175
•
Azərbaycan ədəbiyyatında milli özünüdərkə qayıdış və istiqlalçılıq mərhələsi
•
TƏZADLAR İÇİNDƏ
Yalana, riyaya nə qədər uyduq,
Biz Qızıl Orduya abidə qoyduq...
Həmin Qızıl Ordu günün birində
Bizim qanımızı tökdü...
Qatil bizimlə bir o gecə həm də
Haqqı, həqiqəti tutdu qurşuna.
Hansı göstərişlə gəlibmiş, görən,
Silahsız kütləni bu qıran ordu?
Vallah, bu vəhşəti törədə bilməz
Ən qəddar, qudurğan, çıldıran ordu...
Şər üçün nə qayda,
nə şərt, nə qanun?
Bu imiş “haqq işi” Qızıl Ordunun...
Kimdir bəs ölənlər?
İnanmaq çətin!
Dünən Rusiya üçün can verənlərin,
Şəhid düşənlərin şəhid övladı!
Əfsus! Eyni olur şəhidin adı!
O, şəhid, bu, şəhid!
Sən bir işə bax!
O nəyin uğrunda, bu, nəyin, ancaq!
O şənbə gecəsi, o məlun gecə
Birdən üzə çıxdı bu fərq gör necə?!
Ədalət də, gerçək də,
Vallah, yoxdu o gecə.
Zülm, zalım əlilə
Haqqı boğdu o gecə.
Tunc zirehli ilanlar,
Haqqımızı nə anlar!
Həqiqəti yalanlar
Küncə sıxdı o gecə!
Kimə deyim dərdimi?
Qəsbkar namərdəmi?
Yetmiş ilin dərd-qəmi
Gözdən axdı o gecə.
Analar amanından
Sinələr oldu şan-şan.
Şəhidlərin qanından,
Şimşək çaxdı o gecə.
Qara geydi bu Vətən,
Yox hayına bir yetən.
Həyata hamiləykən,
Ölüm doğdu o gecə.
Nə deyək bu vəhşətə,
Bu zülmə, bu dəhşətə;
Allah bu müsibətə
Necə baxdı o gecə?
LAYİHƏ
176
Ertəsi... Bakının küçələrindən
Yudular millətin qızıl qanını.
Yuya biləcəkmi o cəllad, görən,
Qanla ləkələnmiş öz vicdanını?
Gecənin yarısı... hər yan qan-qada,
Qırmızı güllələr uçur havada.
Özünü itirmir adamlar yenə,
Yetirir özünü haya-haraya.
Maşınlar bir yana,
çiyinlərdə də
Yaralı daşınır xəstəxanaya.
Güllə vıyıltısı... Bu acı səsdən
Titrəyir,
lərzəyə gəlir bina da.
Amansız soldatlar keçirir qəsdən
Bütün çıraqları xəstəxanada.
Gör necə böyükmüş bizə qəzəb, kin,
Burda da göründü, qalmadı qında.
Çarəsiz həkimlər indi neyləsin? –
Əməliyyat gedir şam işığında.
Səhər açılınca adamlar bir-bir
Yığılıb gəlir.
Qan vermək istəyir yaralılara.
Amma insaf hara, qantökən hara?
Soldatlar töküldü hey axın-axın,
Döyükə-döyükə baxdı dörd yana.
Tutuldu bir anda xəstəxananın
Həyəti, bağçası gülləbarana.
Heç kəs bu sifətdə görməyib şəri,
Hələ bəs deyilmiş tökülən qanlar?
Xəstəyə qan vermək istəyənləri
Bir anın içində dağıtdı onlar...
Ertəsi... Bakının küçələrindən
Yudular millətin qızıl qanını.
Yuya biləcəkmi o cəllad, görən,
Qanla ləkələnmiş öz vicdanını?
EŞQ OLSUN SİZƏ
Bəzən öz-özümə düşünürəm mən:
Nahaq şəhid oldu bizim cavanlar.
Ömrü ucuz verdi...
bir iş görmədən
Boş yerə ölməyin nə mənası var?!
Sonra düşünürəm: onlar qorxmadan,
Cumdular ölümün üstünə belə.
Bir iş görmədilər yaşayan zaman,
Qəhrəman oldular ölümləriylə.
LAYİHƏ
177
•
Azərbaycan ədəbiyyatında milli özünüdərkə qayıdış və istiqlalçılıq mərhələsi
•
Bizim əlimizdən çoxdan alınmış
Haqqı bu dünyaya bildirdi onlar.
Millətin qəlbinə qəsdən salınmış
Qorxu iblisini öldürdü onlar.
O gecə dağlardan enən sel təki,
Qəzəbdən köpürüb daşdı millətim.
O şənbə gecəsi ürəyindəki
Qorxu hasarını aşdı millətim.
Bu ölüm, bu qırğın dərs olsun bizə,
Deməyək boş yerə candan keçdilər...
Onlar şəhid olub millətimizə,
Cəsarət dərsini təlim keçdilər.
Xəyal bir çiçək də bitirə bilməz,
Bu gündən sabaha körpü salmasa.
Azadlıq ağacı bar verə bilməz,
Şəhidlər qanıyla suvarılmasa...
Baxıb sinələrdən axan al-qana,
Buludlar kişnədi, göy qan ağladı.
O şənbə gecəsi Vətən başına
Elə Vətən boyda qara bağladı.
Azadlıq verilmir, alınır,
dayan!
Onun elçisidir, ölüm, qan-qada.
Ölümə, cəfaya hazır olmayan
Millət hazır deyil azadlığa da.
Yalın əllər ilə tanklar üstünə
Atılan cavanlar, eşq olsun sizə!
Siz təsdiq etdiniz azadlığın da
Halal olduğunu millətimizə!
Şəhid rütbəsinə qalxan cavanlar
Sinəsi hər zülmə qalxan cavanlar,
Böyük Nəsiminin, ulu Babəkin
Xeyir-duasını aldı o gecə.
Zamandan irəli sıçrayıb, yəqin,
Tarixdə tarixtək qaldı o gecə.
1. Əsərin ikinci hissəsini (burada parçalar verilmişdir) nəzərdən keçirin.
2. Oxuduğunuz parçalarda ifadə olunmuş mühüm fikirləri müəyyən-
ləşdirməyə çalışın.
3. Tanış olmayan sözlərin mənasını aydınlaşdırın.
4. Daha maraqlı hesab etdiyiniz məcazları yazın.
5. “Eşq olsun sizə” hissəsindən kiçik bir parçanın ifadəli oxusuna ha-
zırlaşın. Şərti işarələrdən istifadə edin.
6. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
• EVDƏ İŞ
LAYİHƏ
178
İKİNCİ HİSSƏ
(parçalar)
MATƏM MƏRASİMİ
Qəzəb şimşəyindən hər baxış nida!
Hər üzdə, hər gözdə bir sual ağlar.
İnsan dənizinin dalğalarında
Üzür asta-asta tabut-qayıqlar.
Xalq dözə bilsə də zülmün şərinə,
Yanır gözlərində kini, nifrəti.
Alıb tabutları çiyinlərinə,
Allaha göstərir bu cinayəti...
Qızıl qərənfillər əllərdə min-min,
Şəhidlər önündə bir an dondular.
Fədakar oğullar Rəsulzadənin
Bayrağı altında dəfn olundular...
On səkkizdə ölən köhnə şəhidlər
Təzə şəhidləri bağrına basdı.
AXI, BİZ NEYLƏMİŞDİK?
Şəhidlər xiyabanı...
Dilə gəlir məzarlar:
– Axı biz neyləmişdik?
Bu ittiham, bu sual
Şəhidlərin birləşən hər yasında səslənir;
Fərizənin, İlhamın
Çırağı söndürülmüş komasında səslənir:
–Axı biz neyləmişdik?
Ağsaqqal babaların, ağbirçək nənələrin
Duasında səslənir:
– Axı biz neyləmişdik?
Bu ittiham, bu sual
Məktəbli Larisanın qara lentə tutulmuş
Partasında səslənir:
– Axı biz neyləmişdik?
Günahsız qurbanların başdaşında səslənir.
Onların yetim qalan körpə balalarının
Dünyadan haqq istəyən göz yaşında səslənir:
– Axı biz neyləmişdik?
Bu ittiham, bu sual
Bağrına dağ çəkilən qocaman bir millətin
Dodağında səslənir.
– Axı biz neyləmişdik?
Cavab verən olmadı:
– Axı biz neyləmişdik?
Boğdular bir millətin
LAYİHƏ
Dostları ilə paylaş: |