Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə73/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   83

 
173 
 

Azərbaycan ədəbiyyatında milli özünüdərkə qayıdış və istiqlalçılıq mərhələsi 

B.Vahabzadənin poema yaradıcılığı mövzu-
problem  əlvanlığı ilə seçilir. Onun ilk poeması 
Məhəmməd Hadiyə  həsr olunmuş “Xəzan bül-
bülü” (1942) əsəridir. 60-cı illər ədəbiyyatımızın 
dəyərli nümunələri olan “Şəbi-hicran” M.Füzuliyə, “Ağlar-güləyən” M.Ə.Sabirə 
həsr olunmuş, “Muğam” poemasında musiqi sənətimizin nadir incisi olan muğam-
larımızdan söz açılmışdır. 
Tarixi mövzuda yazılmış “Gülüstan” (1959) poeması geniş  əks-səda doğur-
muşdur. Əsərdə Azərbaycanın birliyi və azadlığı ideyası önə çəkilmiş, yurdumuzu 
iki yerə bölmüş rus imperiyası və İranla yanaşı, qəsbkar sovet rejiminə də  etiraz, 
gələcək nəsillərin xalqın azadlıq, müstəqillik ideallarını həyata keçirəcəyinə inam  
öz əksini tapmışdır.  
 B.Vahabzadənin sovet dövrü milli azadlıq düşüncəsi beynəlxalq mövzularda 
yazılmış əsərlərində öz əksini tapmışdır. Bu baxımdan onun 1967-ci ildə tamam-
ladığı “Təzadlar” poeması,  əslində, Azərbaycan həqiqətlərinə  həsr olunmuş 
qiymətli  əsərdir.  Şair poemada Vyetnam müharibəsi fonunda azadlıq düşün-
cələrini əks etdirmişdir. 
Sənətkarın fəal vətəndaşlıq mövqeyi onun 
dram  əsərlərində  də öz əksini tapmışdır. Müx-
təlif illərdə yazılmış “Vicdan”, “İkinci səs”, “Ya-
ğışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” 
mənzum dramları rəğbətlə qarşılanmışdır. 
Azərbaycanın işğalına, xalq qəhrəmanı Babəkin edam edilməsinə nail olmuş 
Aqşinin  ərəb xilafətinin valisi kimi Azərbaycana qayıtması    və  həyatını dar 
ağacında bitirməsi “Dar ağacı” pyesində ibrətamiz hadisə kimi əks etdirilir. 
Ədibin fikrincə, xalqından ayrı düşən, ona xəyanət edən insan xoşbəxt tale 
yaşaya bilməz. Tarixi faciə olan, mövzusu İmadəddin Nəsiminin dövründən
hürufilikdən götürülmüş “Fəryad”da fikir və  şəxsiyyət azadlığı problemi 
qoyulub.  Əsərdə azadlıq uğrunda mübarizə aparan, ölümə gedən insanın haqq 
səsinin – fəryadının eşidilməsi niyyəti ön planda durur. 
“Kitabi-Dədə Qorqud”un motivləri  əsasında yazılmış “Özümüzü kəsən qı-
lınc” dramında ədib ortaq soykökünə malik türklərin ulu keçmişinin tarixi mə-
qamlarını diqqət mərkəzinə  çəkmişdir. Azərbaycanda və Türkiyə  səhnəsində 
böyük uğurla tamaşaya qoyulan bu əsər türk xalqlarının birliyə olan ehtiyacının 
ədəbiyyatdakı böyük əks-sədasıdır. Son əsərlərindən biri olan “Özümüzü kəsən 
qılınc” şairin türk dünyasına vəsiyyətnaməsi kimi səslənir.  
 
 
ARAŞDIRMANI 
DAVAM 
ETDİRİN
 
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlu-
mat əsasında zənginləşdirin və tamamlayın. 
2. Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə 
etməyə çalışın: 
a) B.Vahabzadənin  tarixi mövzuda yazdığı  əsərlər  hansı xüsusiy-
yətləri ilə diqqəti cəlb edir? 
b)  Ədibin dramatik əsərlərində hansı siyasi və  mənəvi problemlər 
qoyulub? 
3. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
 
 
 
1. B.Vahabzadə. Əsərləri. 2 cilddə. I cild. Bakı: Öndər, 2004, səh. 6-7. 
2. Azərbaycan dramaturgiyası antologiyası. 5 cilddə. I cild. Bakı: Şərq–Qərb, 
2007, səh. 19-20. 
3. XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com.
 
• EVDƏ İŞ 
• 
MƏNBƏLƏR
 
Şairin poemalarının mövzu-prob-
lem özəllikləri hansılardır? 
Ədibin dramaturgiyasını mövzu-
problem baxımından səciyyələn-
dirən başlıca cəhətlər hansılardır? 
  LAYİHƏ


 
174 
 
ŞƏHİDLƏR 
(ixtisarla) 
 
• 
MƏZMUN 
ÜZRƏ İŞ
 
OXUYA HAZIRLAŞIN 
Sualların üzərində düşünün, cavablarını cədvəldə qeyd etdikdən son-
ra fikir mübadiləsi və müzakirə aparın. 
Şəhid kimə
deyilir? 
“Şəhidlik zirvəsi,” “şəhidlər 
ölməz” ifadəsinin mənasını necə 
başa düşürsünüz? 
Şəhidlərin 
keçdiyi yol bizə 
nəyi öyrədir? 
Aşağıdakı qaydalara əməl etməklə əsərdən verilmiş parçanın məzmu-
nu üzərində işləyin. 
1. Mətni bütövlükdə oxuyun (bunu fərqli formalarda həyata keçirə 
bilərsiniz). 
2. Kiçik qruplar yaradın, aşağıdakı tövsiyələrdən bəhrələnməklə sual-
lar və onlara cavab  hazırlayın.   
     a) Məzmunun necə mənimsənildiyini aşkara çıxarmağa xidmət edən 
lər. (Kim? Nə? Harada?) 
     b) Əsərin məzmununu şərh etməyə istiqamətləndirənlər. (Bu əlaqələr 
hansılardır? Bunun baş verəcəyi gözlənilirdimi? Hansı  nəticəyə 
gəlmək olar?) 
    c) Dəyərləndirməyə yönəldənlər (Nə üçün belə oldu? Başqa cür ola bi-
lərdimi? Hansı düşüncəyə səbəb olur?) 
    d) Münasibət bildirməyə imkan yaradanlar (Ədalətlidirmi? Haqlı say-
maq olarmı? Bu səhvi bağışlamaq mümkündürmü?) 
3.  Əsərdən oxuduğunuz parça hansı milli-mənəvi dəyərlər barədə 
danışmağa imkan verir? 
4. Təqdimatlar etməklə qənaətlərinizi bölüşün və gəldiyiniz nəticələri 
müzakirə edin.
 
 
 
NƏ İSTƏYİR BU MİLLƏT? 
 
İstəkləri gözündə, tələbləri dilində
Millət dənizə döndü dənizin sahilində. 
Dalğalandı bu millət, 
Alışıb öz oduna, yandı, yandı bu millət. 
Dilsiz, sağır göylərə dirək oldu haqq səsi, 
Başlandı bu ölkənin meydan mübarizəsi... 
O zaman ki özümüz olduq öz dustağımız, 
Qəlbimizə sığındı üçrəngli bayrağımız. 
O vaxt ki azadlığın işartısı göründü, 
Qəlbimizi bir anda dəlib keçdi o bayraq, 
Qəlbimizdən boylanıb ələ keçdi o bayraq. 
Bir məqsədə calandı, 
Əllərdə dalğalandı. 
Qatil bunu görüncə pozdu cəlalımızı, 
Qanımıza boyadı bizim hilalımızı. 
 
 
 
• I dərs 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə