Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə70/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   83

 
166 
 
• 
TƏHLİL  
ÜZRƏ İŞ
 
AŞAĞIDAKI QAYDALARA ƏMƏL ETMƏKLƏ TAPŞIRIQLARI YERİNƏ YETİRİN, 
TƏQDİMATA HAZIRLAŞIN 
1. Kiçik qruplarda mətnkənarı suallar üzrə cavabları oxuyun və  
onlardakı əsas fikri ümumiləşdirib bir neçə cümlə yazın. 
2. “Xarakterlər xəritəsi”ndən istifadə etməklə obrazlardan birini 
səciyyələndirin. 
 
 
3. Əsərdəki bədii təsvir və ifadə vasitələrinin rolunu izah edin. 
Bədii təsvir və ifadə vasitəsinin 
işləndiyi cümlə 
Fikrin təsir gücünün 
artmasında onun rolu 
4. Əsərin ideyası ilə bağlı mühüm fikirlərə aid nümunələr seçin, onlara 
münasibətinizi bildirin. 
Seçilmiş nümunələr
Onlara münasibətim 
 
 
Romanda müxtəlif dünyagörüşlü insanların 
canlı, bitkin bədii obrazları yaradılmışdır. Onların 
hər biri səciyyəvi cizgiləri, fərdi xüsusiyyətləri ilə 
fərqlənir. Qori Müəllimlər Seminariyası ilə bağlı 
hadisələr, Əhmədin, Çernyayevskinin simasında ziyalıların maarifçilik fəaliyyəti 
xalqın həyatında yeni səhifələrin açılacağından xəbər verir. 
Cahandar ağanın həyatının və onun təmsil etdiyi həyat tərzinin qürubunda 
Əşrəf  yeniliyi təcəssüm etdirən gəncliyin nümayəndəsi kimi diqqəti cəlb edir. 
Şamxal isə atası ilə aralarındakı ziddiyyətli münasibətlərə baxmayaraq Cahan-
dar ağanın milli varlıq uğrunda mübarizəsini davam etdirən obraz kimi yadda 
qalır.   
Əsərdəki kəndli obrazları saf niyyətləri, halal əməyə bağlı olmaları ilə diqqəti 
cəlb edirlər. Ağır güzəran keçirən bu insanlar Cahandar ağanın sahiblik etdiyi 
kənddə mülkədar-kəndli münasibətlərində öz sinfi mövqelərinə uyğun hərəkət 
etsələr də, qeyrət, namus məsələlərində milli dəyərlərdən çıxış edirlər. 
Pristav  çar məmurlarının tipik nümayəndəsidir. Çarizmin siyasi, iqtisadi 
mövqeyi gücləndikcə, milli mənafeyə təcavüzü artdıqca  pristavın da yerli əha-
liyə münasibəti dəyişir, davranışı sərtləşir. Əsərdə çar hökuməti nümayəndələri 
ilə onlardan xeyir gözləməyən yerli əhali arasında qarşılıqlı inamsızlıq, “divan-
dərənin” camaatın mövcud həyat tərzinə müdaxiləsi və s. real həyati lövhələrlə 
əks etdirilir. 
Düşmənindən açıq döyüşdə yox, arxadan vurmaqla qisas almaq istəyən Allah-
yarın  mənəvi yoxsulluğu oxucuda rəğbət doğurmur. Salatını öldürməyə  cəhd 
etməsi, qaçırmağa çalışması, Qəmərin yalını, quyruğunu qırxması və s. mərdlik 
çərçivəsinə sığmır. 
Molla Sadıq obrazı bütün din xadimlərinin təmsilçisi deyil, o, mövhumatın, fa-
natizmin müdafiəçisi, yeniliyin, təhsilin əleyhdarı kimi o dövrün reallığını, həyat 
• IV dərs 
... 
... 
əməlləri 
nitqi
... 
xarakteri 
... 
başqalarına münasibəti
O B R A Z I N   A D I  
Əsərdəki digər obrazlar hansı 
cəhətləri ilə diqqəti cəlb edirlər? 
  LAYİHƏ


 
167 
 

Azərbaycan ədəbiyyatında milli özünüdərkə qayıdış və istiqlalçılıq mərhələsi 

həqiqətini  əks etdirir. Lakin kənd  əhalisinə  məxsus meşənin çar hakimiyyəti tə-
rəfindən qəsb edilməsinə etiraz etməsi Molla Sadığın milli həmrəylik hissindən 
məhrum olmadığını göstərir. 
Roman  yüksək bədii keyfiyyətləri ilə diqqə-
ti cəlb edir. Əsərdə süjet xətti tədricən inkişaf 
etdirilir, hadisələr  əsas qəhrəman Cahandar 
ağa ilə  əlaqələndirilir. Surətlərin  əksəriyyəti 
öz fərdi keyfiyyətləri, fərqli dünyagörüşləri ilə Cahandar ağanın xarakterinin 
açılmasına cəlb olunur. Müəllif surətləri fərdiləşdirmək üçün müxtəlif üsullar-
dan uğurla istifadəyə müvəffəq olmuşdur. Əsərin gərgin konflikti, qəhrəman-
ların, hadisələrin xarakterinin açılmasında təbiət lövhələrindən istifadə,  zən-
gin bədii dili, tutarlı  təsvir və ifadə vasitələri onu oxunaqlı edən mühüm  
məziyyətlərdir. 
Müəllif bir kəndin timsalında dövrün Azər-
baycan gerçəkliyi qarşısında qoyduğu “Hansı 
yolla getməli?” sualının yaratdığı ziddiyyət-
ləri, problemləri romanda əhatəli əks etdirmək  niyyətini izləmişdir.  
Müstəmləkə şəraitində milli varlıq uğrunda mübarizəyə diqqəti çəkən, bunun 
təsvirinə geniş yer verən müəllifin əsl niyyətini anlamaq, əsərin ideyasını əhatəli 
başa düşmək üçün mənbələr üzrə araşdırmanın aparılması vacibdir. 
 
 
 
ARAŞDIRMANI 
DAVAM 
ETDIRIN
 
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlu-
mat əsasında zənginləşdirin və tamamlayın. 
2. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın. 
3. Mövzulardan birini seçib işləyin.  
a)  “İ.Şıxlının “Dəli Kür” romanında həyat həqiqətləri” mövzusunda 
        məqalə yazın. 
b) “Cahandar ağa obrazına münasibətim” mövzusunda esse yazın.
 
 
 
1. İ. Şıxlı. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Bakı: Şərq–Qərb, səh.8-10. 
2. Müasir Azərbaycan ədəbiyyatı. 2 cilddə. II cild, Bakı: Bakı Universi-
teti nəşriyyatı, 2007, səh.157-160. 
3. T.Salamoğlu.  İ.Şıxlının bədii nəsri. Bakı: “E.L.”. NPŞ MMC, 2014, 
səh. 107-113, 119-123. 
 
 
 
 
• EVDƏ İŞ 
• 
MƏNBƏLƏR
 
Roman hansı bədii  keyiyyətlərə 
malikdir? 
Əsərin başlıca ideyası nədir? 
  LAYİHƏ


 
168 
 
 
 
 
 
 

ARAŞDIRMAYA 
HAZIRLAŞIN 
 
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı haqqında bildiklərinizi yada 
salıb yığcam müzakirə aparın. BİBÖ cədvəlinin ilk iki sütununda mü-
vafiq qeydlər edin. 
Bilirik
Bilmək istəyirik
Öyrəndik 
 
 
 
1.
  Mətni oxuyun, tapşırıqları fərdi olaraq yerinə yetirin.  
2.
  Mətnkənarı sualların cavablarını ümumiləşdirib yazın.  
Mətnkənarı suallar
Onların ümumiləşdirilmiş cavabı 
3. Oxu zamanı sizi düşündürən sualları qeyd edin. Cavabları müza-
kirədə dəqiqləşdirib yazın. 
Məni düşündürən suallar
Onların cavabı 
4. Venn diaqramından istifadə etməklə sovet dövrü və müstəqillik 
dövrü ədəbiyyatımızın  başlıca xüsusiyyətlərini  müqayisə edin. 
 
5. Aşağıdakı fikirlərin üzərində düşünün. Müzakirədə onlara 
münasibət bildirin. 

  Keçmişdə yazıb-yaradan alimlərimiz, yazıçılarımız,  şairlərimiz, 
bəstəkarlarımız böyük bir irs qoyub getmişlər. İndiki nəslin borcudur 
ki, bunların əsasında elmimizi, mədəniyyətimizi inkişaf etdirsin.  
(Ümummilli lider Heydər Əliyev) 

  İstiqlala çağırış, milli müstəqillik dəyərlərinin, azad Azərbaycan 
idealının tərənnümü və ideal uğrunda mübarizənin təsviri 70 illik 
qadağalardan sonra  yeni dövr ədəbiyyatının təməl daşlarını təşkil 
etmişdir.  
(İsa Həbibbəyli) 
6. Kiçik qruplarda birləşərək fikirlərinizi dəqiqləşdirib ümumiləş-
dirin. 
7. Təqdimatlar  əsasında fikir mübadiləsi və müzakirə aparın. BİBÖ 
cədvəlinin sonuncu sütununda müvafiq qeydlər edin. 
 
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı söz 
sənətimizin çoxəsrlik inkişafı yolunda mühüm 
tarixi hadisə və xüsusi ədəbi mərhələdir. Bu dövr 
ədəbiyyatımız iki mərhələni əhatə edir: 
1. Müstəqillik axtarışları və yeni dövrün ədəbiyyatının formalaşması; 
2. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının inkişaf edib möhkəmlənməsi. 
 
Müstəqillik dövrü  ədəbiyyatımı-
zın birinci mərhələsi üçün daha 
səciyyəvi olanlar nədir? 
MÜSTƏQİLLİK DÖVRÜ ÇOXMETODLU 
AZƏRBAYCAN  ƏDƏBİYYATI  
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə