173
•
Azərbaycan ədəbiyyatında milli özünüdərkə qayıdış və istiqlalçılıq mərhələsi
•
B.Vahabzadənin poema yaradıcılığı mövzu-
problem əlvanlığı ilə seçilir. Onun ilk poeması
Məhəmməd Hadiyə həsr olunmuş “Xəzan bül-
bülü” (1942) əsəridir. 60-cı illər ədəbiyyatımızın
dəyərli nümunələri olan “Şəbi-hicran” M.Füzuliyə, “Ağlar-güləyən” M.Ə.Sabirə
həsr olunmuş, “Muğam” poemasında musiqi sənətimizin nadir
incisi olan muğam-
larımızdan söz açılmışdır.
Tarixi mövzuda yazılmış “Gülüstan” (1959) poeması geniş əks-səda doğur-
muşdur. Əsərdə Azərbaycanın birliyi və azadlığı ideyası önə çəkilmiş, yurdumuzu
iki yerə bölmüş rus imperiyası və İranla yanaşı, qəsbkar sovet rejiminə də etiraz,
gələcək nəsillərin xalqın azadlıq, müstəqillik ideallarını həyata keçirəcəyinə inam
öz əksini tapmışdır.
B.Vahabzadənin sovet dövrü milli azadlıq düşüncəsi
beynəlxalq mövzularda
yazılmış əsərlərində öz əksini tapmışdır. Bu baxımdan onun 1967-ci ildə tamam-
ladığı “Təzadlar” poeması, əslində, Azərbaycan həqiqətlərinə həsr olunmuş
qiymətli əsərdir. Şair poemada Vyetnam müharibəsi fonunda azadlıq düşün-
cələrini əks etdirmişdir.
Sənətkarın fəal vətəndaşlıq mövqeyi onun
dram əsərlərində də öz əksini tapmışdır. Müx-
təlif illərdə yazılmış “Vicdan”, “İkinci səs”, “Ya-
ğışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”
mənzum dramları rəğbətlə qarşılanmışdır.
Azərbaycanın işğalına, xalq qəhrəmanı Babəkin
edam edilməsinə nail olmuş
Aqşinin ərəb xilafətinin valisi kimi Azərbaycana qayıtması və həyatını dar
ağacında bitirməsi “Dar ağacı” pyesində ibrətamiz hadisə kimi əks etdirilir.
Ədibin fikrincə, xalqından ayrı düşən, ona xəyanət edən insan xoşbəxt tale
yaşaya bilməz. Tarixi faciə olan, mövzusu İmadəddin Nəsiminin
dövründən,
hürufilikdən götürülmüş “Fəryad”da fikir və şəxsiyyət azadlığı problemi
qoyulub. Əsərdə azadlıq uğrunda mübarizə aparan, ölümə gedən insanın haqq
səsinin – fəryadının eşidilməsi niyyəti ön planda durur.
“Kitabi-Dədə Qorqud”un motivləri əsasında yazılmış “Özümüzü kəsən qı-
lınc” dramında ədib ortaq soykökünə malik türklərin ulu keçmişinin tarixi mə-
qamlarını diqqət mərkəzinə çəkmişdir. Azərbaycanda və Türkiyə səhnəsində
böyük uğurla tamaşaya qoyulan bu əsər türk xalqlarının birliyə olan ehtiyacının
ədəbiyyatdakı böyük əks-sədasıdır. Son əsərlərindən biri olan “Özümüzü kəsən
qılınc” şairin türk dünyasına vəsiyyətnaməsi kimi səslənir.
ARAŞDIRMANI
DAVAM
ETDİRİN
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlu-
mat əsasında zənginləşdirin və tamamlayın.
2. Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə
etməyə çalışın:
a) B.Vahabzadənin tarixi mövzuda yazdığı əsərlər hansı xüsusiy-
yətləri ilə diqqəti cəlb edir?
b) Ədibin dramatik əsərlərində hansı siyasi
və mənəvi problemlər
qoyulub?
3. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
1. B.Vahabzadə. Əsərləri. 2 cilddə. I cild. Bakı: Öndər, 2004, səh. 6-7.
2. Azərbaycan dramaturgiyası antologiyası. 5 cilddə. I cild. Bakı: Şərq–Qərb,
2007, səh. 19-20.
3. XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com.
• EVDƏ İŞ
•
MƏNBƏLƏR
Şairin poemalarının mövzu-prob-
lem özəllikləri hansılardır?
Ədibin dramaturgiyasını mövzu-
problem baxımından səciyyələn-
dirən başlıca cəhətlər hansılardır?
LAYİHƏ
174
ŞƏHİDLƏR
(ixtisarla)
•
MƏZMUN
ÜZRƏ İŞ
OXUYA HAZIRLAŞIN
Sualların üzərində düşünün, cavablarını cədvəldə qeyd etdikdən son-
ra fikir mübadiləsi və müzakirə aparın.
Şəhid kimə
deyilir?
“Şəhidlik zirvəsi,” “şəhidlər
ölməz” ifadəsinin mənasını necə
başa düşürsünüz?
Şəhidlərin
keçdiyi yol bizə
nəyi öyrədir?
Aşağıdakı qaydalara əməl etməklə əsərdən verilmiş parçanın məzmu-
nu üzərində işləyin.
1. Mətni bütövlükdə oxuyun (bunu fərqli formalarda həyata keçirə
bilərsiniz).
2. Kiçik qruplar yaradın, aşağıdakı tövsiyələrdən bəhrələnməklə sual-
lar və onlara cavab hazırlayın.
a) Məzmunun necə mənimsənildiyini aşkara çıxarmağa
xidmət edən
lər. (Kim? Nə? Harada?)
b) Əsərin məzmununu şərh etməyə istiqamətləndirənlər. (Bu əlaqələr
hansılardır? Bunun baş verəcəyi gözlənilirdimi? Hansı nəticəyə
gəlmək olar?)
c) Dəyərləndirməyə yönəldənlər (Nə üçün belə oldu? Başqa cür ola bi-
lərdimi? Hansı düşüncəyə səbəb olur?)
d) Münasibət bildirməyə imkan yaradanlar (Ədalətlidirmi? Haqlı say-
maq olarmı? Bu səhvi bağışlamaq mümkündürmü?)
3. Əsərdən oxuduğunuz parça hansı milli-mənəvi dəyərlər barədə
danışmağa imkan verir?
4. Təqdimatlar etməklə qənaətlərinizi bölüşün və gəldiyiniz nəticələri
müzakirə edin.
NƏ İSTƏYİR BU MİLLƏT?
İstəkləri gözündə,
tələbləri dilində,
Millət dənizə döndü dənizin sahilində.
Dalğalandı bu millət,
Alışıb öz oduna, yandı, yandı bu millət.
Dilsiz, sağır göylərə dirək oldu haqq səsi,
Başlandı bu ölkənin meydan mübarizəsi...
O zaman ki özümüz olduq öz dustağımız,
Qəlbimizə sığındı üçrəngli bayrağımız.
O vaxt ki azadlığın işartısı göründü,
Qəlbimizi bir anda dəlib keçdi o bayraq,
Qəlbimizdən boylanıb ələ keçdi o bayraq.
Bir məqsədə calandı,
Əllərdə dalğalandı.
Qatil bunu görüncə pozdu cəlalımızı,
Qanımıza boyadı bizim hilalımızı.
• I dərs
LAYİHƏ