Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə80/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   83

 
192 
 
Traktorçular sürüb gedəndən sonra Yedigey hələ bir müddət yerində qalıb 
neyləyəcəyini fikirləşdi. Boranlı Yedigey peşman idi; peşman idi ki, bu söhbəti 
niyə saldı, niyə sözlərini havayı yelə verdi. Məgər Sabitcan söz deməli, kömək 
ummalı adamdı?! Güman eləmişdi ki, savadlı, oxumuş adamdır, özü kimiləri ilə 
daha asan dil tapa bilər. Qoca Yedigey belə  şeylər barədə  nə  qədər çox fikir-
ləşirdisə, bu fikirlər onda bir o qədər ağrı və ümidsizlik doğururdu. 
– Manqurtsan, manqurt! Xalis manqurtsan! – o, qəzəblə pıçıldadı. Kişi ona 
həm qəzəblənir, həm də acıyırdı. 
Qaranərin belində oturan Yedigey belə ağır fikirlər içində ətrafına göz gəz-
dirdi. Traktorlar çoxdan gözdən itib səslərini kəsmişdi. Boranlı Yedigey vəziy-
yəti gotür-qoy eləyib belə  qərara gəldi ki, təzədən zonanın girişindəki  şlaq-
baumun yanına qayıtsın. Hər şeydən əvvəl o istəyirdi ki, çalışıb keşik xidmətini 
məcbur etsin, onu nəzarət altında da olsa, böyük rəisin yanına aparsınlar, ya da 
lazım gələrsə, o rəisin özünü məcbur eləyib Boranlı Yedigeyə qulaq asmaq üçün 
şlaqbaumun yanına gətizdirsin. Onda ürəyindəkilərin hamısını deyərdi üzünə... 
Bu qərardan sonra ürəyi yerinə gəldi. 
– Təvəkkül Allaha! İtin ağası varsa, qurdun da Allahı var! – deyə özünə ürək-
dirək verdi, Qaranəri möhkəm mahmızlayıb şlaqbauma tərəf  yönəldi. 
Elə bu vaxt havaya nəsə oldu, getdikcə güclənən vulkan gurultusuyla boş-
luqda nəsə  hərəkətə  gəldi. Və lap yaxınlıqda, hardasa lap qonşuluqda, kosmo-
drom zonasında parlaq atəşlə yanan qorxunc alov sütunu püskürüb göyə san-
cıldı. Yedigey qorxudan geri atıldı, dəvə  də bağırıb yerindən sıçradı...  İt 
qorxusundan yiyəsinin ayaqları altına təpildi. 
Birincinin dalınca ikinci, onun dalınca da üçüncü raket göyə qalxdı, sonra 
biri də, biri də ... 
İnsan, dəvə və it dallarına baxmadan qaçırdılar, birdən Yedigeyə elə gəldi ki, 
manqurt oğlu tərəfindən oxla vurulmuş Nayman-Ananın başından saldığı  ağ 
yaylıqdan əmələ gəlmiş ağ bir quş hardansa böyürdən çıxdı... Ağ quş bu həşir-
qiyamət içində insanla yanaşı uçaraq deyirdi: 
– Kimlərdənsən? Adın nədir? Adını yadına sal! Sənin atan – Donenbaydır, 
Donenbay, Donenbay, Donenbaydır, Donenbay... 
Yenidən birləşən bu zülmət içində bu səs hələ çox eşidildı... 
 
 
 
 
 
 
Tərcümə edən: İshaq İbrahimov 
 
 
 
• 
MƏZMUN 
ÜZRƏ İŞ
 
TAPŞIRIĞI FƏRDİ OLARAQ YERİNƏ YETİRİN 
1. Mənasını aydınlaşdırdığınız sözlərin alınma, yaxud dilimizə aid 
olduğunu əsaslandırın. 
Tanış olmayan sözlər
Mənası
Öz sözümüzdür 
Alınma sözdür 
2. Seçdiyiniz məcazları daha maraqlı hesab etməyinizə səbəb nədir? 
Əsərdən seçilmiş 
məcazlar  
Məcazların 
növü 
Onları daha maraqlı hesab 
etməyimə səbəb nədir? 
 
• II dərs 
  LAYİHƏ


 
193 
 

Dünya ədəbiyyatından seçmə 

 
• 
MƏZMUN 
ÜZRƏ İŞ
 
3. Suallara cavab hazırlayın:
a)
 Yedigey Qazanqapın nə üçün Sarı-Özək çölündə  dəfn olunmasını  
istəyirdi? 
b)
 Yedigey nə üçün Sabitcanı manqurt adlandırır? 
c) Oxuduğunuz parçalar hansı  mənəvi dəyərlər barədə danışmağa 
imkan verir?  
4. Oxuduğunuz parçalardan birini hissələrə ayırın, hər hissəyə ad 
verməklə birinin məzmununa aid plan tərtib edin. Onun məzmu-
nunu plan əsasında yığcam nağıl etməyə hazırlaşın. 
5. Kiçik qruplarda birləşərək qənaətlərinizi bölüşün. 
6. Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın. 
 
 
 
 
1. Əsəri bütövlükdə nəzərdən keçirib müzakirəyə hazırlaşın. 
2. “Manqurt” əfsanəsini geniş nağıl etməyə hazırlaşın.
 
 
 
 
• 
TƏHLİL  
ÜZRƏ İŞ
 
KİÇİK QRUPLARDA  BİRLƏŞƏRƏK MƏTNKƏNARI SUALLAR VƏ ONLARIN 
CAVABLARI İLƏ TANIŞ OLUN 
1. Aşağıdakı tapşırıqları fərdi olaraq yerinə yetirin.  
a) Əsərdə qaldırılmış problemləri və onların müəllif həllini 
müəyyənləşdirin. 
Əsərdə qaldırılmış başlıca problemlər 
Əsərdə onların bədii həlli 
b) Yedigey və Sabitcan obrazlarını səciyyələndirin. 
Səciyyəvi xüsusiyyətlər
Yedigey
Sabitcan 
Xarakteri
Əməlləri
Nitqi
Başqalarına münasibəti
c) Əsərdəki bədii təsvir və ifadə vasitələrinin rolunu izah edin. 
Bədii təsvir və ifadə vasitəsinin 
işləndiyi cümlə 
Fikrin təsir gücünün artmasında 
onun rolu 
d) Əsərdəki başlıca fikri – ideyanı müəyyənləşdirin. Fikrinizi nümu-
nələrlə əsaslandırın. 
Əsərin ideyasını daha qabarıq əks etdirən 
cümlələr 
Nə üçün belə 
düşünürsünüz? 
 
 
e)  Romanın sonundakı parçanın (“Elə bu vaxt havaya nəsə oldu, 
getdikcə güclənən vulkan gurultusuyla boşluqda nəsə  hərəkətə 
gəldi” cümləsindən axıradək)  ifadəli oxusuna hazırlaşın.  Şərti 
işarələrdən istifadə edin.
 
 
“Gün var əsrə  bərabər” (1980) romanı 
Ç.Aytmatovun yaradıcılığında xüsusi yer 
tutan kamil sənət nümunələrindəndir. Müəl-
lifin digər  əsərlərində olduğu kimi, xeyirlə 
şərin mübarizəsi burada da öz əksini tapıb. Nayman-Ananın dəfn olunduğu Ana-
Beyit qəbiristanlığı ilə bağlı baş verənlər yeni dövrün  bəlasına çevrilən yaddaşın 
itirilməsi mərəzini,  manqurtluğun mahiyyətini üzə çıxarır.  
• II dərs 
• EVDƏ İŞ 
• III dərs 
Əsər  hansı  mövzuda  yazılmışdır? 
Romanda    hansı    problemlər  qo-
yulmuşdur? 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə