Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə72/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   83

 
171 
 

Azərbaycan ədəbiyyatında milli özünüdərkə qayıdış və istiqlalçılıq mərhələsi 

 
 
1. Azərbaycan nəsri antologiyası. 5 cilddə. V cild. Bakı: Şərq-Qərb, 2006, 
səh. 5-6. 
2. XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com.
 
 
 
 
 
 
 
 
BƏXTİYAR VAHABZADƏNİN HƏYATI,  
YARADICILIQ YOLU
 
 
 

ARAŞDIRMAYA 
HAZIRLAŞIN 
 
B.VAHABZADƏ HAQQINDA BİLDİKLƏRİNİZİ YADA SALIB YIĞCAM MÜZAKİRƏ APARIN  
Aşağıdakl qaydalara əməl etməklə mətni oxuyun. 
1. Mətni fərdi olaraq bütövlükdə  nəzərdən keçirin. Abzasların baş-
lanğıcına və sonuna, fərqləndirilmiş söz və cümlələrə xüsusi diqqət 
yetirin. 
2. Mətnin məzmunu ilə bağlı fikrinizdə yaranan sualları dəftərinizdə, 
yaxud iş  vərəqində yazın. Sual tərtib etməkdə  çətinlik çəksəniz, 
yenidən mətnə müraciət edin. 
3. Yazdığınız suallara cavab hazırlayın, bu zaman qısa qeydlər et-
məyiniz faydalıdır. Mətndə birbaşa sualla bağlı yerləri (söz, cümlə, 
abzas) silinməsi mümkün olan işarə ilə fərqləndirin. 

Suallar
Onların qısa cavabı 
4. Suallara hazırladığınız cavabları  mətnə baxmadan parta yolda-
şınıza danışın. Unutduğunuz yerləri danışdığınız məqamda təkrar 
edə bilərsiniz. 
5. Kiçik qruplarda birləşib qənaətlərinizi bölüşün. 
6. Gəldiyiniz nəticələri və öyrəndiklərinizə daha nələri əlavə etməyin vacib 
olduğunu təqdimatlar əsasında müzakirə edib bəndlər şəklində yazın.
 
 
 
• 
MƏNBƏLƏR
 
 
 
Bizi  əhatə edən aləmdə  nə varsa, Bəxtiyar Vahab-
zadəni dərindən düşündürür: xeyir və  şəri, gözəl-
liklə eybəcərliyi, böyüklüklə kiçikliyi, bir sözlə, 
insan ruhunun ali və xırda duyğularını poeziya sə-
viyyəsinə qaldırmaq onun fitrətindədir. Mütəfək-
kir sənətkarın, ustad şairin başlıca qayəsi, uğuru 
da bundadır. 
Çingiz Aytmatov 
 
 
 
 
Bəxtiyar Vahabzadə 
 (1925–2009) 
  LAYİHƏ


 
172 
 
Bəxtiyar Mahmud oğlu Vahabzadə  Şəki  şə-
hərində anadan olmuşdur. Kollektivləşmə əley-
hinə  Şəkidə baş verən xalq üsyanı, xalqın igid 
oğullarını rus ordusunun amansızlıqla qətlə 
yetirməsi, atasının, əmilərinin həbsi kiçik Bəxtiyara ağır təsir etmiş, onun bü-
tün sonrakı  həyatında dərin iz buraxmışdır.  Şəkidə ibtidai məktəbdə oxuyan 
Bəxtiyar repressiyalardan qorunmaq üçün 1934-cü ildə ailəsi ilə Bakıya köçmüş 
və  təhsilini burada davam etdirmişdir. Orta məktəbdə  təhsil aldığı    dövrdə o,  
ədəbi dərnəklərdə fəal iştirak etmiş, ədəbiyyata böyük maraq göstərmişdir. 
Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan B.Vahabzadə Mir 
Cəlalın rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvlərindən olmuş,  şeirləri 
poeziya  almanaxlarında çap olunmuşdur. Gənc  şairin “Ana və  şəkil” adlı  şeiri  
1943-cü ildə dərc olunmuşdur. “Mənim dostlarım” adlı ilk kitabı 1949-cu ildə işıq 
üzü görmüşdür. Sonrakı illərdə onun “Əbədi heykəl” (1953), “Sadə adamlar” 
(1954), “Ceyran” (1957), “İnsan və zaman” (1964) və s. kitabları nəşr olunmuşdur. 
B.Vahabzadənin elmi-pedaqoji fəaliyyəti təhsil aldığı universitetlə bağlı 
olmuşdur. 1988-ci ildə Ermənistan ölkəmizə qarşı işğalçılıq müharibəsi başla-
yanda B.Vahabzadə xalq hərəkatının rəhbərlərindən biri olmuş, torpaqlarımızın 
azad edilməsi uğrunda mübarizəyə xalqımızın səfərbər olmasında böyük rol 
oynamışdır. 
B.Vahabzadə yaradıcılığının bütün mərhələlə-
rində  zəngin  ənənələrə malik Azərbaycan lirika-
sını orijinal şeirlərlə zənginləşdirmişdir. Onun və-
təndaşlıq lirikası milli istiqlal düşüncələrindən 
yoğrulmuş ictimai-fəlsəfi şeirlərinin mükəmməl bir toplusundan ibarətdir. İctimai-
fəlsəfi lirikanın kamil nümunələrini yaratmaqla yanaşı, B.Vahabzadə həm də incə 
ruhlu  şeirlər yazmaq ənənəsinə sadiq qalmışdır. XX əsrin altmışıncı illərində 
yazılmış “Dodaqda gəz”, “Biri sənsən, biri mən”, “Bəhanəm” şeirləri, yetmişinci-
səksəninci illərdə qələmə alınmış “Kəpənək”, “İnsan göydə ay kimidir”, “Küsəndə” 
kimi poetik nümunələr təkcə yarandığı dövrün deyil, ümumiyyətlə, Azərbaycan 
lirik poeziyasının önəmli hadisəsidir.  
Müstəqilliyin möhkəmləndirilməsi uğrunda gedən mübarizə  günlərində mey-
dana çıxmış “Ömür qatarı”, “Mən aldanmaq istəyirəm”, “Sənsizliyin içində”, 
“Borcludur” və s. lirik şeirləri xalq şairinin yaradıcılıq imkanlarının tükən-
məzliyini nümayiş etdirir. 
Müharibə dövrünün ovqatı ilə yazılmış “Ana və şəkil” şeirində övladını cəb-
həyə yola salan ananın keçirdiyi hislər  tərənnüm edilir. “Yaşıl çəmən, ağac altı, 
bir də ki tünd çay” şeirində  cəbhədəki dostundan ürəkdolusu danışan azər-
baycanlı döyüşçü obrazı yaradılmışdır. “Məktəb yolları”, “İlk cığır”, “Tələbə-
müəllim”, “Yazı taxtası” şeirlərini şair məktəb, təhsil mövzusunda yazmışdır. 
B.Vahabzadənin  lirikasında vətəndaşlıq duyğularına, ana dilinə həsr olunmuş 
şeirlər mühüm yer tutur. “Vətəndaş” şeirində insanın vətən qarşısında borcu təsirli 
bədii dillə xatırladılır. “Ana dili” əsərində şair doğma dilimizdə danışmağı ar bilən 
insanlara vətən çörəyini haram bilir. “Latın dili”ndə  nəinki Azərbaycan 
ədəbiyyatında, hətta keçmiş Sovet İttifaqı miqyasında milli azadlığın vacib şərt-
lərindən olan ana dili uğrunda mübarizədən söz açılır. Sənətkarın “Azərbaycan–
Türkiyə” adlı məşhur şeiri dövlətçiliyini bərpa edəndən sonra Azərbaycana bütün 
sahələrdə təmənnasız dəstək verən qardaş Türkiyə Cümhuriyyəti ilə tarixi bağlılığı 
və çağdaş münasibətləri əks etdirən təsirli poetik nümunədir. 
B.Vahabzadənin həyat yolu və 
yaradıcılığı  hansı cəhətləri ilə 
diqqəti cəlb edir? 
Şairin lirikasında  hansı problem-
lərə önəm verilmişdir? 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə