Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə76/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   83

 
182 
 
 “Şəhidlər” poeması  şairin keçən  əsrin son-
larında xalqımızın həyatında baş vermiş ta-
rixi hadisələr – azadlıq uğrunda canını qur-
ban vermiş  şəhidlər, müstəqillik uğrunda mübarizə ilə bağlı düşüncələrinin 
bədii ifadəsidir. Poemada azadlıq uğrunda mübarizə aparan bir xalqın  şəhid 
verməsi, vətənin igid oğul və qızlarının  şəhidlik  zirvəsinə yüksəlməsi qürur-
verici tarixi hadisə kimi dəyərləndirilir.  Şairin qənaətinə görə, azadlıq, müs-
təqillik istəyən xalq  öz mübarizəsində qurban verməyə də hazır olmalıdır. Çünki 
“azadlıq verilmir, vətənin igid, mərd övladlarının qanı bahasına alınır”.  
Əsərin zəngin ideyasını  mənbələri araşdırmaqla  əhatəli  şərh etmək 
mümkündür. 
 
 
ARAŞDIRMANI 
DAVAM 
ETDİRİN
 
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlu-
mat əsasında zənginləşdirin və tamamlayın.  
Məlumatın əldə edildiyi mənbə
Məlumatın məzmunu və aid 
olduğu mətnkənarı sual 
2. Şifahi təqdimata hazırlaşın. 
3. Mövzulardan birini seçib yığcam məqalə yazın: 
a) B.Vahabzadənin yaradıcılığında ana dili mövzusu. 
b) B.Vahabzadənin əsərlərində xalqımızın azadlıq mübarizəsinin bə-
dii əksi.
 
 
1. B.Vahabzadə.  Əsərləri. 2 cilddə. I cild, Bakı: Öndər, 2004, səh. 5-7. 
2. XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com. 
3. B.Vahabzadə.  Seçilmiş əsərləri. Bakı: Çaşıoğlu, 2005, səh. 5-9.
 
 
• EVDƏ İŞ 
• 
MƏNBƏLƏR
Poemanın başlıca ideyası nədir? 
  LAYİHƏ


 
183 
 

Dünya ədəbiyyatından seçmə 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ÇİNGİZ AYTMATOVUN HƏYATI,  
YARADICILIQ YOLU 
 
 

ARAŞDIRMAYA 
HAZIRLAŞIN 
 
1. Ç.Aytmatovun  yaradıcılığı haqqında  nə bilirsiniz?  Bu barədə bil-
diklərinizi xatırlayın, yığcam müzakirə aparın. 
2. BİBÖ cədvəlinin ilk iki sütununda müvafiq qeydlər edin.  
Bilirik 
Bilmək istəyirik 
Öyrəndik 
 
Kiçik qruplar yaradaraq aşağıdakı tapşırıqları yerinə yetirin. 
1. Mətnkənarı suallarla bağlı cavabları oxuyun, məzmununu ümu-
miləşdirib  bir neçə cümlə ilə yazın. 
Mətnkənarı suallar 
Onların ümumiləşdirilmiş cavabı 
2. Digər qruplara vermək üçün mətnin məzmunu ilə bağlı bir neçə 
sual  müəyyənləşdirin. 
Müəyyənləşdirilmiş suallar 
Onların cavabı 
 
 
 
 
Çingiz Aytmatov qürurlu şəxsiyyət və azad sənət-
kar idi. Ulu əcdadı Manasın Talas vadisində Şəkər 
aulunda doğulan, sonralar repressiyaya məruz qal-
mış valideynlərin övladı kimi çətin ömür yaşayan 
Çingiz Aytmatov zootexnik kimi təhsil aldı, amma 
fitri istedadı  və parlaq şəxsiyyəti sayəsində Yer 
üzünün hər tərəfində çap olunan, oxunan, sevilən 
dünya şöhrətli yazıçı oldu. 
Anar 
 
 
 
 
Çingiz Aytmatov 
(1928–2008 )
 
DÜNYA ƏDƏBİYYATINDAN  
SEÇMƏ 
  LAYİHƏ


 
184 
 
 
3. Aşağıdakı fikirlərlə tanış olun. Müzakirədə onlara münasibət bil-
dirin.  
– Çingiz Aytmatov “Manas” dastanından doğulan əsərləri ilə yeni tipli 
Manas fəlsəfəsi və müasir ədəbiyyat təfəkkürü yaradan  böyük mütə-
fəkkirdir.  İnsanlığa  xidmət edən ölməz  əsərləri ilə birlikdə Çingiz 
Aytmatov dünyanın ən uca zirvələrindən biri olan  Tyan-Şan dağların-
da  bədii sözün qüdrətinə ucaldılan möhtəşəm abidədir.
 
(İsa Həbibbəyli) 
– Çingiz Aytmatovun yaradıcılığı  təsdiq edir ki, qədim türk eposundan 
gəlmədən, qədim və orta əsrlər türk ədəbiyyatını  mənimsəmədən 
müasir türk ədəbiyyatının (və deməli, dünya ədəbiyyatının)  əsərini 
yaratmaq mümkün deyil.  
(Nizami Cəfərov) 
4. Təqdimatlar etməklə gəldiyiniz nəticələrlə bağlı fikir mübadiləsi və 
müzakirə aparın. BİBÖ cədvəlinin sonuncu sütununda müvafiq 
qeydlər edin.  
 
 
Çingiz Aytmatov Qırğızıstanın Talas vila-
yətinin Şəkər kəndində anadan olmuşdur. Döv-
lət xadimi olan atası repressiyaya məruz qa-
laraq 1938-ci ildə güllələnmişdir. Ç.Aytmatov 8-ci sinfi bitirdikdən son-
ra Cambul şəhər zootexnikumunda oxumuşdur. Sonralar Bişkek Kənd Təsərrü-
fatı  İnstitutunda ali təhsil alan Çingizin 1952-ci ildə ilk hekayələri çap 
olunmuşdur. Ali təhsil aldıqdan sonra o, üç il ixtisası üzrə işləmiş, atası bəraət 
aldıqdan sonra Moskvada M.Qorki adına  Ədəbiyyat  İnstitutunda ali ədəbiyyat 
kursunda oxuya bilmişdir. 
Ç.Aytmatov həcmindən, janrından asılı ol-
mayaraq bütün əsərlərində ciddi həyati prob-
lemlərin bədii həllini verməyə qabil olan qüd-
rətli sənətkardır. Onun povest  adlandırılan 
əsərləri  əhatə etdikləri problemlərə, maraqlı, keşməkeşli insan talelərini  əks 
etdirmələrinə görə ciddi roman təəssüratı yarada bilir. “Cəmilə”, “Köşək gözü”, 
“Qırmızı yaylıqlı qovağım mənim”, “Əlvida, Gülsarı”, “Ana tarla”, “İlk 
müəllim” və s. povestlərinin daşıdığı böyük ideya-mənəvi yük cild-cild roman-
larla müqayisədə ağır gələr. 
Ç.Aytmatov povest və romanlarındakı (“Gün var əsrə bərabər”, “Qiyamət”, 
“Kassandra damğası”, “Əbədi gəlin”, “Ağ  gəmi”, “Dəniz kənarıyla qaçan ala-
baş”) “kiçik” insanı dünya ədəbiyyatı miqyasında əsas obraza çevirə bilmişdir. 
Onun  əsərlərində sadə  qırğız insanının həyat qayğılarından tutmuş dünyanı 
narahat edən qlobal əhəmiyyət daşıyan problemlərə qədər dərin, ciddi və məsu-
liyyətli mətləblər bədii  əksini tapmışdır. Çingiz Aytmatov qloballaşma pro-
sesinin təsiri ilə milli dəyərlərin itirilməsi fonunda qırğız xalqının timsalında 
keçmişindən süzülüb gələn mənəvi keyfiyyətlərin, zəngin mədəni irsin böyük 
enerjisini uğurla  əks etdirməyə, güclü müqavimətini göstərməyə müvəffəq 
olmuşdur.   
 
Yazıçının həyat yolu üçün səciy-
yəvi olan cəhətlər hansılardır? 
Yazıçının nəsr əsərlərində diqqəti 
daha çox hansı problemlər çəkir? 
Bu problemlərin yaranmasının 
səbəbini o nədə görürdü? 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə