Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə6/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   83

 
16 
 
Publisistik yaradıcılığını sovet hakimiyyəti illərində davam etdirən  ədib 
tərəqqi, inkişaf naminə nöqsanları  tənqid yolunu davam etdirmiş, beynəlxalq 
mövzuda da kəsərli felyetonlar yazmışdır. 
 
ARAŞDIRMANI 
DAVAM 
ETDİRİN
 
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlu-
mat əsasında zənginləşdirin və tamamlayın. 
2.
 Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə et-
məyə çalışın: 
a)
 C.Məmmədquluzadənin nəsr və dramatik əsərləri üçün ortaq olan cəhət-
lər hansılardır?  

Müqayisə olunanlar
Onların oxşar cəhətləri 
 
 
b)
 Yazıçının publisistik və bədii yaradıcılığı hansı cəhətlərə görə mü-
qayisə oluna bilər?  
3.   Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
 
 
1. C.Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. I cild, Bakı: Öndər, 2004, 
səh. 6-8; 13-14; 17-18; 22-23. 
2. XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com.
 
 
 
 
 
ANAMIN KİTABI 
( i x t i s a r l a )  
 
• 
MƏZMUN 
ÜZRƏ İŞ
 
OXUYA HAZIRLAŞIN 
Sualların üzərində düşünün, cavablarını cədvəldə qeyd etdikdən son-
ra fikir mübadiləsi və müzakirə aparın. 
–  “Milli birlik” nə deməkdir? 
–  Sizcə, milli birlik hansı hallarda daha önəmli olur?  
–  Milli birliyə necə nail olmaq mümkündür? 
“Milli birlik” nə
deməkdir? 
Sizcə, milli birlik hansı
hallarda daha önəmli 
olur? 
Milli birliyə necə 
nail olmaq müm-
kündür? 
Aşağıdakı qaydalara əməl etməklə əsərdən verilmiş parçanı oxuyun. 
1.
  Bir səhifə həcmində mətn rollar üzrə oxunur. 
2.
  Müəyyənləşdirilmiş cütlər mətni oxuyanlara növbə ilə suallar verir. 
Cavablar cütləri qane etməsə, digər şagirdlərin cavabları dinlənilir. 
3.
  Cütlər və mətni oxuyanlar əvəz edilir, sonrakı səhifələrin oxusu da 
bu qayda ilə davam etdirilir. 
4.
  Nəzərdə tutulan parçanın oxusu başa çatdırıldıqdan sonra seçilmiş 
hissələrin məzmununu bir neçə şagird yığcam nağıl edir. 
· Unutmayın: 
Suallar əsərdəki məlumatların hansı səviyyədə öyrənildi-
yini, əsas fikirlərin necə başa düşüldüyünü, nə cür nəticə-
lərin çıxarıldığını aydınlaşdırmağa imkan yaratmalıdır.
 
 
 
• EVDƏ İŞ 
• 
MƏNBƏLƏR
• I dərs 
  LAYİHƏ


 
 
17 
 

Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm dövrü

Birinci məclisdə iştirak edənlər: 
Z ə h r a  b ə y i m – 60 yaşında  
R ü s t ə m  b ə y – onun böyük oğlu, intelligent, 40 yaşında  
M i r z ə  M ə h ə m m ə d ə l i – onun ikinci oğlu, elmi-ilahi müəllimi, vaiz, 
35 yaşında  
S ə m ə d  V ah i d – onun üçüncü oğlu, türk dili müəllimi, 30 yaşında  
G ü l b a h a r – qızı, müsəlmanca oxumuş, 20 yaşında  
Z i v ə r  x a n ı m – Rüstəm bəyin övrəti, rusca tərbiyə tapmış, 25 yaşında  
M i r z ə  H ə s ə n – Rüstəm bəyin dilmancı, 30 yaşında  
T e y m u r  b ə y – cəmiyyəti-xeyriyyənin dəftərdarı, 25 yaşında  
Q ə n b ə r – Rüstəm bəyin sərkarı, 45 yaşında. 
 
Əhvalat vaqe olur tarixi-hicrinin min üç yüz otuzuncu ilinin yavıqlarında, Azərbaycan 
şəhərlərinin birində, Rusiya hökuməti əsrində. 
 
 
 
B İ R İ N C İ  M Ə C L İ S 
Rüstəm bəyin, Mirzə Məhəmmədəlinin  və Səməd Vahidin ümumi kabinəsi ... 
Otaqda oturub tək Rüstəm bəy ... oxuyub-yazmağa məşğuldur...  
İçəri qapı açılır və Zəhra bəyim qorxa-qorxa başını uzadıb yavaşca soruşur. 
 
Z ə h r a   b ə y i m.  Bala, görəsən, niyə uşaqlar yubandılar? 
R ü s t ə m   b ə y (başını stolun üstündən qovzamayıb). Ana, məni danışdırma, 
lüğət yazıram.  
(Zəhra bəyim dinməyib yox olur. Yenə bir dəqiqə sakitlik ilə keçir. Çöl qapını 
tıqqıldadırlar). 
R ü s t ə m   b ə y. Kimsən? Gir içəri. 
(Mirzə Həsən girir içəri.) 
M i r z ə   H ə s ə n. Səlam əleyküm. 
R ü s t ə m   b ə y. Əleykəssəlam. Mirzə, nə əcəb bu gün yubandın? 
M i r z ə      H  ə s ə n. Bağışlayasınız. Rüstəm bəy, çox səy elədim, tez gələ 
bilmədim. 
R ü s t ə m   b ə y. Əyləş. Dünən harda qaldıq? 
M i r z ə   H ə s ə n (kağıza baxır və oxuyur). Necə ki Yevropa, habelə Asiya 
millətlərinin hürufatının əvvəlincisi “A” sövtünün əlamətidir ki, biz ona “əlif” 
deyirik. 
R ü s t ə m   b ə y. Mirzə, dayan, gərək bir yerini dəyişək. Necə yazıbsan? 
Yevropa və Asiya millətlərinin? 
M i r z ə   H ə s ə n. Necə ki Yevropa, habelə Asiya millətlərinin hürufatının ... 
R ü s t ə m   b ə y. Dayan bir, yaxşı olar artırasan: cümləsinin. 
M i r z ə   H ə s ə n. Xub, cümləsinin (yazısını düzəldir), cümləsinin hürufa-
tının əvvəlincisi “A” sövtünün əlamətidir ki, biz ona “əlif” deyirik.... 
R ü s t ə m   b ə y (kitaba baxır). Yaz, (yavaş-yavaş deyir) bundan əlavə, xah 
Şərq tayfalarının bəzilərinin, habelə slavların, qreklərin.... 
M i r z ə   H ə s ə n. Yunanların.... 
R ü s t ə m   b ə y. Yunanların və qədim yəhudilərin dilində hürufatın əvvə-
lincisinin mənası həmi birdir, həmi mindir; necə ki, məsələn, ərəb dilində “əlif” 
ləfzi. (İçəri otaqdan uşaq səsi gəlir.) Səs eləməyin, mən lüğət yazıram (əlində 
kitab var-gəl edir). Mirzə, yaz; və lakin həmin “A” sövtü millətlərin bəzisinin 
dilində çox işlənir, bəzisinin dilində az işlənir... 
M i r z ə   H ə s ə n (yaza-yaza). Bəzisinin dilində... 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə