Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə83/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   83

200 
 

 
Səlsəbil – dini inama görə, cənnətdə su 
Səmum – zəhər 
Sərapərdələr – Şərq padşahlarının saraylarında böyük qəbul otağının qapısın-
da, yaxud hərəmxana ilə qonaq və qəbul otağı arasında böyük pərdə 
Səyyad – ovçu 
Sidq – sədaqət, səmimilik, ürək təmizliyi 
Stenoqraf – stenoqrafiya mütəxəssisi; ağızdan çıxan sözləri olduğu kimi 
xüsusi işarələr və ixtisarlarla cəld yazma üsulu 
Sövməənişin – bir guşədə yalnız oturub ibadətlə məşğul olan adam 
Süxəndan –  söz ustası, yaxşı danışan, şair (əvvəlki dəqiq deyil: süxən – söz, 
nitq) 
Süs – bəzək 
 
Ş 
 
Şpal – dəmir yollarında relslərin altına düzülən ağac, metal və ya beton tir 
 

Təkfir – kafir elan etmə, mürtəd elan etmə, lənət oxuma; küfr 
Təqdis – saymaq, hörmət etmək, əziz tutmaq 
Təəssür – bir şeyin təsirini hissetmə, təsir altında olma, qüssələnmə, 
kədərlənmə, hüzn və kədər duyma 
Təşxis – ayıran, seçən 
Tühaf – gülünc, təəccüblü
 

 
Üful – batma, qürub; məcazi mənada: ölüm 
 
Ü 
 
Ümman böyük dəniz, dərya, okean 
 

 
Varisi-yekta – yeganə varis 
Vird – müəyyən vaxt təkrarolunan dua 
 

 
Zəf – zəiflik, acizlik 
 
 
  LAYİHƏ


201 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
Bədii konflikt – latınca konfliktus sözündəndir. Bədii əsərin süjetinin əsa-
sında duran qarşıdurma, münaqişə. Sənətkar həyatdakı ziddiyyətləri, müna-
qişələri bədii əsərdə hadisələrdə, qəhrəmanın ona əks mövqedə duran qüvvələrlə 
qarşıdurması vasitəsilə əks etdirir.  Konflikt lirik və epik əsərlərə nisbətən dra-
matik əsərlərin yazılmasında xüsusi əhəmiyyət kəsb edir.  
Bədii metod – sənətkarın bədii əsərdə həyatı əks etdirərkən əsas götürdüyü 
prinsiplər, yaradıcılığında varlığı obrazlı  əksetdirmənin daim təkrar olunan 
ümumi xüsusiyyətləridir. Eyni bədii metodu əsas götürən yazıçıların yaradı-
cılığı  ədəbi cərəyan yaradır; məsələn: realizm, romantizm ədəbi cərəyanları. 
Sənətkarın fərdi üslubu olsa da, o, müəyyən bədii metodla bağlı olur.  
Bədii müqəddimə – bədii  əsərdə süjetin əsas komponentlərindən biri: əsas 
hadisəyə və ya düyünə (zavyazkaya) qədərki hissə. 
 

 
Dekadentizm – XIX–XX  əsrlərin sərhədində Avropada yaranmış  ədəbi 
cərəyandır. Fransız  sözü olub  mənası mədəni  geriləmə deməkdir. Bu termindən  
Roma imperiyasının süqutunu təsvir edərkən, cəmiyyətdə, insandakı bədbinliyi, 
ruh düşkünlüyünü, ümidsizliyi əks etdirən əsərlər haqqında danışarkən isitifadə 
olunurdu. Dekadentizmin nümayəndələri incəsənətin əvvəlki  akademik formala-
rından imtina edərək  müasir insanın  həssas, çevik  dünya duyumuna uyğun yeni 
özünüifadə formaları axtarırdılar. Bu ədəbi cərəyanın  nümayəndələri sosial-
siyasi problemlərdən uzaq durmağı sənətkar azadlığının mühüm şərti hesab edir-
dilər. Onlar ictimai münasibətlərdən imtina edərək  gündəlik həyata ikrahla 
QISA  
ƏDƏBİYYATŞÜNASLIQ  
TERMİNLƏRİ  LÜĞƏTİ
 
  LAYİHƏ


202 
 
yanaşırdılar, bədii əsərdə dəyərləri deyil, forma gözəlliyini, rəngarəngliyini, sim-
volik işarələrdən istifadəni zəruri sayırdılar. Bu da, öz növbəsində, ədəbiyyatın 
reallıqdan uzaqlaşmasına gətirib çıxarırdı. 
Dramaturgiya –  dramatik növdə yazılmış  əsərlərin (dram, komediya, faciə) 
cəmi. Nəzmlə yazılan dramatik əsərlərə  mənzum dramaturgiya, nəsrlə yazı-
lanlara mənsur  dramaturgiya deyilir. 
 
 

 
Epopeya –  epik ədəbiyyatın  ən irihəcmli janrıdır. XIX əsr rus tənqidçisi 
V.Belinski roman janrında yazılan  əsərləri “bizim dövrümüzün epopeyası” 
adlandırırdı. Müəyyən tarixi dövrü, xalqın həyatını geniş, əhatəli şəkildə , xeyli 
sayda qəhrəmanların iştirakı ilə  əks etdirən romanlar epopeya adlanır.  Ədə-
biyyatımızda Süleyman Rəhimovun “Şamo” romanı epopeyadır. 
 
Ə 
 
Ədəbi məktəb – böyük sənətkarın adı ilə bağlı olan yaradıcılıq ənənələrinin 
əsrdən-əsrə davam etdirilməsi əsasında yaranan ədəbi istiqamət. 
 
 Azərbaycanda bir sıra ədəbi məktəblər, o cümlədən Nizami ədəbi məktəbi, 
Füzuli  ədəbi məktəbi, Mirzə  Fətəli Axundzadə  ədəbi məktəbi, Cəlil Məmməd-
quluzadənin 
 
rəhbərliyi ilə “Molla Nəsrəddin” ədəbi məktəbi, Əlibəy Hüseynza-
dənin təsiri ilə “Füyuzat” ədəbi məktəbi  yaranmışdır.  
Ənənə – bədii təcrübənin nəsildən-nəslə keçməsi, ədəbiyyat tarixində yara-
dıcı istifadəsidir. Ənənə xalqın taleyində mühüm rol oynayır, ədəbi irs və onun 
əks etdirdiyi ideallar zəminində insanların mənəvi birliyini təmin edir. 
 

 
Felyeton – fransızca “vərəq” deməkdir. Bədii, satirik publisistika janrı kimi, 
əsasən, qəzet və jurnallarda dərc olunur.Felyetonda satirik istiqamət, ictimai 
həyatdakı nöqsanların tənqidi əsas yer tutur. Felyeton janrında yazılan əsərlər 
üçün ağrılı problemlərə münasibət, güclü obrazlılıq, yüksək emosiallıq səciyyə-
vidir. Azərbaycan ədəbiyyatında C.Məmmədquluzadənin felyetonları bu janrın 
kamil nümunələridir. 
 

 
Leytmotiv – almanca “əsas motiv” deməkdir. Leytmotiv əsərdəki aparıcı 
motiv, obraz, bəzən tez-tez təkrar olunan bədii detaldır. Leytmotiv süjetin ana 
xətti, əsər boyu qırmızı xətt kimi keçən ovqatdır. 
 
 
  LAYİHƏ


203 
 

 
Magik realizm  – həyatın realist, macəralı təsvirinə magik, mistik, mifoloji, 
fantastik elementlərin daxil edilməsi.  
Məclis – ərəbcə “yığıncaq” deməkdir. Bədii əsərin bitkin hissəsinə “məclis” 
deyilir. Dramaturgiyada “məclis” əvəzinə “pərdə” sözü də işlədilir. 
Məqalə  –  məcmuədə, jurnalda, qəzetdə kiçik elmi və ya publisistik yazı. 
Modernizm – ədəbiyyatda XIX əsrin sonu – XX əsrin əvvəllərində yaranmış 
cərəyandır. Latın dilində modernus  müasir, yeni  deməkdir. Modernizm  klassik 
romanı bütünlüklə inkar edərək yeni üslub axtarışlarına keçid, ədəbi formalara 
yeni yanaşma ilə  səciyyələnir. Modernizmdə varlığın, hadisələrin subyektiv 
yozumu, həqiqətin həyatda, cəmiyyətdə deyil, insanın daxili dünyasında 
axtarılması, psixoligizm mühüm yer tutur. Bədbinlik, dünyanın düzələcəyinə 
inamsızlıq, mövcud varlığın insana əzab, iztirab gətirdiyini iddia etmək bu 
ədəbiyyatın səciyyəvi xüsusiyyətləridir. Müəllif həyat həqiqətlərini deyil, onun 
şərtiliyini nümayiş etdirir. Bu zaman əsərin bütövlüyü gözlənilmir, hadisələrin 
inkişaf xəttinin əvəzinə kiçik epizodlara parçalanmış ayrı-ayrı hissələr təqdim 
edilir. Bir neçə ədəbi qəhrəmanın təsvir edilən hadisə və faktlara  bir-birinə zidd 
yanaşmaları modernizmdə mühüm yer tutur. 
Motiv – fransızca “vadaredici səbəb” deməkdir. Bədii  əsərdə aparıcı mo-
tivdən – leytmotivdən  əlavə, onu tamamlayan, dolğunlaşdıran,  əsas ideyanın 
açılmasına, qəhrəmanın dərindən dərk edilməsinə  zəmin yaradan digər xətlər, 
motivlər. 
 

 
Personaj – epik və ya dramatik əsərlərdə hadisələrin iştirakçısı; surət, obraz.  
“Qəhrəman”, “obraz” terminlərindən fərqli olaraq personaj lirik əsərlərə aid 
edilmir. Bu termin, əsasən,  əsərdəki ikincidərəcəli iştirakçılar haqqında 
işlədilir. 
Prototip – müəyyən bir obrazın simasında bədii şəkildə ümumiləşdirilən real 
şəxs. Prototip hər hansı tarixi şəxsiyyət, müəllifin həyatdan yaxşı tanıdığı, 
yaxud haqqında bildiyi, eşitdiyi bir və ya bir neçə şəxs ola bilər.  
Postmodernizm – latın sözüdür, mənası moderndən sonrakı deməkdir. XX 
əsrdə Avropada yaranan  postmodernizm üçün ədəbiyyatın janr və növ çərçi-
vələrinin, gerçəklikdəki qayda-qanunun, əxlaqi-estetik keyfiyyətlərin,  ədəbi-
bədii normaların inkarı, sərbəstliyə meyil  səciyyəvidir. Postmodernizmin də 
modernizm kimi sərhədlərini, xüsusiyyətlərini dəqiq müəyyənləşdirmək  çətin-
dir. Postmodernist əsərin müəllifi xaotik dünyada məna axtarışını, ehkamları 
inkar edir. Onun yazdığı roman da bu axtarışları parodiya  şəklində əks etdirir. 
Əsərin məzmununda vahid ideya bağlılığı gözlənilmir, bədii mətn bir-biri ilə 
ciddi qarşılıqlı əlaqəsi olmayan parçalardan ibarət olur. 
Postmodernizmdə  ədəbiyyatın idraki, tərbiyəedici rolu inkar edilir, ona 
intellektual  oyun  kimi  yanaşılır. Postmodernist əsərlər klassik ədəbiyyat 
  LAYİHƏ


204 
 
nümunələrinə  fərqli yanaşma zəminində  də yazılır.  Ədəbiyyatımızda Kamal 
Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” romanları postmodernist 
üslubda yazılmışdır. 
 

 
Realizm – latınca “maddi”, “həqiqi” deməkdir.  Ədəbiyyat və incəsənətdə 
realizm metodu həyatı, varlığı doğru, düzgün, inkişaf prosesində, tipik şəraitdə 
tipik xarakterlər vasitəsilə əks etdirilməsini əsas götürür. Realizm metodunun 
əsasında sadəcə faktları, hadisələri, insanları deyil, həyatdakı qanunauy-
ğunluqları əks etdirmək durur. Realizm metodunda yazıçı  həyat hadisələrini, 
onlardakı mühüm cəhətlərin seçilib əks etdirilməsini diqqət mərkəzində sax-
layır. XVIII əsrdə yaşayıb-yaratmış M.P.Vaqifin yaradıcılığı ilə ədəbiyyatımız-
da ilk dəfə erkən  realizm meydana çıxmışdır.  Zaman keçdikcə bu metod inkişaf 
etmiş, XIX əsr ədəbiyyatımızda maarifçi realizm, XX əsrin  əvvəllərində isə tən-
qidi realizm ədəbi cərəyanları yaranmışdır. 
Roman – epik növün həcm etibarilə  ən böyük janrı.  Əsasən, nəsrlə yazılan 
irihəcmli epik əsər. İkihissəli roman  dilogiya, üçhissəli roman trilogiya adlanır. 
Romantika  – bədii yaradıcılığın xüsusiyyəti olub həyatın parlaq  tərəflə-
rinin, qəhrəmanlığın, əməyin, məhəbbətin, dostluğun və s.-nin yüksək pafosla 
əks etdirilməsidir. Romantika yalnız romantik metodla deyil, digər bədii me-
todlarla (realizm və s.) yaradılmış əsərlərdə də özünü göstərir. 
Romantizm – latın sözüdür, mənası “romanlarda olduğu kimi” deməkdir. 
Romantizm metodu ədəbiyyat və incəsənətdə həyat hadisələrini yüksək ideallar 
prizmasından, real həyatda olanları deyil, eləcə də sənətkarın arzularını, xəya-
lında canlandırdığı həyatı, surətləri əks etdirməsinə əsaslanır. Sənətkar əsərdə 
öz arzularını, xəyalında canlandırdıqlarını  həyata keçirmək istəyən romantik 
qəhrəmanların obrazını yaradır. Bu qəhrəmanların arzuları ilə real həyat  ara-
sında  kəskin ziddiyyətlər olsa da, onlar  reallıqla barışmır, romantik ideallarını  
həyata keçirmək üçün çalışır. Romantik əsərin qəhrəmanı güclü hiss-həyə-
canları, yüksək duyğuları, hamının qəbul etidyi qanunlara kəskin  etirazı, barış-
mazlığı ilə müəllifin öz həyat mövqeyini ifadə edir. Bu qəhrəman coşqun 
təbiətli, narahat, ipə-sapa yatmazdır.  
XX  əsrin  əvvəllərində Azərbaycanda  romantizm ədəbi cərəyanı yaranıb 
inkişaf etmişdir. 
  

 
Sərbəst  şeir – şeirin vəzn və qafiyə quruluşuna qoyulan ənənəvi tələblərə 
sərbəst şəkildə əməl olunduğu şeir forması. 
Sinekdoxa  – yuna sözü olub “fərzetmə” deməkdir. Sinekdoxa bir hissənin, 
əlamətin bütöv varlığı, tamı  əvəz etməsinə deyilir. S.Rəhimov “Mehman” po-
vestində “Qaloşlu adam” ifadəsini prokurorluğun  şər xislətli xidmətçisi olan 
qoca haqqında işlətmişdir.  
  LAYİHƏ


205 
 
Sosialist realizmi – sovet ədəbiyyatının  əsas yaradıcılıq metodu. Sovet 
hakimiyyəti qurulduqdan sonra ölkədə  ədəbiyyatın xarakteri dəyişməyə baş-
lamış, bədii düşüncədəki milli və maarifçi idealları, demokratik baxışları təd-
ricən sosialist ideyaları  əvəzləmişdir. Sovet ədəbiyyatının  əsas yaradıcılıq 
metodu olan sosialist realizmi anlayışı rəsmi şəkildə 1934-cü ildə meydana çıx-
mışdı. Bu yolla bədii yaradıcılıqda sosializm ideyalarının tərənnümü genişlən-
dirilmiş, ədəbiyyat sovet ideologiyasının əsas təbliğatını həyata keçirməyə isti-
qamətləndirilmişdir. Sovet hakimiyyəti illərində  qələm sahiblərindən ideoloji 
tələblərə, sinfilik prinsipinə uyğun olaraq, öz əsərlərində  zəhmətkeşləri so-
sializm ruhunda tərbiyə etmək, kommunizmə inam aşılamaq, sovet vətənpər-
vərliyini, beynəlmiləlçilik ideyalarını əks etdirmək tələb olunurdu. 
 

 
Tragikomediya  – faciə və komediya ünsürlərini özündə birləşdirən drama-
tik əsər. 
Tənqidi realizm – ədəbiyyatda hadisələrin dərin və əsaslı bədii dərki, cəmiy-
yətin inkişafına yeni bir təkan verən, insanın vətəndaşlıq mövqeyini diqqət 
mərkəzinə çəkən ədəbiyyat. Cəlil Məmmədquluzadə Azərbaycan tənqidi realiz-
minin banisidir. 

 
Vulqar sosiologizm – bədii yaradıcılığın (yazıçının) iqtisadi və sinfi müna-
sibətlərdən  asılı olduğunu iddia edən baxışlar sistemi. 
 
 
 
________________________ 
 
 
 
 
  LAYİHƏ


206 
 
 
 
 
 
 
 
 
 
( m ü ə l l i m i n   t ö v s i y ə s i   i l ə   s e ç i l ə   b i l ə r
*
)  
 
“Azərbaycan ədəbiyyatında tənqidi realizm və realizm dövrü” bölməsi üzrə: 
Cəlil Məmmədquluzadə. “Danabaş kəndinin əhvalatları”, “Ölülər” 
tragikomediyası, “Azərbaycan” məqaləsi. 
Mirzə Ələkbər Sabir. “Ürəfa marşı”, “Dindirir əsr bizi”, “Səttarxana”. 
Hüseyn Cavid. “Səyavuş” dramı,  Əli bəy Hüseynzadə. “Hali-
vətən”, Nəriman Nərimanov. “Bir kəndin sərgüzəşti” hekayəsi, 
Məhəmməd Hadi. “İnsanların tarixi faciələri”, yaxud “Əlvahi-
intibah” poeması. 
XX  əsr Azərbaycan  şeiri antologiyası [Mətn]: (1905–1920-ci 
illər), Bakı: Şərq-Qərb, 2005. 
Azərbaycan nəsri antologiyası, 5 cilddə: II cild. Bakı: Şərq-Qərb, 
2006.
 *
 (müəllimin tövsiyəsi ilə) 
 
“Sovet dövrü Azərbaycan ədəbiyyatı”  bölməsi üzrə:  
Yusif Vəzir Çəmənzəminli. “Qan içində”, Əhməd
 
Cavad. “Göygöl”, 
Mikayıl Müşfiq. “Duyğu yarpaqları”, Süleyman Rüstəm. “Cənub 
şeirləri”, Səməd Vurğun. “Dörd söz”, Mir Cəlal. “Ehtiram”, Rəsul 
Rza. “Rənglər” silsiləsi.  
Azərbaycan nəsri antologiyası. 5 cilddə, III cild. 1920–30-cu illər. 
Bakı: Şərq–Qərb, 2006
*
 (müəllimin tövsiyəsi ilə). 
Azərbaycan nəsri antologiyası. 5 cilddə, IV cild. 1940–50-ci illər. 
Bakı: Şərq–Qərb, 2006
*
 (müəllimin tövsiyəsi ilə). 
 
Azərbaycan  ədəbiyyatında milli özünüdərkə qayıdış  və istiqlalçılıq mərhə-
ləsi” bölməsi üzrə: 
İlyas Əfəndiyev. “Hökmdar və qızı”. 
OXUMAĞI  
MƏSLƏHƏT GÖRÜRÜK

 
 
  LAYİHƏ


207 
 
İsmayıl Şıxlı. “Ölüləri qəbiristanlıqda basdırın”. 
Azərbaycan dramaturgiyası antologiyası. 5 cilddə, III cild. Bakı: 
Şərq–Qərb. 2007
*
 (müəllimin tövsiyəsi ilə) 
 
 “Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı” bölməsi üzrə: 
Bəxtiyar Vahabzadə. “Azərbaycan–Türkiyə”.  
Xəlil Rza. “Ağ çələngli  Azərbaycan”. 
Məmməd Araz. “Bizi Vətən çağırır”. 
Azərbaycan nəsri antologiyası. 5 cilddə, V cild. Bakı: Şərq–Qərb, 
2006, (Anar, Elçin və b. əsərləri müəllimin tövsiyəsi ilə).  
Azərbaycan dramaturgiyası antologiyası. 5 cilddə, IV cild. Bakı: 
Şərq–Qərb. 2007
*
 (müəllimin tövsiyəsi ilə). 
 
 
 
 
      
Tövsiyə olunan elmi mənbələr 
 
Cəfər M. Azərbaycan ədəbiyyatında romantizm. Bakı: 1963. 
Cəfərov N. Böyük mədəniyyətin övladı, yaxud varisliyin poetikası. Bax: Ç.Aytmatov.  
Cəfərov N. Bəxtiyar Vahabzadə. Bakı: Azərbaycan, 1996. 
Seçilmiş əsərləri. Bakı: Çaşıoğlu, 2004, səh.5-9. 
Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı: Altun kitab, 2017. 
Əlişanoğlu T. Azərbaycan “yeni nəsr”i. Bakı: Elm, 1999. 
Əliyev K. Hüseyn Cavid: həyatı və yaradıcılığı. Bakı: Elm, 2008. 
Əziz Şərif. “Molla Nəsrəddin” necə yarandı. Bakı: Yazıçı, 1986. 
İsmayılov Y. Ön söz. Mir Cəlal. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2005. 
Həbibbəyli İ. Ədəbi şəxsiyyət və zaman. Bakı: “Elm və təhsil”, 2017. 
Həbibbəyli İ. Azərbaycan ədəbiyyatı dövrləşmə konsepsiyası və inkişaf mərhələləri. 
Bakı: Elm, 2018. 
Həbibbəyli İ. C.Məmmədquluzadə: mühiti və müasirləri. Bakı: Azərnəşr, 1997. 
Həbibbəyli İ. “XX əsrin əvvəlləri Azərbaycan yazıçıları”. Bakı: Nurlar, 2004. 
Qarayev Y. Azərbaycan  ədəbiyyatı. XIX və XX yüzillər. Bakı: Elm, 2002. 
Mirəhmədov Ə. Mirzə Ələkbər Sabir. Bakı: Elm, 1962. 
Müasir Azərbaycan ədəbiyyatı. I–II cildlər. Bakı: Bakı Universiteti. 2007. 
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, I–II cildlər. Bakı: “Elm və təhsil”, 2016. 
Nəbiyev  B. Didərgin şair. Bakı: Sabah, 1995. 
Osmanlı V. Azərbaycan romantikləri. Bakı: Yazıçı, 1985. 
Rüstəmli A. 
Cəfər Cabbarlı: həyatı və mühiti. Bakı: Elm, 2009. 
Salamoğlu T. Müasir Azərbaycan ədəbiyyatı. Bakı: 2012. 
Saləddin Ə. Əhməd Cavad. Bakı: 1992. 
Vəliyev Ş. Füyuzat ədəbi məktəbi. Baki: Elm, 1999. 
Vahabzadə B. S.Vurğun. Bakı: Gənclik, 1984. 

 Tövsiyə siyahısı Azərbaycan Respublikası Prezidentinin “Azər-
baycan  dilində  latin  qrafikasi  ilə  kütləvi  nəşrlərin  həya-
ta  keçirilməsi haqqında” 2004-cü il tarixli sərəncamı əsasında 
Azərbaycan dilində latın qrafikası ilə çap olunaraq məktəb və 
rayon  kitabxanalarına  paylanmış  kitablar  əsasında  tərtib 
  LAYİHƏ


208 
 
 
BURAXILIŞ  MƏLUMATI
 
_________________________________ 
 
ƏDƏBİYYAT – 11 
 
Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün 
“Ədəbiyyat” fənni üzrə dərslik 
 
 
Tərtibçi heyət: 
 
Müəlliflər: 
 
İsa Əkbər oğlu Həbibbəyli 
Soltan Hüseyn oğlu Əliyev 
Bilal Ağabala oğlu Həsənli 
Aynur Cəfər qızı Mustafayeva 
 
Elmi redaktor 
 
Əzizxan Tanrıverdi, filologiya üzrə elmlər doktoru, professor 
 
Dil redaktoru  
 
Kəmalə Cəfərli  
Nəşriyyat redaktoru  
Kəmalə Abbasova 
Bədii redaktor   
Taleh Məlikov 
Texniki redaktor  
Zaur İsayev 
Dizayner   Taleh Məlikov 
Rəssamlar  
 
Məzahir Hüseynov, Elmir Məmmədov 
Korrektor  
 
Aqşin Məsimov 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrif nömrəsi: 
2018-000 
 
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2018 
 
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və 
yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron 
informasiya vasitələri ilə yaymaq qanuna ziddir. 
 
 
Hesab-nəşriyyat həcmi 9,3. Fiziki çap vərəqi 13. Səhifə sayı 208. 
Kağız formatı 70´1001/16.  Ofset kağızı. Məktəb qarnituru. Ofset çapı. 
Tiraj 80147. Pulsuz. Bakı – 2018 
 
“Bakı” nəşriyyatı 
Bakı Az1001, H.Seyidbəyli küç. 30 
 
  LAYİHƏ

Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə