9
•
Azərbaycan ədəbiyyatında tənqidi realizm
və romantizm dövrü
•
XIX əsrin 90-cı illəri və XX əsrin əvvəlləri
Azərbaycan ədəbiyyatı həm çoxəsrlik ədəbi fikrin
tarixində, həm də milli realist ədəbiyyatın təşək-
külündə keyfiyyətcə yeni hadisə idi. Əsrin əvvəl-
lərində baş vermiş böyük ictimai-siyasi hadisələrin – Rusiyada burjua-demokratik,
İranda məşrutə hərəkatı, eləcə də I Dünya müharibəsinin təsiri ilə ölkədə milli-
demokratik meyillər güclənmiş, fərqli baxışlara malik siyasi partiyalar fəaliyyətə
başlamış, milli azadlıq uğrunda mübarizə gündəmə gəlmişdi. Demokratik mətbuatın
yaranması və ardıcıl fəaliyyəti də Azərbaycanda yeni tipli ədəbiyyatın yaranması və
inkişafına əhəmiyyətli təsir göstərmişdir.
XX əsrin əvvəllərində ədəbiyyatımızda mövcud quruluşu
dəyişmək, xalqı milli
istiqlala çatdırmaq əsas ideal idi. Bu dövrdə məhz tənqidi realizm ədəbiyyatı cə-
miyyətdə müşahidə olunan ayrı-ayrı qüsurları deyil, bütövlükdə inkişafa maneçilik
törədən bütün təzahürləri tənqid edirdi. Həmin mərhələ söz sənətimizdə cəmiyyətin
problemlərinin dərindən və aydın bədii dərki, ictimai-siyasi sistemin kəskin tənqidi
ilə əlamətdardır.
Çoxəsrlik Azərbaycan ədəbiyyatında satira və yumor əlamətləri müxtəlif səpkidə
mövcud olsa da, bu proses XIX əsrdə satirik-didaktik xarakter almış, XX əsrin
əvvəllərində isə tənqidi-satirik ədəbiyyat səviyyəsində özünü göstərmişdir.
Dövrün ayrı-ayrı ədəbi axınlarının
hər biri
müxtəlif yönlərdən və fərqli səviyyədə bu prosesdə
iştirak etmişlər. Lakin bütövlükdə cəmiyyətin tən-
qidi dərki və problemlərin obyektiv bədii inikası,
habelə milli azadlıq uğrunda mübarizə vəzifəsini
“Molla Nəsrəddin” ədəbi məktəbi həyata keçirmişdir.
Milli azadlıq məsələsi və azərbaycançılıq məfkurəsi Cəlil Məmmədquluzadənin
başçılıq etdiyi “Molla Nəsrəddin” ədəbi məktəbinin uğrunda dönmədən mübarizə
apardığı əsas ideal idi. “Molla Nəsrəddin” satirik jurnalının nəşri ilə ədəbiyyatımız-
da tənqidi-realist ədəbiyyat yaranıb inkişaf etmişdir. Mollanəsrəddinçilər tənqidi-
satirik ədəbiyyatın əsas yaradıcıları və hərəkətverici qüvvələri idilər. “Molla Nəs-
rəddin” ədəbi məktəbinin əsas yaradıcı simaları – Cəlil Məmmədquluzadə, Mirzə
Ələkbər Sabir, Əbdürrəhim bəy
Haqverdiyev, Məmməd Səid Ordubadi, Əli Nəzmi,
Əliqulu Qəmküsar, Mirzəli Möcüz və başqaları Azərbaycan realist tənqidi-satirik
ədəbiyyatını yaratmışlar. C.Məmmədquluzadənin “Azərbaycan” məqaləsi mətbuat-
da, “Anamın kitabı” tragikomediyası ədəbiyyatda azərbaycançılıq idealının mani-
festinə çevrilmişdi. Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə olaraq “kiçik” adam
böyük ədəbiyyatın əsas qəhrəmanına çevrilmişdir.
XX əsrin əvvəllərinin tənqidi realizmi Azərbaycan ədəbiyyatına yeni janrlar gə-
tirmişdir. C.Məmmədquluzadənin satirik, Ə.Haqverdiyevin yumoristik hekayələri
ilə kiçik hekayə böyük ədəbiyyatın janrları sırasında ön mövqeyə çıxmış, C.Məm-
mədquluzadənin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” tragikomediyaları ilə
ədəbiyyatımızda bu janrın ilk və mükəmməl nümunələri yaranmışdır. Ə.Haqverdi-
yevin bu dövrdə yazılmış “Ağa Məhəmməd şah Qacar” əsəri tarixi dram janrında ən
yaxşı əsərlərdən biridir.
Ədəbiyyatımızın tarixində satirik şeir özünün ən
yüksək zirvəsinə XX əsrin
əvvəllərində tənqidi realizm dövründə çatmışdır. “Molla Nəsrəddin” jurnalının mey-
dana qoyduğu poetik forma modeli və irəli sürdüyü çağırışlar dövrün böyük satirik
Ədəbiyyatımızın inkişafı, azadlıq,
demokratiya uğrunda mübarizə-
də “Molla Nəsrəddin” ədəbi
məktəbinin rolu nədən ibarətdir?
XX əsrin əvvəllərində yaranmış
tənqidi realizm hansı xüsusiy-
yətləri ilə diqqəti cəlb edir?
LAYİHƏ
10
şeir məktəbinin yaranması ilə nəticələnmişdir. Mirzə Ələkbər Sabir tənqidi realizm
ədəbi cərəyanı hüdudlarında satirik şeir məktəbi yaratmışdır. O, ölkədəki mövcud
idarə üsulunu, müstəmləkə sistemini tənqid etməklə milli oyanışa, siyasi-mənəvi
əsarətdən xilas olmağa, nəticə etibarilə azadlıq idealının gerçəkləşməsinə məslək
dostu
Abbas Səhhətin dediyi kimi, “bir ordudan ziyadə xidmət etmişdir”. “Molla
Nəsrəddin” ədəbi məktəbinin böyük simaları olan Əli Nəzmi, Əliqulu Qəmküsar,
Məmməd Səid Ordubadi, Mirzəli Möcüz, Bayraməli Abbaszadə və başqalarının yara-
dıcılığı ədəbiyyatda satirik şeirin mövqeyini möhkəmləndirdi.
Azərbaycan ədəbiyyatında satirik publisistika XX əsrin əvvəllərinin hadisəsi
kimi meydana çıxmışdır. Felyeton janrı publisistikaya “Molla Nəsrəddin” jurnalı
vasitəsilə daxil olmuşdur. Bu jurnal müxtəlif satirik publisistika janrlarını yaradıb
ədəbi dövriyyəyə və mətbuat aləminə gətirmişdir.
Qədim dövr və orta əsrlər Azərbaycan poeziyası
romantik səciyyəlidir. Romantik bədii metod ədə-
biyyatımızda uzun əsrlər hakim mövqedə olmuş-
dur.
Bununla belə, Azərbaycanda ədəbi
cərəyan ki-
mi romantizm XX əsrin əvvəllərində meydana çıx-
mışdır. Romantizm – Azərbaycan ədəbiyyatında
dövrün ictimai-siyasi hadisələrinə romantik baxışları, xəyalda və idealda əks-səda
tapan qavrayışları ifadə edən ədəbi cərəyandır. Romantizm ədəbi cərəyanının nüma-
yəndələri şəxsiyyət və cəmiyyət məsələlərində də idealın tərənnümünə üstünlük
vermişlər. İdealla gerçəklik arasında təzaddan doğan həyəcanların bədii ifadəsi olan
romantizm ədəbiyyatında xəyal və gələcəkçilik əsas yer tutmuşdur. Romantiklərin
gələcəkçilik ideyalarında dövrün çağırışları ilə həmahəng ümummilli ideyalar və
maarifçi-demokratik baxışlar da qüvvətlə səsləndirilmişdir.
“Məhkum Şərqin”, o cümlədən də Azərbaycanın
zamana görə nisbətən geridə
qalması Azərbaycan romantizmini düşündürən məsələlərdən idi. Onlar reallıqda
olmasa da, xəyalda, qaibanə şəkildə vətənlərinin xoşbəxt gələcəyini arzu etmişlər.
Azərbaycan romantikləri “ümumi məhəbbət” ideyasını irəli sürür, bunu insanlığın
“xilas yolu” kimi düşünürdülər.
Əli bəy Hüseynzadənin redaktorluğu ilə 1906–1907-ci illərdə Bakıda nəsr olun-
muş “Füyuzat” jurnalı Azərbaycan romantizminin əsas ədəbi cəbbəxanasını təşkil
edirdi. Qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, “Füyuzat” jurnalı ədəbi
məktəb yarada bilmişdir. Bu ədəbi məktəb Qərb maarifçiliyini və Şərq mənəvi
zənginliyini sintez halında birləşdirmək vəzifəsini meydana qoymuş, bu istiqamətdə
əsərlərin yaradılmasına böyük yol açmışdır. Turançılıq ideyaları, ortaq ünsiyyət dili
və vahid ümumtürk əlifbası yaratmaq füyuzatçıların islahatlarında əsas yer tu-
turdu.
Füyuzatçılar bolşevizmi “qırmızı qaranlıq”
hesab edir, türk-islam birliyinə “yaşıl
işıq” kimi böyük ümidlər bəsləyirdilər. “Füyuzat” jurnalı öz ətrafında Hüseyn
Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq, İbrahim Tahir, Əbdülxalıq
Cənnətli ilə yanaşı, Türkiyədən Abdulla Cevdəti və Əhməd Kamalı, İrandan Səid
Səlmasini, Krımdan Hasan Səbri Ayvazovu birləşdirmişdir. Bu, ədəbi cəbhədə
Azərbaycan-türk dünyası birliyinin ilk əməli addımı idi. Füyuzatçılıq – türkçülük
və turançılıq ideyalarının əsas ədəbi cəbbəxanasını təşkil etmişdir.
Hüseyn Cavidin yaradıcılığı XX əsrin əvvəlləri Azərbaycan romantik şeirinin
inkişafında fərqli özünəməxsusluğa malikdir. H.Cavid “Şeyx Sənan”, “İblis”,
Romantizm ədəbi cərəyanının nü-
mayəndələrinin yaradıcılığında
önəm verilən başlıca ideyalar
hansılar idi?
LAYİHƏ