Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə71/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   83

 
169 
 

Azərbaycan ədəbiyyatında milli özünüdərkə qayıdış və istiqlalçılıq mərhələsi 

İctimai-siyasi proseslərin təsiri ilə  ədəbiyyatda 1990-cı illərin  əvvəllərində 
taleyüklü məsələlərə və insana münasibətdə baxışlar dəyişir, bədii fikirdə müs-
təqil dövlətçilik düşüncəsi güclənirdi. Lakin yeni dövlət quruculuğunun başlan-
ğıc dövründə iqtisadi böhran, qeyri-sabit həyat tərzi, cəbhədəki uğursuzluqlar 
ədəbiyyatda dərin və əhatəli əsərlərin yaranmasını ləngidirdi.  
Dağlıq Qarabağın işğalı, qaçqın və köçkün axınının yaratdığı çətinliklər cə-
miyyətdə
 
birmənalı qarşılanmırdı. Həmin mərhələdə  hərbi-siyasi və iqtisadi-
mənəvi çətinliklərin bəzən, hətta ümidsizlik doğurması  ədəbiyyatda bir çox 
hallarda durğunluğa və məyusluğa səbəb olurdu.  
Müstəqillik uğrunda mübarizənin gerçəklikləri Azərbaycan  ədəbiyyatına öz 
mövzularını gətirdi. Ədəbiyyatda milli ruh, vətəndaşlıq  mövqeyi, həyəcan, çağırış, 
birlik və vətənpərvərlik duyğusu qüvvətləndi. 20 Yanvar, şəhidlik və milli azadlıq 
mövzusu Azərbaycan  ədəbiyyatının tarixi salnaməsinə yeni motivlər, fərqli 
obrazlar, təsirli səhifələr əlavə etmişdir.  
1990-cı illərin əvvəllərindən başlayaraq ictimai-
siyasi dəyişikliklərin  ədəbiyyatımızın qarşısında 
qoyduğu vəzifələri  poeziyamız daha çevik  həyata 
keçirirdi. Müstəqillik  ərəfəsində  Bəxtiyar Vahab-
zadənin “Şəhidlər” poeması milli istiqlal marşının 
nidaları kimi səslənmişdir. Xəlil Rza Ulutürkün “Davam edir 37” şeirində milli 
azadlığa köklənmiş xalqımızın hələ ayaqda olan sovet imperiyasına etirazı əks olun-
muşdu. Məmməd Arazın, Sabir Rüstəmxanlının, Zəlimxan Yaqubun və başqalarının 
şeirlərindəki  imperiya  mifini  dağıdan düşüncələr, kəsərli fikirlər Azərbaycan 
ədəbiyyatında müstəqil dövlətçilik qayəsinin dərinləşməsinə xidmət etmişdir.  
Məmməd Aslanın “Ağla, qərənfil, ağla”  şeiri 20 Yanvar faciəsinin doğur-
duğu ümummilli kədərin bədii ifadəsi kimi yaranmışdır. Hidayətin “Qara yan-
var”, “Didərginlər” kitablarında toplanmış əsərlər  müharibə və qaçqınlıq möv-
zusuna həsr olunmuşdur. Qarabağ müharibə mövzusu olmaqdan çox, milli is-
tiqlal mövzusuna çevrilmişdir. Hüseynbala Mirələmovun “Yanan qar” roma-
nında partizan hərəkatının təsviri əsasında Qarabağ uğrunda mübarizənin real-
lıqları  əks etdirilmişdir. Xocalı faciəsi Azərbaycanda ölkənin  ərazi bütövlüyü 
uğrunda aparılan mübarizənin faciəli səhnələrini  ədəbiyyata gətirmişdir. 
Nürəngiz Günün “Xocalı simfoniyası”  əsəri anaların fəryadı üstündə köklən-
mişdir. Azərbaycan ədəbiyyatında mübarizəyə çağırış poeziyası qüvvətlənmiş, 
publisistikanın vətəndaşlıq kəsəri artmışdır.   
Dövlət müstəqilliyinin başlanğıc illərində 
nəsrdə ilk uğurlu addımlar atılmışdır. Anarın 
“Otel otağı” romanında Qarabağ müharibəsinin 
fonunda ölkəni tərk edib getmiş ziyalının faciəsi 
təqdim olunmuşdur. Elçinin nəsri və drama-
turgiyası  ədəbiyyatımızda yeni məzmun, forma axtarışlarının uğurlu nəticəsi 
kimi diqqəti cəlb edir. Sabir Əhmədlinin “20 Yanvar hekayələri”,  İsi Məlikza-
dənin “Məndən nigaran qalmayın” əsərlərində müharibənin ayrı-ayrı məqamları 
təsvir edilmişdir. Yeni tarixi mərhələdə qaçqınlıq da öz ədəbiyyatını yaratmış-
dır. Elçin Hüseynbəylinin “Qumru quşu”, “Kəndə gün çıxanda qayıdacağıq”, Əli 
Səmədlinin “Gəlin gəlir”  əsərlərində qaçqın həyatının məşəqqətli mənzərələri 
canlandırılır. Sabir Rüstəmxanlının “Meydan” romanı müstəqillik uğrunda 
mübarizənin real dərkinə xidmət edir. 
Müstəqillik dövrü Azərbaycan 
poeziyasını səciyyələndirən əsas 
cəhətlər hansılardır?  
Müstəqillik dövrü Azərbaycan 
nəsri hansı özünəməxsusluğu ilə 
diqqəti cəlb edir?  
  LAYİHƏ


 
170 
 
Bu dövrdə ədəbiyyatımız bütövlükdə azərbaycançılıq ideologiyası zəminində 
inkişaf edir. Müstəqillik dövrünün ədəbiyyatı yeni Azərbaycanın və onun 
qurucuları olan müasir insanın bədii obrazını  təqdim edir. Ədəbiyyatımızın  
inkişafında altmışıncılar və yetmişincilər  ədəbi nəsilləri ilə yanaşı, yeni tarixi 
dövrün  meydana çıxardığı müasir yazıçılar nəsli də fəal iştirak edir.  
Müstəqillik dövrü Azərbaycan  ədəbiyyatı öz yaradıcılarını da yetişdirmişdir. 
Elçin Hüseynbəyli, Ramiz Rövşən, Afaq Məsud, Vaqif Bayatlı Odər, Aqil Abbas, 
Rəşad Məcid, Rüstəm Behrudi, Əjdər Ol, İlqar Fəhmi,  Adil Cəmil və başqaları 
müstəqillik dövrü ədəbiyyatının yeni qüvvəsini təmsil edirlər.  
Eyni zamanda bilavasitə müstəqilliyin yetirməsi olub bu dövr ədəbiyyatını 
yaradanların sırasında özünü təsdiq edən Salam Sarvan, Qulu Ağsəs, Səlim 
Babullaoğlu, Şərif Ağayar, Aqşin Yenisey, Seymur Baycan, Elxan Qaraqan və baş-
qaları yaradıcılıqlarını uğurla davam etdirirlər. 
Müstəqillik dövrü Azərbaycan  ədəbiyyatı  çə-
tin, ağrılı yol keçərək çoxmetodlu ədəbiyyat kimi 
formalaşmışdır. Müstəqillik epoxasında  ədəbi 
cərəyanların yaranmasında müxtəlif qrup və bir-
liklərin mühüm rolu olmuşdur. Müstəqillik döv-
rünün demokratik ədəbi mühitinin doğurduğu yeni ədəbi cərəyanlar – postmoder-
nizm, dekadentizm, magik realizm və s. ədəbiyyat meydanındadır. Kamal Abdulla 
və onunla həmfikir olanların timsalında postmodernizm ədəbi cərəyanı  tərəfdar-
larının çoxalması, müxtəlif janrlarda yeni əsərlərin meydana gəlməsi müşahidə 
edilir. Keçən əsrin doxsanıncı illərinin ümidsizlik, çaşqınlıq, böhran əhval-ruhiy-
yəsi üstündə köklənmiş dekadentizm müxtəlif  ədəbi nəsilləri təmsil edən yazıçı-
ların yaradıcılığında özünü büruzə verir. İsa Hüseynov, Yusif Səmədoğlu  və b. 
müstəqillik dövrü Azərbaycan ədəbiyyatında magik realizmi təmsil etmişlər. 
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında yeni tipli tənqidi realizm cərə-
yanı formalaşmışdır. Klassik tənqidi realizmdən fərqli olaraq müasir dövrün 
tənqidi realizmi ifşa yolu ilə getməyərək cəmiyyətin dərin, əsaslı bədii dərkini 
müasirlik mövqeyindən meydana qoyur, yeni insanın gerçək obrazını yaradır, 
insan mənəviyyatına zərər gətirən hallara qarşı çıxır.  
Müstəqillik dövrünün çoxmetodlu ədəbiyyatı Azərbaycanda bərqərar olmuş 
demokratik ədəbi mühitin çoxsəsli ədəbiyyatıdır. Yeni tənqidi realizm, modernizm, 
postmodernizm, dekadentizm, magik realizm və digər  ədəbi cərəyanların təmsil-
çiləri olan ən yeni dövr Azərbaycan yazıçı  və  şairləri  ədəbiyyatımızın milli və 
ümumbəşəri dəyərlər zəminində inkişafına öz töhfələrini verirlər. 
Milli müstəqillik dəyərlərinin, azad Azərbaycan idealının tərənnümü, azadlıq 
uğrunda mübarizənin təsviri, Qarabağ müharibəsi mövzusu müstəqillik dövrü ədə-
biyyatımız üçün
 
səciyyəvidir. Azərbaycan  ədəbiyyatında sovet ideologiyasından, 
sosializm realizmindən imtina ilə yanaşı, dünya ədəbi-bədii təcrübəsindən, fərqli 
ədəbi metodlardan  bəhrələnmək  meyilli bu dövrdə getdikcə güclənmişdir. 
 
ARAŞDIRMANI 
DAVAM 
ETDİRİN
 
1. Sinifdə öyrəndiklərinizi  göstərilən mənbələrdən topladığınız mə-
lumat əsasında zənginləşdirin və tamamlayın. 
2. Araşdırma apararkən aşağıdakı sualın cavabını  əhatə etməyə ça-
lışın: 
– Müstəqillik dövründə hansı  sənətkarların yaradıcılığında milli 
ideallar, mənəvi dəyərlər  daha qabarıq əks olunmuşdur? 
3. “Müstəqillik dövrü ədəbiyyatımız” mövzusunda yığcam məqalə yazın.
 
• EVDƏ İŞ 
Müstəqillik dövrü ədəbiyyatında 
çoxmetodluluq özünü necə 
büruzə verir? 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə