Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə46/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   83

 
110 
 
çevrilir. “Mən torpağam”, “İnsan şəkli”, “Açın qapıları, insan gəlir” və s. şeir-
lərində oxucu şairin bu qəbildən yüksək ideallarının parlaq ifadəsini görür...   
... İnsan qardaşlığı, 
İnsan ülfəti yaradın. 
Qəlbinizdə məhəbbəti artırın, 
Böyük olsun, qaynar olsun! 
İnsan məhəbbətilə 
Yer üzü bahar olsun! 
Şairin lirikasındakı bu axtarışlar onun “Vaxt var ikən”, “Duyğular, düşün-
cələr”, “Pəncərəmə düşən işıq” və s. kitablarına toplanan şeirlərdə geniş əksini 
tapmışdır. Ədəbiyyatda böyük əks-səda yaratmış “Rənglər” silsiləsinin də ma-
hiyyətində,  əslində, insana məhəbbət hissinin ifadəsi dayanırdı. Xalqımızın 
yaddaşındakı rəng yozumunu da diqqət mərkəzində saxlayan şair rənglərin və 
onların çalarlarının doğurduğu assosiasiyaları maraqlı poetik dillə ifadə etmiş, 
ənənədən uğurla bəhrələndiyini və novator mövqeyini təsdiqləmişdir. 
R.Rzanın poemaları müxtəlif mövzularda yazılsa da, onları birləşdirən cəhətlər 
də  az  deyildir;  insana  dərin məhəbbət, böyük, yaradıcı  şəxsiyyətlərin ölməz 
amallarının yaddaşlarda dirçəldilməsi və s. bu qəbildəndir. Bu əsərlərdə  M.Fü-
zulinin (“Füzuli”), İ.Nəsiminin (“Son gecə”), M.Ə. Sabirin (“Xalq şairi”), M.Müş-
fiqin (“Qızılgül olmayaydı”) parlaq sənətkar-vətəndaş obrazları yaradılmışdır. 
Şair bədii tərcümə ilə ardıcıl məşğul olmuşdur. O, N.Gəncəvinin “Xosrov və 
Şirin” poemasını, A.Puşkinin, M.Lermontovun, T.Şevçenkonun, N.Hikmətin, 
V.Mayakovskinin və b.-nın əsərlərini uğurla dilimizə tərcümə etmiş, bu sahədə 
də oxucuların rəğbətini qazanmışdır.          
 
ARAŞDIRMANI 
DAVAM 
ETDİRİN
 
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlu-
mat əsasında zənginləşdirin və tamamlayın. 
2. Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə et-
məyə çalışın: 
a)
  Şairin ictimai məzmunlu şeirlərində başlıca olaraq hansı məsələlə-
rə diqqət yetirilmişdir? 
b)
  1960-cı illərdə cəmiyyətdə müşahidə olunan yeniləşmə şairin yara-
dıcılığında öz əksini necə tapmışdır?   
 

İctimai şeirlərə aid 
nümunələr 
Onlarda əksini tapmış başlıca 
məsələlər 
 
3. Yazılı qeydlər əsasında təqdimata hazırlaşın. 
4. Mövzulardan birini seçib məruzəyə hazırlaşın: 
a)
  R.Rzanın yaradıcılığında humanist ideyalar.  
b)
  Şairin lirikasında vətən mövzusu. 
 
 
1. XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com. 
2. R.Rza. Seçilmiş əsərləri. 5 cilddə. I cild. Bakı: Öndər, 2005, səh. 5, 7, 
8, 12, 15, 16. 
3. R.Rza. Seçilmiş əsərləri. 5 cilddə. V cild. Bakı: Öndər, 2005, səh.7, 
9, 10, 16, 21.
 
 
• EVDƏ İŞ 
• 
MƏNBƏLƏR
  LAYİHƏ


 
 
111 
 

Sovet dövrü  Azərbaycan ədəbiyyatı 

 
QIZILGÜL OLMAYAYDI 
(ixtisarla) 
 
 
• 
MƏZMUN 
ÜZRƏ İŞ
 
OXUYA HAZIRLAŞIN 
Sualların üzərində düşünün, cavabları  cədvəllərdə qeyd etdikdən 
sonra fikir mübadiləsi və müzakirə aparın. 

  Sovet hakimiyyəti illərində həyata keçirilən repressiya haqqında nə 
bilirsiniz? 
Repressiyanın həyata keçirildiyi 
tarix 
Repressiya haqqında bildiklərim 
 
 

  Repressiya qurbanlarından kimləri tanıyırsınız?                 
Repressiya qurbanı olan söz sənətkarlarımız
 
 
Aşağıdakı qaydalara əməl etməklə əsərdən verilmiş parçanın məzmu-
nu üzərində işləyin
1. Mətni bütövlükdə oxuyun (bunu fərqli formalarda həyata keçirə bi-
lərsiniz). 
2. Kiçik qruplar yaradın, aşağıdakı tövsiyələrdən bəhrələnməklə 
suallar və onlara cavab  hazırlayın. 
a) Məzmunun necə  mənimsənildiyini aşkara çıxarmağa xidmət 
edənlər (Kim? Nə? Harada? və s.). 
b)  Əsərin məzmununu  şərh etməyə istiqamətləndirənlər (Bu əlaqələr 
hansılardır? Bunun baş verəcəyi gözlənilirdimi? Hansı  nəticəyə 
gəlmək olar? və s. ). 
c) Dəyərləndirməyə yönəldənlər (Nə üçün belə oldu? Başqa cür ola 
bilərdimi? Hansı düşüncəyə səbəb olur? və s.). 
d) Münasibət bildirməyə imkan yaradanlar (Ədalətlidirmi? Haqlı 
saymaq olarmı? Bu səhvi bağışlamaq mümkündürmü? və s.). 
3. Əsərdən oxuduğunuz parça hansı milli-mənəvi dəyərlər barədə da-
nışmağa imkan verir? 
4. Təqdimatlar etməklə qənaətlərinizi bölüşün və gəldiyiniz nəticələri 
müzakirə edin.
 
 
Gecə qapım döyüldü. 
Görəsən, kimdir gələn?! 
– Kimsən? 
– Mən! 
Açdım qapını 
Baxdım. 
Baxdım. 
Yox, tanımadım. 
Vahimədən qorxan körpələr 
kimi 
çəkildim addım-addım. 
Bəlkə də işıq azdı. 
İllərin o tayından gələn 
yorğun yolçunu  
belə adi işıqda 
tanımaq da olmazdı. 
Başını qaldıranda 
gözlərim bircə anlıq 
gözlərinə sataşdı. 
Elə bil kimsə birdən 
köhnə, tanış kitabın  
səhifəsini açdı. 
Yenə qapandı kitab, 
İndi qoçaqsan, buyur, 
min bir varaq içindən 
o bir səhifəni tap! 
– Salam! 
– Salam, buyurun! 
Əynində nimdaş palto, 
başında bir nimdaş şal – 
nə ipəkdi, nə də yun. 
Saçları ağ – 
illərlə bağlı sandıqda qalıb 
şəfəqini itirmiş 
adicə gümüş kimi. 
Gözlər – cüt qara ulduz –  
quyuya düşmüş kimi... 
– İzin verin, mən asım. 
– Yox, yox! 
Özüm asaram. 
Özü asdı paltonu. 
Sonra da aram-aram 
otağa göz gəzdirdi. 
Birdən üzümə baxdı, 
dodaqları titrədi. 
Elə bil 
oyuncağı qırılmış 
uşaq kimi 
hıçqırıb 
için-için 
indi ağlayacaqdı. 
• I dərs 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə