16
Publisistik yaradıcılığını sovet hakimiyyəti illərində davam
etdirən ədib
tərəqqi, inkişaf naminə nöqsanları tənqid yolunu davam etdirmiş, beynəlxalq
mövzuda da kəsərli felyetonlar yazmışdır.
ARAŞDIRMANI
DAVAM
ETDİRİN
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlu-
mat əsasında zənginləşdirin və tamamlayın.
2.
Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə et-
məyə çalışın:
a)
C.Məmmədquluzadənin nəsr və dramatik əsərləri üçün ortaq olan cəhət-
lər hansılardır?
№
Müqayisə olunanlar
Onların oxşar cəhətləri
b)
Yazıçının publisistik və bədii yaradıcılığı hansı cəhətlərə görə mü-
qayisə oluna bilər?
3. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
1. C.Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. I cild, Bakı: Öndər, 2004,
səh. 6-8; 13-14; 17-18; 22-23.
2. XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com.
ANAMIN KİTABI
( i x t i s a r l a )
•
MƏZMUN
ÜZRƏ İŞ
OXUYA HAZIRLAŞIN
Sualların üzərində düşünün, cavablarını cədvəldə qeyd etdikdən son-
ra fikir mübadiləsi və müzakirə aparın.
– “Milli birlik” nə deməkdir?
– Sizcə, milli birlik hansı hallarda daha önəmli olur?
– Milli birliyə necə nail olmaq mümkündür?
“Milli birlik” nə
deməkdir?
Sizcə, milli birlik hansı
hallarda daha önəmli
olur?
Milli birliyə necə
nail olmaq müm-
kündür?
Aşağıdakı qaydalara əməl etməklə əsərdən verilmiş parçanı oxuyun.
1.
Bir səhifə həcmində mətn rollar üzrə oxunur.
2.
Müəyyənləşdirilmiş cütlər mətni oxuyanlara növbə ilə suallar verir.
Cavablar
cütləri qane etməsə, digər şagirdlərin cavabları dinlənilir.
3.
Cütlər və mətni oxuyanlar əvəz edilir, sonrakı səhifələrin oxusu da
bu qayda ilə davam etdirilir.
4.
Nəzərdə tutulan parçanın oxusu başa çatdırıldıqdan sonra seçilmiş
hissələrin məzmununu bir neçə şagird yığcam nağıl edir.
· Unutmayın:
Suallar əsərdəki məlumatların hansı səviyyədə öyrənildi-
yini, əsas fikirlərin
necə başa düşüldüyünü, nə cür nəticə-
lərin çıxarıldığını aydınlaşdırmağa imkan yaratmalıdır.
• EVDƏ İŞ
•
MƏNBƏLƏR
• I dərs
LAYİHƏ
17
•
Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü
•
Birinci məclisdə iştirak edənlər:
Z ə h r a b ə y i m – 60 yaşında
R ü s t ə m b ə y – onun böyük oğlu,
intelligent, 40 yaşında
M i r z ə M ə h ə m m ə d ə l i – onun ikinci oğlu, elmi-ilahi müəllimi, vaiz,
35 yaşında
S ə m ə d V ah i d – onun üçüncü oğlu,
türk dili müəllimi, 30 yaşında
G ü l b a h a r – qızı, müsəlmanca oxumuş, 20 yaşında
Z i v ə r x a n ı m – Rüstəm bəyin övrəti, rusca tərbiyə tapmış, 25 yaşında
M i r z ə H ə s ə n – Rüstəm bəyin dilmancı, 30 yaşında
T e y m u r b ə y – cəmiyyəti-xeyriyyənin dəftərdarı, 25 yaşında
Q ə n b ə r – Rüstəm bəyin sərkarı, 45 yaşında.
Əhvalat vaqe olur tarixi-hicrinin min üç yüz otuzuncu ilinin yavıqlarında, Azərbaycan
şəhərlərinin birində, Rusiya hökuməti əsrində.
B İ R İ N C İ M Ə C L İ S
Rüstəm bəyin, Mirzə Məhəmmədəlinin və Səməd Vahidin ümumi kabinəsi ...
Otaqda oturub tək Rüstəm bəy ... oxuyub-yazmağa məşğuldur...
İçəri qapı açılır və Zəhra bəyim qorxa-qorxa başını uzadıb yavaşca soruşur.
Z ə h r a b ə y i m. Bala, görəsən, niyə uşaqlar yubandılar?
R ü s t ə m b ə y
(başını stolun üstündən qovzamayıb). Ana, məni danışdırma,
lüğət yazıram.
(Zəhra bəyim dinməyib yox olur. Yenə bir dəqiqə sakitlik ilə keçir. Çöl qapını
tıqqıldadırlar).
R ü s t ə m b ə y. Kimsən? Gir içəri.
(Mirzə Həsən girir içəri.)
M i r z ə H ə s ə n. Səlam əleyküm.
R ü s t ə m b ə y. Əleykəssəlam. Mirzə, nə əcəb bu gün yubandın?
M i r z ə H ə s ə n. Bağışlayasınız. Rüstəm bəy,
çox səy elədim, tez gələ
bilmədim.
R ü s t ə m b ə y. Əyləş. Dünən harda qaldıq?
M i r z ə H ə s ə n
(kağıza baxır və oxuyur). Necə ki Yevropa, habelə Asiya
millətlərinin hürufatının əvvəlincisi “A” sövtünün əlamətidir ki, biz ona “əlif”
deyirik.
R ü s t ə m b ə y. Mirzə, dayan, gərək bir yerini dəyişək. Necə yazıbsan?
Yevropa və Asiya millətlərinin?
M i r z ə H ə s ə n.
Necə ki Yevropa, habelə Asiya millətlərinin hürufatının ...
R ü s t ə m b ə y. Dayan bir, yaxşı olar artırasan: cümləsinin.
M i r z ə H ə s ə n. Xub, cümləsinin
(yazısını düzəldir), cümləsinin hürufa-
tının əvvəlincisi “A” sövtünün əlamətidir ki, biz ona “əlif” deyirik....
R ü s t ə m b ə y
(kitaba baxır). Yaz,
(yavaş-yavaş deyir) bundan əlavə, xah
Şərq tayfalarının
bəzilərinin, habelə slavların, qreklərin....
M i r z ə H ə s ə n. Yunanların....
R ü s t ə m b ə y. Yunanların və qədim yəhudilərin dilində hürufatın əvvə-
lincisinin mənası həmi birdir, həmi mindir; necə ki, məsələn, ərəb dilində “əlif”
ləfzi.
(İçəri otaqdan uşaq səsi gəlir.) Səs eləməyin, mən lüğət yazıram
(əlində
kitab var-gəl edir). Mirzə, yaz; və lakin həmin “A” sövtü millətlərin bəzisinin
dilində çox işlənir, bəzisinin dilində az işlənir...
M i r z ə H ə s ə n
(yaza-yaza). Bəzisinin dilində...
LAYİHƏ