169
•
Azərbaycan ədəbiyyatında milli özünüdərkə qayıdış və istiqlalçılıq mərhələsi
•
İctimai-siyasi proseslərin təsiri ilə ədəbiyyatda 1990-cı illərin əvvəllərində
taleyüklü məsələlərə və insana münasibətdə baxışlar dəyişir, bədii
fikirdə müs-
təqil dövlətçilik düşüncəsi güclənirdi. Lakin yeni dövlət quruculuğunun başlan-
ğıc dövründə iqtisadi böhran, qeyri-sabit həyat tərzi, cəbhədəki uğursuzluqlar
ədəbiyyatda dərin və əhatəli əsərlərin yaranmasını ləngidirdi.
Dağlıq Qarabağın işğalı, qaçqın və köçkün axınının yaratdığı çətinliklər cə-
miyyətdə
birmənalı qarşılanmırdı. Həmin mərhələdə hərbi-siyasi və iqtisadi-
mənəvi çətinliklərin bəzən, hətta ümidsizlik doğurması ədəbiyyatda
bir çox
hallarda durğunluğa və məyusluğa səbəb olurdu.
Müstəqillik uğrunda mübarizənin gerçəklikləri Azərbaycan ədəbiyyatına öz
mövzularını gətirdi. Ədəbiyyatda milli ruh, vətəndaşlıq mövqeyi, həyəcan, çağırış,
birlik və vətənpərvərlik duyğusu qüvvətləndi. 20 Yanvar, şəhidlik və milli azadlıq
mövzusu Azərbaycan ədəbiyyatının tarixi salnaməsinə yeni motivlər, fərqli
obrazlar, təsirli səhifələr əlavə etmişdir.
1990-cı illərin əvvəllərindən başlayaraq ictimai-
siyasi dəyişikliklərin ədəbiyyatımızın qarşısında
qoyduğu vəzifələri poeziyamız daha çevik həyata
keçirirdi. Müstəqillik ərəfəsində Bəxtiyar Vahab-
zadənin “Şəhidlər” poeması milli istiqlal marşının
nidaları kimi səslənmişdir. Xəlil Rza Ulutürkün “Davam edir 37” şeirində milli
azadlığa köklənmiş xalqımızın hələ ayaqda olan sovet imperiyasına etirazı əks olun-
muşdu. Məmməd Arazın, Sabir Rüstəmxanlının, Zəlimxan Yaqubun və başqalarının
şeirlərindəki imperiya mifini dağıdan düşüncələr, kəsərli fikirlər Azərbaycan
ədəbiyyatında müstəqil dövlətçilik qayəsinin dərinləşməsinə xidmət etmişdir.
Məmməd Aslanın “Ağla,
qərənfil, ağla” şeiri 20 Yanvar faciəsinin doğur-
duğu ümummilli kədərin bədii ifadəsi kimi yaranmışdır. Hidayətin “Qara yan-
var”, “Didərginlər” kitablarında toplanmış əsərlər müharibə və qaçqınlıq möv-
zusuna həsr olunmuşdur. Qarabağ müharibə mövzusu olmaqdan çox, milli is-
tiqlal mövzusuna çevrilmişdir. Hüseynbala Mirələmovun “Yanan qar” roma-
nında partizan hərəkatının təsviri əsasında Qarabağ uğrunda mübarizənin real-
lıqları əks etdirilmişdir. Xocalı faciəsi Azərbaycanda ölkənin ərazi bütövlüyü
uğrunda aparılan mübarizənin faciəli səhnələrini ədəbiyyata gətirmişdir.
Nürəngiz Günün “Xocalı simfoniyası” əsəri anaların fəryadı üstündə köklən-
mişdir. Azərbaycan ədəbiyyatında mübarizəyə çağırış poeziyası qüvvətlənmiş,
publisistikanın vətəndaşlıq kəsəri artmışdır.
Dövlət müstəqilliyinin başlanğıc
illərində
nəsrdə ilk uğurlu addımlar atılmışdır. Anarın
“Otel otağı” romanında Qarabağ müharibəsinin
fonunda ölkəni tərk edib getmiş ziyalının faciəsi
təqdim olunmuşdur. Elçinin nəsri və drama-
turgiyası ədəbiyyatımızda yeni məzmun, forma axtarışlarının uğurlu nəticəsi
kimi diqqəti cəlb edir. Sabir Əhmədlinin “20 Yanvar hekayələri”, İsi Məlikza-
dənin “Məndən nigaran qalmayın” əsərlərində müharibənin ayrı-ayrı məqamları
təsvir edilmişdir. Yeni tarixi mərhələdə qaçqınlıq da öz ədəbiyyatını yaratmış-
dır. Elçin Hüseynbəylinin “Qumru quşu”, “Kəndə gün çıxanda qayıdacağıq”, Əli
Səmədlinin “Gəlin gəlir” əsərlərində qaçqın həyatının məşəqqətli mənzərələri
canlandırılır. Sabir Rüstəmxanlının “Meydan” romanı müstəqillik
uğrunda
mübarizənin real dərkinə xidmət edir.
Müstəqillik dövrü Azərbaycan
poeziyasını səciyyələndirən əsas
cəhətlər hansılardır?
Müstəqillik dövrü Azərbaycan
nəsri hansı özünəməxsusluğu ilə
diqqəti cəlb edir?
LAYİHƏ
170
Bu dövrdə ədəbiyyatımız bütövlükdə azərbaycançılıq ideologiyası zəminində
inkişaf edir. Müstəqillik dövrünün ədəbiyyatı yeni Azərbaycanın və onun
qurucuları olan müasir insanın bədii obrazını təqdim edir. Ədəbiyyatımızın
inkişafında altmışıncılar və yetmişincilər ədəbi nəsilləri ilə yanaşı,
yeni tarixi
dövrün meydana çıxardığı müasir yazıçılar nəsli də fəal iştirak edir.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı öz yaradıcılarını da yetişdirmişdir.
Elçin Hüseynbəyli, Ramiz Rövşən, Afaq Məsud, Vaqif Bayatlı Odər, Aqil Abbas,
Rəşad Məcid, Rüstəm Behrudi, Əjdər Ol, İlqar Fəhmi, Adil Cəmil və başqaları
müstəqillik dövrü ədəbiyyatının yeni qüvvəsini təmsil edirlər.
Eyni zamanda bilavasitə müstəqilliyin yetirməsi olub bu dövr ədəbiyyatını
yaradanların sırasında özünü təsdiq edən Salam Sarvan, Qulu Ağsəs, Səlim
Babullaoğlu, Şərif Ağayar, Aqşin Yenisey,
Seymur Baycan, Elxan Qaraqan və baş-
qaları yaradıcılıqlarını uğurla davam etdirirlər.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı çə-
tin, ağrılı yol keçərək çoxmetodlu ədəbiyyat kimi
formalaşmışdır. Müstəqillik epoxasında ədəbi
cərəyanların yaranmasında müxtəlif qrup və bir-
liklərin mühüm rolu olmuşdur. Müstəqillik döv-
rünün demokratik ədəbi mühitinin doğurduğu yeni ədəbi cərəyanlar – postmoder-
nizm, dekadentizm, magik realizm və s. ədəbiyyat meydanındadır. Kamal Abdulla
və onunla həmfikir olanların timsalında postmodernizm ədəbi cərəyanı tərəfdar-
larının çoxalması, müxtəlif janrlarda yeni əsərlərin
meydana gəlməsi müşahidə
edilir. Keçən əsrin doxsanıncı illərinin ümidsizlik, çaşqınlıq, böhran əhval-ruhiy-
yəsi üstündə köklənmiş dekadentizm müxtəlif ədəbi nəsilləri təmsil edən yazıçı-
ların yaradıcılığında özünü büruzə verir. İsa Hüseynov, Yusif Səmədoğlu və b.
müstəqillik dövrü Azərbaycan ədəbiyyatında magik realizmi təmsil etmişlər.
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında yeni tipli tənqidi realizm cərə-
yanı formalaşmışdır. Klassik tənqidi realizmdən fərqli olaraq müasir dövrün
tənqidi realizmi ifşa yolu ilə getməyərək cəmiyyətin dərin, əsaslı bədii dərkini
müasirlik mövqeyindən meydana qoyur, yeni insanın gerçək obrazını yaradır,
insan mənəviyyatına zərər gətirən hallara qarşı çıxır.
Müstəqillik dövrünün çoxmetodlu ədəbiyyatı Azərbaycanda bərqərar olmuş
demokratik ədəbi mühitin çoxsəsli ədəbiyyatıdır.
Yeni tənqidi realizm, modernizm,
postmodernizm, dekadentizm, magik realizm və digər ədəbi cərəyanların təmsil-
çiləri olan ən yeni dövr Azərbaycan yazıçı və şairləri ədəbiyyatımızın milli və
ümumbəşəri dəyərlər zəminində inkişafına öz töhfələrini verirlər.
Milli müstəqillik dəyərlərinin, azad Azərbaycan idealının tərənnümü, azadlıq
uğrunda mübarizənin təsviri, Qarabağ müharibəsi mövzusu müstəqillik
dövrü ədə-
biyyatımız üçün
səciyyəvidir. Azərbaycan ədəbiyyatında sovet ideologiyasından,
sosializm realizmindən imtina ilə yanaşı, dünya ədəbi-bədii təcrübəsindən, fərqli
ədəbi metodlardan bəhrələnmək meyilli bu dövrdə getdikcə güclənmişdir.
ARAŞDIRMANI
DAVAM
ETDİRİN
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız mə-
lumat əsasında zənginləşdirin və tamamlayın.
2. Araşdırma apararkən aşağıdakı sualın cavabını əhatə etməyə ça-
lışın:
– Müstəqillik dövründə hansı sənətkarların yaradıcılığında milli
ideallar, mənəvi dəyərlər daha qabarıq əks olunmuşdur?
3. “Müstəqillik dövrü ədəbiyyatımız” mövzusunda yığcam məqalə yazın.
• EVDƏ İŞ
Müstəqillik dövrü ədəbiyyatında
çoxmetodluluq özünü necə
büruzə verir?
LAYİHƏ