Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə81/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   83

 
194 
 
Dəmir yolunun Boranlı adlı kiçik məntəqəsində qırx dörd il işləmiş Qazan-
qapın ölümü və  dəfni ilə bağlı baş verən hadisələrə    əsərin qəhrəmanlarının 
fərqli münasibəti cəmiyyətdə mövcud olan bir sıra problemləri aşkara çıxarır.  
Əsərin mərkəzində qloballaşma dövrünün ağrılı bir məsələsi  – milli yaddaşın 
itirilməsi problemi durur. Adət-ənənələri, dəyərləri qoruyub-saxlamaq istəyən-
lərin arzusu yaddaşsızlıq mərəzinin qurbanları – manqurtluğu təmsil edənlər 
tərəfindən etirazla qarşılanır və bu ziddiyyət əsərdəki ciddi konfliktin əsasında 
dayanır. Yazıçı manqurt oğulun öz anasını öldürməsi haqqında qədim  əfsanəni  
xatırladır. Lakin qədim əfsanənin süjeti başqa istiqamətdə davam etdirilir. Qa-
zanqapın ölümünə münasibət, onun dəfni ilə bağlı hadisələrin təsviri əsrlər keçsə 
də, manqurtluğun  məhv olmadığını göstərir. Dəfn mərasiminin təsvirində türk 
xalqlarının mərhumla vidalaşmaq ayini öz əksini tapıb. Lakin bu mərasimə  də 
formal bir iş kimi başdansovdu yanaşanların mövcudluğu ciddi mənəvi böhrana 
gətirib çıxarır. 
Romanın baş qəhrəmanı dəmiryol fəhləsi Bo-
ranlı Yedigeydir. Əsərdə onun həyatının drama-
tik  hadisələrin baş verdiyi bir günü təsvir 
olunur. Lakin həmin günün təəssüratları o qədər 
zəngindir ki, qəhrəman keçdiyi altmış bir illik 
ömür yoluna nəzər salmalı olur. Kiçik dəmiryol 
məntəqəsində vəfat etmiş dostunu dəfn etmək üçün qədim qəbiristanlığa gedən 
Yedigey müdrikdir, dərin düşüncəli, zəhmətkeş insandır. Yazıçı onun vicdanla 
yaşamaq, borc, məsuliyyət,  şərəf, sevgi barədə düşüncələrinə geniş yer verir. 
Yedigey hər bir hadisəyə    insanlıq və vicdan meyarları ilə yanaşır. Yazıçı bu 
obrazın timsalında sadə bir insanın mənəvi böyüklüyündən söz açmış, xalqın 
gələcəyinə, milli dəyərlərin, tarixi yaddaşın nəsildən-nəslə ötürülərək yaşa-
yacağına  inamını ifadə etmişdir.  
Yedigeyin  zəngin həyat təcrübəsi var, müharibə görüb. O, keçdiyi ömür 
yolunda həmişə öz xalqının milli dəyərlərinə sadiq qalmışdır, düşüncələri, 
əməlləri xalq hikmətinin  saf, büllur bulağını xatırladır. Müxtəlif vəziyyətlərdə 
qarşılaşdığı  manqurtlar  onun  həyat mövqeyini, insanlığa inamını sarsıda 
bilməyib. Orta savadı belə olmayan Yedigey  Sabitcanın, Tansıkbayevin milli 
mənlik  şüurundan məhrum olmasına qəzəb və nifrətlə etirazını bildirir. O, 
ənənələrin, mənəvi dəyərlərin, düzlüyün qorunub saxlanılması üçün mübarizə 
aparır. Əsərin sonunda Nayman-Ananın yaylığının  ağ quşa çevrilməsini təsvir 
etməklə yazıçı bütün maneələrə, çətinliklərə baxmayaraq gələcəyə nikbin bax-
mağın vacib olması fikrini ifadə edir. 
Yazıçı Sabitcanın simasında manqurtluğun –
yaddaşsızlığın bu gün də mövcudluğunu real löv-
hələrlə, ürək ağrısı ilə  əks etdirir. Sabitcan 
atasının ölüm xəbərini laqeydliklə qarşılayır. 
Ana-Beyit qəbiristanlığında yaranan çətinlik onun əsl simasını – manqurt, yad-
daşsız olduğunu aşkara çıxarır.  Ətrafda baş verən hadisələrə münasibətdə o öz 
şəxsi mənafeyindən çıxış edir, mənəvi puçluğunu göstərir. Sabitcanın atası 
Qazanqapa, digər insanlara yanaşması  əfsanədəki Manqurt oğulun Nayman-
Anaya münasibətindən fərqlənmir. Atasının Ana-Beyit qəbiristanlığında dəfn 
olunmaq vəsiyyəti, dostunun ölümündən sarsılan Yedigeyin dərin kədəri onun 
üçün heç bir əhəmiyyət kəsb etmir. Sabitcanın fikrincə, ölmüş insan üçün harada 
Boranlı Yedigey  obrazını səciyyə-
ləndirən başlıca cəhətlər hansılar-
dır? Bu obraz vasitəsilə hansı milli-
mənəvi  dəyərlər  ön  plana  çəkil-
mişdir?   
 
Romanda tarixi yaddaşsızlığı – man-
qurtluğu hansı obrazlar təmsil edir? 
  LAYİHƏ


 
195 
 

Dünya ədəbiyyatından seçmə 

dəfn olunmağın heç bir fərqi yoxdur. Dardüşüncəli, ailədə yox, internatda 
böyümüş Sabitcanı yalnız bir məsələ düşündürür: dəfn mərasimini tez başa vurub 
şəhərdəki evinə, vəzifə masasına, nizama salınmış həyatına qayıtmaq. Dünyada 
olmayanların unudulması, xatirələrdən silinməsi onun üçün təbii haldır.  
Keşik rəisi leytenant Tansıkbayevin Yedigeylə doğma dilində – qırğız dilində  
danışmaqdan qəsdən imtina etməsi, vəzifəsini bəhanə gətirib rus dilində danışma-
sı, Ana-Beyit qəbiristanlığının taleyinə, insanların bu qəbiristanlıqda dəfn olun-
maq arzusuna münasibəti onun da tarixi yaddaşdan, milli düşüncədən məhrum 
olduğunu göstərir. Təsadüfi deyil ki, Tansıkbayev bu yerlərin  əsl sahiblərini – 
Yedigeyi və onunla gələnləri “kənar adamlar” adlandırır. Yazıçı öz kökünü kö-
nüllü olaraq unudan, tarixi yaddaşdan məhrum olan belə adamları ata-anadan 
məhrum olmuş yetim uşağa bənzədir.  
Əsərdə qəhrəmanlarla bağlı hər bir kiçik de-
tal və  təsvir hadisələrin inkişafı prosesində 
dərin məna kəsb edir, bəşəriyyətin taleyi, dün-
yada  əmin-amanlıq üçün narahat olan sənətkarın düşüncələrinin humanist ma-
hiyyətini açıb göstərir. Yaddaşsızlıq, manqurtluq təhlükəsi və ona qarşı mübari-
zənin zəruriliyi  əsərin  əsas ideyasını  təşkil edir. Yazıçı  bəşəriyyəti öz tarixini, 
əcdadlarını, ana dilini, xalq adət-ənənələrini  unudanların – yeni manqurtların 
yarandığından xəbərdar edir. Faciə  həm də ondadır ki, qədim manqurtlardan 
fərqli olaraq yeni, müasir manqurtlar tarixi yaddaşdan işgəncə altında deyil, kö-
nüllü olaraq imtina edirlər.  
Mənbələr üzrə qazanılmış bilik əsərin zəngin ideyasını  hərtərəfli aydınlaş-
dırmağa imkan verir. 
 
 
 
ARAŞDIRMANI 
DAVAM 
ETDİRİN
 
Mövzulardan birini seçib işləyin:
a)  Məruzə: Ç.Aytmatovun “Gün var əsrə  bərabər” romanında yad-
daşsızlığın acı nəticələri.  
b)  Məqalə: Ç.Aytmatovun povestlərində qaldırılmış başlıca prob-
lemlər.  
 
 
 
1. Ç.Aytmatov. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Öndər, 
     2004, səh. 4-10. 
2. Ç.Aytmatov. Seçilmiş əsərləri. Bakı: Çaşıoğlu, 2004, səh.5-12. 
3. XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com.
 
 
 
• EVDƏ İŞ 
• 
MƏNBƏLƏR
 
Romanın  başlıca ideyası nədir?  
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə