Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə79/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   83

 
190 
 
– Nə  ağzınızı açıb dayanmısız? Traktorları  işə salın! Necə  gəlmişik, elə  də 
qayıdaq. Cəhənnəm olub gedək! Döndər görüm! Bəsdir! Bəsdir, gic yerində 
qaldım! Başqalarının ağzına baxanda belə olar. 
 
ARAŞDIRMANI 
DAVAM 
ETDIRIN
 
1. Əsərdən  müstəqil oxuduğunuz ikinci hissəni (burada ondan parçalar 
verilmişdir) nəzərdən keçirin. 
2. Həmin hissədəki mühüm fikirləri müəyyənləşdirin. 
3. Tanış olmayan sözlərin mənasını aydınlaşdırın. 
4. Daha maraqlı hesab etdiyiniz məcazları yazın. 
5. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
 
 
 
 
İKİNCİ HİSSƏ 
(parçalar) 
 
Qabaqda traktora minənlər, dallarınca  dəvəli adam, onun dalınca da atdana-
atdana qaçan it yenə Sarı-Özək çölləriylə hərəkət edib Malakumdıçap yarğanına 
tərəf yol aldılar. Yarğanın gədiyinə çatanda traktorlar tormozlayıb dayandılar. 
– Nə var? Nə olub? – deyə Sabitcan kabinədən boylandı. 
– Heç nə. Motorları söndürün, – deyə Boranlı Yedigey əmr etdi. Burda dəfn 
eləyəcəyik. 
– Bəsdi  ələ saldığın! – Sabitcan lap özündən çıxdı, onsuz da əzilib  əsgiyə 
dönmüş qalstukunu çəkıb dartışdırdı. – Özüm basdıracağam razyezddə, ayrı söz 
ola bilməz! Bəsdir! 
Qulaq as, Sabitcan, ata sənindir, bu barədə mübahisə ola bilməz. Sən gəl 
bunun ayrı tərəfini fikirləş. Harda görünüb ki, basdırılmağa aparılan ölü geri 
qaytarılsın? Hələ belə  şey görünməyib. Bu biabırçılıqdan heç birimiz qurtara 
bilmərik. Dünyasında belə şey olmayıb. 
– Cəhənnəmə ki görünməyib! – Sabitcan razılaşmadı. 
Caydaq Ədilbəy də ekskavatorun kabinəsindən düşdü, onu görüb əyyaş kürə-
kən də yedəkdən enib gəldi, traktorçu Cumaəli də yaxınlaşdı ki, görsün nə səbəbə 
dayanıblar. 
– İgidlər, qulaq asın, – deyə Yedigey onlara üz tutdu. – İnsan adətlərini poz-
mayın, təbiətə qarşı çıxmayın! Hələ belə şey görünməyib ki, qəbiristanlıqdan ölü 
geri qayıda. Basdırılmağa aparılan gərək basdırılsın. Başqa yolu yoxdur! Baxın 
bu Malakumdıçap yarğanına, bu da bizim Sarı-Özək torpağıdır! Nayman-Ana 
burada, bu Malakumdıçapda özünün məşhur ağısını deyib, oğlunu oxşayıb. 
Gəlin mən qoca Yedigeyə qulaq asın, qoyun Qazanqapın məzarı burda olsun. Elə 
mənim də qəbrim qoy burda olsun. Allahın rizası olsa, özünüz gətirib burda bas-
dırarsınız. Mən bunu sizdən xahiş eləyirəm.  İndi isə  hələ gec deyil, vaxt var,  
baxın, orda, lap yarğanın qaşında mərhumu dəfn elərik! 
Hamı susurdu. 
– Bilirsiz nə var, siz özünüz bilərsiz, – deyə Cumaəli sükutu pozdu, – mən 
gedirəm qəbri qazmağa. Mənim vəzifəm budur ki, çala qazım, özü də dərin ol-
sun. Hələ ki vaxt var. Qaranlıq düşəndən sonra kim bu işi görəcək? Siz özünüz 
bilərsiz. 
• EVDƏ İŞ 
  LAYİHƏ


 
191 
 

Dünya ədəbiyyatından seçmə 

Ağ keçəyə bükülmüş Qazanqapı  xərəyin içində, qəbir çalasının qırağında 
uzatmışdılar.“İlahi, əcdadlarımızın yoluyla gedib müqəddəs kitablardan öyrən-
diyim dualarımı eşidirsənsə, mənim öz sözlərimi də eşit. Elə bilirəm, bunlar bir-
birinə mane olmazlar. 
Budur, biz kimsəsiz və uzaq bir yerdə Malakumdıçap yarğanında qazdığımız 
qəbrin qabağında dayanmışıq, Qazanqapı özünün vəsiyyət  elədiyi qəbiristanlıq-
da dəfn eləyə bilmədiyimiz üçün məcbur olub bura gəlmişik. Göydəki çalağan 
bizim Qazanqapla necə vidalaşdığımızı yuxarıdan seyr edir. Ey böyük Allah
varsansa, keç günahımızdan, həqirin olan Qazanqapın dəfnini rəhmətlə  qəbul 
et, layiqdirsə, onun ruhuna əbədi rahatlıq ver. Bizdən nə asılıydısa, hamısını 
yerinə yetirməyə çalışdıq. Qalanı sənin öz işindir! 
Son dərəcə məyusam ki, Nayman-Ananın dəfn edildiyi müqəddəs qəbiristan-
lığımıza daha bizimçün yol yoxdur. Buna görə  də arzum budur ki, mənim də 
qəbrim Nayman-Ananın gəzdiyi bu yerlərdə – Malakumdıçapda olsun. Elə olsun 
ki, mən də indi dəfn edəcəyimiz Qazanqapın qəbri ilə yanaşı olum. Bir də ölən-
lərin ruhunun başqa canlılara keçməsi doğrudursa, onda mən qarışqa niyə olum, 
istərdim ki, ağquyruq çalağana çevrilim. Mən də o göydə uçan çalağan kimi Sarı-
Özəyin üstündə süzüb o ucalıqdan doğma yerlərimi seyr edim, seyr etdikcə də 
doymayım. Vəssalam. İlahi, bizim bu işimizə fərəc ver...”. 
– Amin, – deyə Yedigey duasını tamamladı, bir an susub acı bir həsrətlə 
çalağana baxdı, sonra yavaş-yavaş cavanlara tərəf döndü. Allahla ünsiyyət ta-
mam olmuşdu. İndi onun qarşısında bu qədər ləngimiş dəfn mərasimini tamam-
lamaq üçün gələn həmin beş adam dayanmışdı. 
Onların hərəsi qəbrə bir ovuc torpaq atıb, küləyin səmtindən qəbri torpaqla 
doldurmağa başladılar. Əvvəlcə bel-kürəklə kürüyüb doldurdular, sonra da Cu-
maəli maşına minib torpağı ekskavatorla yığıb tökdü. Axırda qəbrin üstünü 
yenə də bellə düzəldib sahmanladılar... 
Daha vaxt lap daralmışdı. Traktorlar yarğandan enmək üçün dönməyə başla-
dılar. Traktorlar aşağı enənəcən Yedigey Qaranəri yedəkləyərək Sabitcanla ya-
naşı getdi. O, özünü narahat eləyən bir məsələ haqqında Sabitcanla təklikdə 
danışmaq istəyirdi. 
– Bura bax, Sabitcan, indi daha əlimiz boşaldı, səninlə bir məsələ barədə söh-
bət eləmək istəyirəm. Bəs indi biz o qəbiristanlıq işini neyləyək? Ana-Beyiti 
deyirəm. 
– Necə yəni neyləyək? Burda heç baş sındırmaq lazım deyil, – deye Sabitcan 
cavab verdi. – Plan plandır. Ləğv eləyəcəklər onu, plan üzrə... Vəssalam. 
– Bəlkə, mənə danışmaqda kömək eləyəsən, nə qədər gec deyil, elə günü sabah 
gedərik burdakı böyüklərin yanına, o şəhərcikdə, yəqin ki, bir nəfər lap bö-
yükləri var. Ola bilməz ki, Ana-Beyiti yerləyeksan eləsinlər. Axı bu, tarixdir. 
Mənim ailəm, uşaqlarım, işim-gücüm var. Onu istəyirsən ki, burdan bir 
zəng çalsınlar, orda da dalıma bir təpik vurub atsınlar bayıra? Bağışlayasan 
gərək, çox sağ ol! 
– Aydındır. Söhbət qurtardı! – deyə Yedigey danışmağa nöqtə qoydu. – 
Ehsanı verək, Allahın köməkliyi ilə bir də səninlə görüşmərik, inşallah. 
– Bəlkə də, – deyə Sabitcan üz-gözünü əydi. 
Onlar beləcə ayrıldılar. Yedigey dəvəyə minənəcən onlar traktorları işə salıb 
gözlədilər, ancaq Yedigey onlara dedi ki, ləngiməsinlər, yola düşüb mümkün 
qədər tez getsinlər, adamlar ehsanı gözləyirlər, dəvə üstündə onunçün hər yerdə 
yol var, guya özü istədiyi yolla gedəcək. 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə