Microsoft Word Logistika muhazir? konspekti 85 seh


Paylama logistikanın əsas funksiyası



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə39/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   35   36   37   38   39   40   41   42   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

Paylama logistikanın əsas funksiyası: 
əlverişli paylama, reallaşdırma və 
satışdır. Bu funksiyaların yerinə yetirilməsinə aşağıdakılar daxildir: 
→ alıcı tələbatının təyini və onun təmin olunması; 
→ malların çatdırılması üzrə təsərrüfat əlaqələrinin qurulması, istehlakçılara 
xidmətlərin göstərilməsi; 
→ paylama kanallarının və şəbəkələrinin təşkili strukturunun yaradılması; 
→ hazır məhsulun ehtiyatlarının toplanması, çeşidlənməsi və yerləşdirilməsi
→ hazır məhsulun, qaytarılan konteynerin və tullantıların nəql edilməsi; 
→ ehtiyatların idarə edilməsi, malların konsolidasiyası və paylanması; 
→ malın hərəkətinin rasional formalarının seçimi və ticarətin təşkili
→ hazır məhsulun və logistik xidmətin keyfiyyət standartlarının saxlanılması; 
→ paylanmanın monitorinqi və informasiya dəstəyi. 
Paylama və tədarük logistikasının arasında sərhəd dəyişkəndir, amma bu 
dəyişkənliyi müəyyən edən qaydalar stabil və dəqiqdir. 
Paylama logistikanın məqsədi 
− malların minimal xərclərlə lazımi vaxt 
ərzində istehlakçıya çatdırılmasıdır. Bu məqsədlərin təmin olunma mərhələləri: 
-
malların və ya xidmətlərin təklifinin genişlənilməsinə hazırlığı təmin etmək, 
-
malların və ya xidmətlərin rəqabətə davamlılığını təmin etmək, 
-
daim yeni satış bazarlarının axtarışını həyata keçirmək və köhnə bazarlarda 
vəziyyəti bərkitmək, 
-
malların təyinat yerinə nəql edilməsini təmin etmək
-
çatdırılma şərtlərini təkmilləşdirmək, 
-
istehlakçılarla möhkəm əlaqələri qurmaq
-
çatdırma sifarişlərinin icrasını izləmək, 
-
istehlakçı bazarlarında yeni anbarlar yaratmaq, 
-
istehlakçıların təcili ehtiyaclarını təmin etmək, 
-
maksimal servisi təmin etmək. 
Paylama logistik sisteminin formalaşması və işi gedişində aşağıdakı üç qızıl 
qaydanı reallaşdırmaq lazımdır. 
→ qayda 1. 
İstehlakçıların daha effektiv təmin olunması üçün paylama 
logistik zəncir son satış nöqtələrinə maksimal yaxınlaşmanı təmin etməlidir, 
məhsulun yük vahidindən imkan daxilində daha tez-tez istifadə etmək və maksimal 
mümkün yük nəqliyyat vahidi ilə mümkün qədər böyük məsafəyə nəql etməni 
yerinə yetirmək lazımdır. 
→ qayda 2. 
Logistik zəncirdə fiziki bölgü məsələsinin daha effektiv həlli 
üçün məhsulun qeydiyyat-müqavilə ölçü vahidlərinin və nəqliyyatın qeydiyyat- 
müqavilə vahidlərinin (onların tutumundan asılı olmayaraq) sayı minimal 
olmalıdır. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə