Microsoft Word Logistika muhazir? konspekti 85 seh



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə38/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   34   35   36   37   38   39   40   41   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

PAYLAMA LOGİSTIKASI. 
MƏSƏLƏLƏRİ VƏ FUNKSİYALARI. 
PAYLAMA LOGİSTIKASININ ƏSAS QAYDALARI 
 
Paylama logistikası 
− maddi axının müxtəlif topdansatış alıcıları arasında 
bölgüsü prosesində, yəni, malların topdan satışı prosesində reallaşdırılan qarşılıqlı 
əlaqəli funksiyalar kompleksidir. Paylama logistikası marketinqlə təyin edilən və 
stimullaşdırılan tələbatın təmin olunması ilə məşğul olur. Logistikada pərakəndə 
satış prosesinə, bir qayda olaraq baxılmır. 
Logistikanın başqa sahələrinə uyğun olaraq paylama logistikasına da mikro və 
makrosəviyyələrdə baxmaq olar. 
Mikrosəviyyədə paylama logistikası aşağıdakı məsələlərlə məşğul olur: 
→ təchizatçının anbarından hazır məhsulun yüklənməsi
→ reallaşdırma prosesinin planlaşdırılması; 
→ sifarişin almasının və yerinə yetirilməsinin təşkili
→ qablaşdırmanın növünün seçilməsi, komplektləşmə haqqında qərarın qəbul 
olunması, yükün boşaldılmasından bilavasitə əvvəl gələn başqa əməliyyatların icra 
edilməsinin təşkili; 
→ məhsulun boşaldılmasının təşkili; 
→ çatdırılmanın və daşıma prosesinə nəzarətin təşkili
→ satışdan sonrakı xidmətin təşkili. 
Makrosəviyyədə 
paylama logistikasının fəaliyyət spektri daha genişdir. Onun 
fəaliyyət sahəsinə maddi axının istehsalın sona çatma anından istehlakçının 
anbarına daxil olmasına qədər bütün hərəkət prosesi daxildir. 
Makrosəviyyədə 
paylama logistikasının məsələlərinə aşağıdakılar aiddir: 
→ maddi axının paylanma sxeminin seçimi
→ xidmət edilən ərazidə paylama mərkəzlərinin (anbarların) optimal sayının 
təyini; 


40 
→ xidmət edilən ərazidə paylama mərkəzlərinin (anbarın) optimal yerinin 
təyini, həmçinin rayonun, vilayətin, ölkənin, materikin və ya bütün yer kürəsinin 
ərazisi üzrə maddi axının hərəkəti prosesinin idarə edilməsi ilə bağlı bir sıra başqa 
məsələlər. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə