Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə77/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   83

 
185 
 

Dünya ədəbiyyatından seçmə 

Ç.Aytmatovun  əsərləri ilə dünya ədəbiyyatı yeni süjet və obrazlarla təzə-
lənmiş, zənginləşmişdir. XX əsrin  əllinci illərində, otuzyaşlı Çingiz Aytma-
tovun yaratdığı  Cəmilə obrazı  təkcə sovet ədəbiyyatında deyil, eləcə  də dünya 
ədəbiyyatında yeni ədəbi hadisə kimi dəyərləndirilmişdir.  
Ədib “Üz-üzə” (1957) povestində Səidə və İsmayıl obrazları ilə ədəbiyyatda 
cəmiyyət-fərd probleminə dair fəlsəfi məsələ qaldırmışdır. Sosialist realizminin 
prinsiplərinə zidd olaraq Totoyun ailəsinin timsalında ilk dəfə müharibə insanı-
nın faciəsini təsvir etmişdir.  
Ç.Aytmatovun  əsərləri kimi, yaratdığı obrazlar da dünyada yeni ədəbiyyatın 
bənzərsiz təzahürləri olaraq qəbul edilmişdir. 
Cəmilə, Daniyar, Sadıq, Tolunay, Aysel, Altınay, 
Baytemir, Toğulan, Altın,  Yedigey, Abutalıb  və 
başqaları müəllifin nadir istedadından və  dərin müşahidələrindən yaranan yeni 
tipli obrazlardır. Ç.Aytmatovun obrazları sovet ədəbiyyatında model kimi qəbul 
edilmiş müsbət qəhrəman və  mənfi obraz qəlibini aşıb keçir. Yazıçı  ədəbiyyatda 
sovet adamını yox, sadəliyi, təbiiliyi ilə seçilən insanı təsvir etmişdir.Yovşanlı çöl-
lərdə yaşayıb-çalışan bu adi insanların taleyində bütövlükdə insanlığın taleyi və 
düşüncələri öz əksini tapmışdır. 
Qloballaşmanın milli dəyərləri arxa plana keçirmək meylinin qüvvətləndiyi 
bir dövrdə “kiçik” insanı böyük ədəbiyyatın əsas daşıyıcısına çevirmək Ç.Ayt-
matov sənətinin qələbəsi idi. 
 
 
 
1. Sinifdə öyrəndiklərinizi  göstərilən mənbələrdən topladığınız məlu-
mat əsasında zənginləşdirin və tamamlayın. 
2. Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə 
etməyə çalışın: 
a) Ç.Aytmatovun nəsr  əsərlərində hansı  mənəvi dəyərlər öz əksini 
tapıb? 
b) Yazıçının romanlarında çağdaş dövrün hansı problemlərinə diqqət 
yetirilmişdir? 
3. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
 
 
1. Ç.Aytmatov. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Öndər nəşriyyat, 2004, 
səh. 4-10. 
2. Ç.Aytmatov. Seçilmiş əsərləri. Bakı: Çaşıoğlu, 2004, səh. 5-8. 
3. XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com.
 
 
 
 
 
 
• EVDƏ İŞ 
• 
MƏNBƏLƏR
 
Yazıçının əsərlərinin qəhrəmanları 
hansı xüsusiyyətləri ilə  seçilir? 
  LAYİHƏ


 
186 
 
GÜN VAR ƏSRƏ BƏRABƏR 
(ixtisarla) 
 
• 
MƏZMUN 
ÜZRƏ İŞ
 
OXUYA HAZIRLAŞIN 
Sualların üzərində düşünün, cavablarını cədvəldə qeyd etdikdən son-
ra fikir mübadiləsi və müzakirə aparın. 
Manqurt 
kimə deyilir? 
İnsanın manqurt edilmə-
sində məqsəd nə olur? 
İnsan  manqurta çevril-
məmək üçün nə etməlidir? 
 
1.  Əsərdən verilmiş  aşağıdakı parçanı  nəzərdən keçirin. Tapşırıqları 
fərdi olaraq yerinə yetirin.  
a) Tanış olmayan sözləri seçin və onların mənasını lüğətlərdən 
aydınlaşdırın. 
Tanış olmayan sözlər
Mənası
b) Seçdiyiniz məcazların növünü dəqiqləşdirin. 
Əsərdən seçilmiş məcazlar
Onların növü 
c) Oxuduğunuz hissədə diqqətinizi daha çox cəlb edən məsələləri 
ikihissəli gündəlikdə yazın. 
Əsərdə diqqətimi cəlb edənlər
Bunun səbəbi 
 
• MƏZMUN 
ÜZRƏ İŞ
 
d) Suallara cavab hazırlayın:
a)
  Yedigeyin və  Ukubalanın Qazanqapın ölümü ilə bağlı düşün-
cələri onların mənəvi aləmi haqqında hansı fikirləri söyləməyə 
əsas verir? 
b)
  Əsərdə Nayman-Ana əfsanəsi haqqında nə deyilir? 
c)
  Ana-Beyit qəbiristanlığının tikanlı məftillərə alınması  insan-
larda hansı hislər doğurur? 
d)
  Oxuduğunuz parçalar hansı mənəvi dəyərlər barədə danışmağa 
imkan  verir? 
e)
  Əsərdən bitkin bir parça seçin, hissələrə ayırın, plan tərtib edin, 
məzmununu yığcam nağıletməyə hazırlaşın. 
2. Kiçik qruplarda birləşərək fikirlərinizi dəqiqləşdirin və ümumi-
ləşdirin. 
3. Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
 
 
 
 
BİRİNCİ HİSSƏ 
(parçalar) 
 
Bu yerlərdə qatarlar şərqdən qərbə, qərbdən də şərqə gedir... Gecəyarı kim 
isə yoldəyişən növbətçinin köşkünə tərəf tələsirdi. Yedigey o saat hiss elədi ki, 
gələn arvadıdır və bu gəliş elə-belə gəliş deyil, onun bu gəlməyinə nəsə çox vacib 
bir səbəb var. Doğrudan da, məlum oldu ki, gümanı düz imiş. Lakin iş üstə 
olduğuna görə yerindən tərpənə bilməzdi. Sonuncu vaqon da gəlib keçəndən
yolda hər  şeyin qaydasında olduğunu bələdçiyə  işarə verəndən sonra tələsik 
arvadına tərəf döndü: 
– Xeyir ola? 
Qadın həyəcanla ona baxıb dodaqlarını tərpətdi, nəsə pıçıldadı.  
– Nə olub? 
– Qazanqap ölüb. 
• I dərs 
• I dərs 
  LAYİHƏ


 
187 
 

Dünya ədəbiyyatından seçmə 

– Nə vaxt? 
– Elə indi baş çəkməyə getmişdim, dedim, görüm necədir, bəlkə, bir şey-zad 
lazımdır. İçəri girdim, gördüm işığı yanır, uzanıb yerində, amma saqqalı belə 
birtəhər dik durub... Yaxınlaşıb soruşdum ki, Qazı əkə, bəlkə, sizə isti çay gə-
tirim? Gördüm ki... – səsi tutuldu, qəhər onu boğdu, qapaqları nazilib qızarmış 
gözləri doldu, içini çəkib yavaşdan ağlamağa başladı. – Sən bir adamın axırına 
bax?! Necə insan idi! Ölüb getdi. Yanında gözünü qapamağa bir adam da olmadı. 
– Hönkürdü, ağladı. – Axı kimin ağlına gələ bilərdi! – Elə-beləcə də kimsəsiz-
kimsəsiz öldü...  
Cəbhədən qayıdandan bəri Yedigey Boranlı razyezdində xidmət edirdi. 
– İndi nə eləyək? – deyə arvadı sükutu pozdu. 
Yedigey başını qaldırıb arvadına baxdı və acı-acı qımışdı: 
– Nə eləyəcəyik? Ölü düşəndə nə eləyirlər? Dəfn eləyəcəyik. – O, qəti qərara 
gəlmiş adam kimi ayağa durdu. – Arvad, sən qayıt geri, amma indi mənə qulaq 
as. 
– Qulağım səndədi... 
– Osmanı oyat. Baxma ki razyezdin rəisidir, dəxli yoxdur, ölüm qabağında 
hamı bərabərdir. Ona de ki, Qazanqap ölüb. Kişi qırx dörd il burda can çürüdüb.  
– Bəs uşaqları?! Axı əvvəlcə uşaqlara xəbər vermək lazımdır! Ataları ölüb. 
Yedigey başını yellədi: 
– Mən də bilirəm ki, uşaqlarsız olmaz... Amma ixtiyar məndə olsaydı, heç 
yaxına da buraxmazdım! 
– Oğlu, görəsən, şəhərdən özünü çatdıra bilər? 
–  İstəsə, çatdırar. Srağagün  stansiyada  olanda  özüm  teleqram  vurmuşam. 
Yazmışam ki, atan ölüm ayağındadır, daha bundan artıq nə yazmalı idim ona. 
Gəlməyinə gələcək, amma adını kişi qoysa da, qonaq kimi dayanıb baxacaq. Sən 
ləngimə, get necə demişəm elə də elə. 
Ukubala yol alıb getdi, sonra tərəddüdlə ayaq saxladı, təzədən yola düzələndə 
Yedigey özü onu səslədi: 
–  Əvvəlcə növbətçi  Şahmərdanın yanına get a!.. Qoy mənim yerimə adam 
göndərsin, sonra əvəzini artıqlaması ilə işlərəm. Kişinin cənazəsi bomboş evdə 
qalıb, yanında da bır allah bəndəsi yox. Belə şey olmaz! Elə-belə də deyərsən ona! 
Yedigey teleqraf dirəyinə söykənib fikrə getdi. Dəmir yolundan xeyli uzaqda 
otlayan dəvələrin tutqun qaraltısını seçə  bildi.  Onun  dəvəsi Sarı-Özəkdə yüy-
rəkliyi, zoruyla ad çıxartmışdı, öz sahibi kimi Boranlı Qaranər adı ilə tanınırdı.  
 
* * * 
 
...Deyilənlərə görə, nə vaxtlarsa Nayman-Ananın öz manqurt oğlunu axtar-
dığı bu yerlərdə yarğan boyunca çox uzun bir yol keçəndən sonra daha Ana-
Beyitə bir şey qalmamışdı. Boranlı Yedigey gah saatına, gah da Sarı-Özək üzə-
rindəki günəşə baxıb fikirləşirdi ki, hələlik işləri öz qaydasınca gedir. Dəfndən 
sonra onlar vaxtında evə qayıdıb hamıyla birlikdə ehsanda iştirak edəcək və 
Qazanqapı yad eləyə biləcəkdilər. Qabaqda Yedigey qotazlı  tərliklə  bəzədilmiş 
Qaranərin üstündə, ondan sonra yedəkli traktor, lap arxada da “Belarus” eks-
kavatoru  Ana-Beyit düzünə çıxdılar. Elə burda da gözləmədikləri maneəyə rast 
gəldilər – tikanlı məftildən çəkilmiş çəpərlə rastlaşdılar. 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə