qaranlığına qərq olub. 

                  İdrak Nuru olmalıyıq. 

    Adamlar Mənəviyyatsızlıq Qaranlığına qərq olub. 

                  Mənəviyyat Nuru olmalıyıq. 

    Adamlar İradəsizlik Qaranlığına qərq olub. 

                   İradə Nuru olmalıyıq. 

 Qaranlıqda Nur yoluyuq. 

     “Yolnur”  adını sənə halal eləyirəm. 

      Adına layiq ol! 

Qaranlıqlar Yarılsın! 

     Daxilindəki Mütləq sənə Yar olsun. 



(Yaşamda adı İslam oğlu Telman). 

 

EVLADIM  RUHDAŞA 

Ocaqçılar – Ruhdaşdırlar – yəni İnamdaşdırlar, İdrakdaşdırlar,     

Mənəviyyatdaşdırlar, İradədaşdırlar. 

    Mütləqilik daşıyırlar. 

    İnsanlaşma daşıyırlar. 

    Ruhani Cəmiyyət daşıyırlar. 

    Müstəqil Vətən daşıyırlar. 

    Özümlü Şərq daşıyırlar. 

    “Ruhdaş”  adını sənə halal eləyirəm. 

    Adına layiq ol! 

    Qaranlıqlar Yarılsın! 

    Daxilindəki Mütləq sənə Yar olsun! 



28 Ümid günü, Çiçək Ayı, 14-cü il. Bakı. 

(Yaşamda adı Oqtay idi. Ocaqdan çıxdı). 

 

 

 


 

364


EVLADIM GÖYLÜYƏ 

İnam adlı Göyümüz var. 

İdrak adlı Göyümüz var. 

Mənəviyyat adlı Göyümüz var. 

İradə adlı Göyümüz var. 

İnamsızdırlar Bugünkülər – Göysüzdürlər. 

İdraksızdırlar Bugünkülər – Göysüzdürlər. 

Mənəviyyatsızdırlar Bugünkülər – Göysüzdürlər. 

İradəsizdirlər Bugünkülər – Göysüzdürlər. 

Elimizə, Şərqimizə, Dünyamıza İnam Göyü olmalıyıq. 

İdrak Göyü olmalıyıq. 

Mənəviyyat Göyü olmalıyıq. 

İradə Göyü olmalıyıq. 

“Göylü” adını sənə halal eləyirəm. 

Adına layiq ol. 

Qaranlıqlar yarılsın. 

7 Mərhəm günü, İşıq Ayı, 14-cü il. Bakı. 

(Yaşamda adı Natəvan idi. Ocaqdan çıxdı). 

  

EVLADIM  ÖZÜMLÜNÜN  TƏMSİL  ETDİYİ  



ATA  AİLƏSİNİN  HESABATI  HAQQINDA 

1. Hesabat Təqdir olunur. 

2. Evladlığın Kamillik Dövrü başlanmalıdır. 

3. Yurdun, Şərqin, Dünyanın Bugünkü Halı Ocaq İşığında Bilinməli, 

Bildirilməli. 

 

“EVLAD  GÜNÜ”  MƏRASİMİ  HAQQINDA 

1. Mərasim Mütləq Səcdə, Mütləq Doğmalıq, Mütləq Yetkinlik, Mütləq 

Ciddilik səviyyəsində keçməli. 

2. Evlad İzharı – “Mən kiməm?” – Mərasimin Müqəddəs Mahiyyəti 



İşığında. 

3. Mərasimin Gedişatını Soylu yazır. 

4. Gedişat İşıq ayının 25-də Ataya təqdim edilir – Carlarla bir yerdə. 

    Qaranlıqlar Yarılsın. 

17 İnam günü, İşıq Ayı, 14-cü il. Bakı. 

 

EVLADIM  ELLİYƏ 

Elsizdirlər Bugünkülər. 

Çünki İnamsızdırlar. 

          İdraksızdırlar. 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə