Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə78/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   83

 
188 
 
Göylərin altında yatıb qalmış böyük Sarı-Özək düzlərinin sonu görünməsə 
də, Ana-Beyit qəbiristanlığına yol yox idi. Hamı bu tikanlı  çəpərin qabağında 
çaşıb-qalmışdı. 
Sükutu birinci caydaq Ədilbəy pozdu: 
– Nə var, Yedigey, məgər bu, əvvəllər burda yox idi? 
– Heç izi-tozu da yox idi! Birinci dəfədir görürəm. 
– Belə  çıxır, sahəni xüsusi məqsədlə  çəpərə alıblar. Bəlkə, kosmodrom 
üçündür? — deyə caydaq Ədilbəy öz gümanını bildirdi. 
– Belə görünür. Kimin ağlına nə gəlir,  onu da eləyir, lənət şeytana, – deyə 
Yedigey deyindi. 
 
Yenə də susdular. Caydaq Ədilbəy fikirləşib bir çıxış yolu axtarırdı: 
– Yaxşı, indi nə cür olsun, Yedigey? Məsləhətin nədir? Qəbiristanlığa başqa 
bir yol-iz yoxdur? 
 
– Olsun gərək. Niyə də olmasın? Burdan sağa, beş kilometrlikdə yol var, – 
deyə Yedigey ətrafına nəzər salaraq cavab verdi. 
Təzədən yola düzəldilər. Düz şlaqbaumun üstünə çıxdılar. 
Onların yaxınlaşmasıyla gözətçi postundan cavan, çiynindən üzüaşağı 
avtomat sallanmış bir əsgər çıxdı.  
– Salam, – deyə əlini gicgahına aparıb rəsmi təzim elədi. Hələ də uşaqlıq ya-
ğan açıq-mavi gözləri ilə Yedigeyə baxıb soruşdu: – Kimsiz? Hara gedirsiniz? 
– Biz buralıyıq, saldat, – deyə Yedigey onun uşaq ciddiyyətinə baxıb gülüm-
sündü. – Ölü aparırıq, qocalarımızdan biri rəhmətə gedib, bizim qəbiristanlıqda 
basdırmaq istəyirik. 
– Buraxılış  vərəqəsi yoxdursa, olmaz, bu sahə  nəzarət altındadır, – deyə 
əsgər məsələnin nə yerdə olduğunu başa saldı. 
– Bunu başa düşürəm, axı biz qəbiristanlığa gedirik. Lap yaxındadır. Burda 
nə var ki, basdırıb qayıdarıq. 
– Olmaz! İxtiyarım yoxdur, – deyə gözətçi cavab verdi. 
Elə bu vaxt Sabitcan yersiz olaraq, işgüzar bir görkəmlə irəli soxuldu: 
– Nə var, nə olub? Mən vilayət həmkarlar şurasındanam, – deyə özünü nişan 
verdi. – Niyə durmuşuq? 
– Ona görə ki olmaz. 
– Axı ağzımda deyirəm ki, yoldaş gözətçi, həmkarlar şurasından gəlmişəm. 
– Hardan gəldiyinizin qətiyyən mənə dəxli yoxdur. 
– Necə yəni yoxdur? – deyə Sabitcan çaşıb-qaldı. 
– Yoxdur, vəssalam. Bura qorunan sahədir. 
– Daha burda nə söz ola bilər! – Sabitcan əsəbiləşdi. – Mən elə əvvəldən bilir-
dim! – deyə Yedigeyə tənə vurdu. – Bilirdim ki, bu işin axırı puçdur! Xeyr! Nə 
danışırsan, gərək Ana-Beyit ola! Ana-Beyit! Bu da səninçün Ana-Beyit! – O, 
təhqir olunmuş halda, hirslə tüpürüb uzaqlaşdı. 
Yedigey: 
– Bağışla, oğlum, – bir ata kimi əsgərə üz tutdu. – Aydın işdir, sən xidmət 
başındasan. Amma indi bu mərhumu nə cür eləyək? Axı kötük deyil ki, atıb çıxıb 
gedək. 
Sabitcan getdikcə qızışırdı, axır Caydaq Ədilbəyə yaxınlaşdı: 
– Mən axı dedim! Bu boyda yol basmağın mənası yoxdur! Bu, mövhumatdır, 
gerilikdir! Özünü də, bizi də işə saldı! Ölünü harda quylayırsan quyla, nə fərqi 
var! Xeyr, ölsən də, partlasan da gərək Ana-Beyit ola! Sən də bu yandan ona 
qoşuldun, çıx get, sənsiz dəfn eləyərik! Hə, indi elə görüm, necə eləyəcəksən! 
  LAYİHƏ


 
189 
 

Dünya ədəbiyyatından seçmə 

Caydaq Ədilbəy cavab verməyib uzaqlaşdı. 
– Mənə bax, dostum, – deyə o, şlaqbauma yaxınlaşaraq gözətçiyə müraciət 
etdi. – Mən də xidmətdə olmuşam. Bəzi qanun-qaydalardan mənim də başım 
çıxır. Burda telefon var? 
– Əlbəttə, var. 
– Onda sən belə elə – keşik rəisinə zəng vur. Ona xəbər ver ki, yerli camaat 
gəlib. Ana-Beyit qəbiristanlığına getmək üçün icazə istəyir! 
 Qapı açıq olduğu üçün Yedigey hər şeyi eşidirdi.  
– Yoldaş leytenant! Yoldaş leytenant! – deyə gözətçi həyəcanlı, zil səslə da-
nışırdı. 
Nəhayət, məlumat verdi, dedi ki, yerli adamlar gəlib, ölülərini burdakı qə-
biristanlıqda dəfn eləmək istəyirlər. Necə olsun? Yedigey gərildi. Leytenant 
desə ki, burax, vəssalam, iş düzələcək! Halal olsun Ədilbəyə! Ağlı başında olan 
oğlandır. Amma nədənsə gözətçinin söhbəti uzanırdı.  İndi o, təkcə suallara 
cavab verirdi: 
– Hə... Neçə nəfər? Altı adamdır. Mərhumla yeddi. Bir qoca rəhmətə gedib. 
Bəs mən nə deyim? Deməli, olmaz? İcazə yoxdur? Oldu, baş üstə! 
Caydaq  Ədilbəy gözətçi otağından qanıqara çıxdı, amma dedi ki, leytenant 
özü gəlib sözünü elə burda deyəcək.  
Artıq saat üç idi. Yolları  çox  uzaq  olmasa  da,  hələ ki Ana-Beyitə çatma-
mışdılar. Qarşıdakı yolda maşın göründü. “Gəlir! – deyə Yedigey sevindi. – 
Allah qoysa, hər şey qaydasına düşər. Gözətçi də maşının gəlməyini  gözləyirdi. 
Keşik rəisi şlaqbaumun o tayında dayanan adamlara tərəf döndü: 
– Kimdir  burda kənar adam? Gözləyən kimdir? Sizsiz? – deyə o, Boranlı 
Yedigeyə  müraciət elədi. 
– Biz, bozqoy, karaqım. Ana-Beyitgə jeltpey tırıp kaldık. Kolay da bolsa
jardamdeş, karaqım,
1
 – deyə Yedigey ordenlərini cavan zabitə göstərməyə 
çalışdı. 
Bu, leytenant Tansıkbayova heç bir təsir göstərmədi: 
– Yoldaş  kənar adam,  mənimlə rus dilində danışın. Mən xidməti vəzifə  
başındayam, – deyə xəbərdarlıq etdi. 
Yedigey leytenant Tansıkbayovun  üzünə baxır və görürdü ki,  bu işdən bir 
şey çıxmayacaq. O, şlaqbaumun o tərəfində dayanmışdı ki, elə-belə, formal ola-
raq  kənar adamların şikayətinə qulaq assın. Alçalıb pərt olmuş Yedigey tədricən 
qəzəbləndiyini hiss edirdi, amma iradəsini toplayıb özünü təmkinli saxlamağa 
çalışırdı. Yox, nə qədər ki mərhum dəfn edilməyib, onun özündən çıxmağa haqqı 
yoxdur. 
Bayaqdan kənarda gəzişib səsini çıxarmayan Sabitcan bu yerdə özünü 
göstərmək məqsədilə onların qabağına yeridi: 
– Nə oldu? Ağzınızdan vurub qaytardılar? Elə belə  də olmalıydı! Yaman 
hazırlaşmışdınız! Ana-Beyit! İndi döyülmüş it kimi geri qayıdırsınız! 
– Kimdi döyülmüş it? – deyə kürəkən  özündən çıxaraq  onun üstünə cumdu. 
– Aramızda it varsa, o sənsən, əclaf! Orda duranla sənin nə fərqin var? Elə quru 
gopun var – mən dövlət adamıyam. Sən heç adam deyilsən! 
Sabitcan birdən ağa kimi ucadan əmrlər verməyə başladı: 
                                                            
1
Hə, bizik, oğlum. Bizi Ana-Beyit qəbiristanlığına  buraxmağa kömək elə, oğlum. 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə