179
•
Azərbaycan ədəbiyyatında milli özünüdərkə qayıdış və istiqlalçılıq mərhələsi
•
“Axı biz neyləmişdik?”
Deyən o haqq səsini.
* * *
Çadırlar
quruldu kənddə, şəhərdə,
Bəlkə, məlhəm idi matəm bu dərdə?
Döndü yas evinə bütün məmləkət,
Kasıb ocaqda da qazan asıldı.
Yası, matəmilə çarəsiz millət
Elə bil qatildən intiqam aldı.
Gücsüzün aldığı intiqama bax!
Zorun qarşısında susduq hamımız.
Qırx gün yas saxlamaq: işə çıxmamaq
Oldu üsyanımız, intiqamımız...
Canlı da, cansız da ağlayır bu gün,
Matəm içindədir ölkə büsbütün.
Qızıl qərənfillə qara bayraqlar
Xalqın kədərinə birgə qan ağlar.
ŞƏHİDLƏR
Qatil gülləsinə qurban gedirkən
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.
Zalım öyünməsın zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət
uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.
O şənbə gecəsi, o qətl günü
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü
O gecə dağıdıb sökdü şəhidlər.
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər...
Donan vicdanları qeyrətləndirər,
Axı el qeyrəti çəkdi şəhidlər.
Dözdü hər zillətə,
dözdü hər şeyə
“Dünyada mənim də haqqım var”, – deyə.
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.
İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə
Azadlıq tumunu əkdi şəhidlər.
LAYİHƏ
180
•
MƏZMUN
ÜZRƏ İŞ
TAPŞIRIQLARI FƏRDİ OLARAQ YERİNƏ YETİRİN
1. Mənasını aydınlaşdırdığınız sözlərlə bağlı işi davam etdirin.
Tanış olmayan sözlər
Mənası
Öz sözümüzdür
Alınma
sözdür
2. Seçdiyiniz məcazların növünü dəqiqləşdirin. Onları daha maraqlı
hesab etməyinizə səbəb nədir?
Əsərdən seçilmiş
məcazlar
Məcazların növü
Onları maraqlı hesab
etməyimin səbəbi
3. Əsərdə diqqətinizi daha çox cəlb edən məsələləri ikihissəli
gündəlikdə yazın.
Əsərdə diqqətimi cəlb edənlər
Bunun səbəbi
4. Suallara cavab hazırlayın:
a) Şəhidlərin matəm mərasimi əsərdə necə təsvir olunub? Bu,
bildik-
lərinizə nə əlavə etdi?
• MƏZMUN
ÜZRƏ İŞ
b) Xalq öz igid övladlarının qəhrəmanlığına münasibətini necə ifadə
edir?
c) Oxuduğunuz hissə hansı mənəvi dəyərlər barədə danışmağa imkan
verir?
5. Kiçik qruplarda qənaətlərinizi bölüşün, fikirlərinizi dəqiqləşdirib
ümumiləşdirin.
6. Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.
1. “Şəhidlər – Vətənin azadlığı uğrunda canından keçmiş qəhrəman-
lardır”
mövzusunda şifahi təqdimata hazırlaşın.
2. “Şəhidlər” hissəsindən seçdiyiniz parçanın ifadəli oxusuna hazırlaşın.
Şərti işarələrdən istifadə edin.
• II dərs
• II dərs
• EVDƏ İŞ
Xalq şəhid övladlarını unutmur!
LAYİHƏ
181
•
Azərbaycan ədəbiyyatında milli özünüdərkə qayıdış və istiqlalçılıq mərhələsi
•
•
TƏHLİL
ÜZRƏ İŞ
AŞAĞIDAKI QAYDALARA ƏMƏL ETMƏKLƏ PARTA YOLDAŞINIZLA MƏTNİN
ÜZƏRİNDƏ İŞLƏYİN
1. İlk mətnkənarı sualın cavabını biriniz ucadan oxuyun. Bu
parça ilə
bağlı bir neçə açar sözü, yaxud termini ikilikdə müəyyənləşdirib
yazın. Oxunu dinləyən həmin açar sözlərdən, yaxud terminlərdən
istifadə ilə bir neçə sual hazırlayır.
2.
Mətni oxuyan onu bir daha nəzərdən keçirib suallara cavab verir.
İkinci şagird – dinləyən cavabla razılaşarsa, onu qeyd edir.
3.
Növbəti mətnkənarı sualın cavabı oxunarkən rollarınızı dəyişin.
Mətn oxunandan sonra onunla bağlı açar söz, yaxud terminləri hər
ikiniz müəyyənləşdirin. Mətni hansınız oxumamışsınızsa,
həmin söz,
yaxud terminlərdən istifadə ilə suallar hazırlayıb cavablandırmağı
yoldaşınıza təklif edin. Cavabları təsdiq edirsinizsə, onları qeyd edin.
4.
Mətn bu qayda ilə sona kimi oxunduqdan sonra hazırlanmış suallar
və onların cavabları ilə bağlı bütün siniflə fikir mübadiləsi və
müzakirə aparın.
Xalq şairi Bəxtiyar Vahabzadənin 1990-cı
ilin qanlı yanvar hadisələrinə həsr etdiyi “Şə-
hidlər” poeması Azərbaycan milli azadlıq ədə-
biyyatının kamil nümunəsidir. Poemada 20
yanvar şəhidlərinin azadlıq mücadiləsi günlərində göstərdiyi misilsiz qəhrə-
manlıq tərənnüm edilmiş, əlləri günahsız insanların qanına bulaşmış qatillərə
ümumxalq nifrəti öz əksini tapmışdır.
Mənbələrin araşdırılması əsərin mövzusu barədə əsaslandırılmış fikir
deməyə imkan yaradır.
Poemada milli azadlıq mübarizlərinin qəh-
rəmanlarının ümumiləşdirilmiş parlaq bədii
obrazı yaradılmışdır. Şəhidlərin qəhrəmanlı-
ğından, günahsız yerə qətlə yetirilməsindən danışılan əsərdə nikbin ruh, gələ-
cəyə inam var. Şair inanır ki, şəhidlərin qanı yerdə qalmayacaq, xalqın igid öv-
ladları mübarizəni
davam etdirəcək, üçrəngli bayrağı enməyə qoymayacaqdır.
Əsərdə vətən uğrunda həlak olmuş Azərbaycan şəhidlərindən ana torpağın bağ-
rına azadlıq toxumu səpən milli qəhrəmanlar kimi söz açılmışdır. Şair əmindir
ki, Vətənimizin azadlığı və müstəqilliyini yeni nəsillər ləyaqətlə qoruyacaqdır.
Poemanın bədii xüsusiyyətləri şairin kamil
bir sənətkar olduğunu bir daha təsdiqləyir.
Şəhidlərin qəhrəmanlığının tərənnümü ilə
faciəli hadisələrin doğurduğu mühakimələr
üzvi vəhdət təşkil edir. Bu bədii əksetdirmə üsulu əsərin məzmunundan doğan
təəssüratı daha da gücləndirir. Ədib epitet, bənzətmə, təzad, təkrir,
metafor
kimi bədii təsvir və ifadə vasitələrindən istifadə edərək fikrin daha təsirli ifa-
dəsinə nail olmuşdur.
Mənbələrin araşdırılması bu barədə əhatəli fikir söyləməyə imkan verir.
• III dərs
Poema hansı mövzuda yazılmış-
dır? Şairin bu mövzuya müraciət
etməsinin səbəbini nə ilə izah
edərsiniz?
Poemada şəhidlərin bədii obrazı
necə yaradılmışdır?
Poema bədii sənətkarlıq baxımın-
dan hansı xüsusiyyətləri ilə diqqə-
ti cəlb edir?
LAYİHƏ