Microsoft Word Logistika muhazir? konspekti 85 seh



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə2/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   2   3   4   5   6   7   8   9   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

Logistika elmi 
− müəssisənin bölmələrinin və ya müəssisələr qrupunun
menecerlərin, idarə edənlərin fəaliyyətinin son məqsədə nail olmaq üçün optimal 



şəkildə təşkili ilə məşğul olan elmdir. 
Logistika 
resursların hərəkətinin idarə 
olunması haqqında elmdir. 
Logistikada material axını və həmçinin müşayiət edən axınlar − informasiya 
və maliyyə axınının planlaşdırılması, idarə edilməsi və təmin edilməsi nəzərdə 
tutulur. Logistika deyəndə, həmçinin də materialların və ya komponentlərin 
təchizatçılar vasitəsi ilə istehsalat müəssisələrindən son istehlakçılara lazımi 
müddətə, lazımi keyfiyyət səviyyəsi ilə, lazımi həcmli partiyalar və imkan 
daxilində ən aşağı xərclərlə fiziki hərəkəti nəzərdə tutulur. 
Beləliklə, elm kimi logistikanın 
tədqiqat obyekti 
və sahibkarlıq sahəsi kimi 
logistikanın 
idarə etmə obyekti 
axınlar sistemidir. 
Nəqliyyat sahəsi baxımından logistika elmi logistik zəncir üzrə maddi 
resursların, informasiyanın və maliyyə resurslarının optimal şəkildə yerdəyişməsini 
(ötürülməsini) təmin etməklə məşğul olur. Maddi resurs kimi yük və ya sərnişin 
nəzərdə tutulur. 
Göründüyü kimi nəqliyyat logistikasında 3 əsas elementin yerdəyişməsi 
əsasdır: yük, maliyyə, informasiya. Bu komponentlərin sıralanması nəqliyyat 
sisteminin miqyasından (şəhər daxili, şəhərlər arası və s.), iqtisadi əlaqələrdən və s. 
asılıdır. 
Logistikada istənilən halda 7 qayda prinsipi saxlanmalıdır: 
1.
Məhsul (mal, xammal) və ya obyekt (subyekt – lazımi məhsul, uyğun 
obyekt (subyekt); 
2.
Keyfiyyət – lazmi keyfiyyətdə; 
3.
Kəmiyyət (miqdar) – lazımi miqdarda; 
4.
Zaman – yük və sərnişin lazım olan vaxtda çatdırılmalıdır; 
5.
Məkan (yer) – lazımi yerə; 
6.
Xərclər – daşıma minimal xərclərlə aparılmalıdır; 
7.
İstehlakçı – lazımi (uyğun) istehlakçıya. 
Əgər yuxarıda sadalanan qaydalar yerinə yetirilərsə, məsələn lazımi 
keyfiyyətli yük, lazımi miqdarda lazımi istehlakçıya lazımi vaxtda minimal 
xərclərlə çatdırılarsa logistik fəaliyyətin məqsədinə çatılmış hesab olunur. 
Daşımaların baş tutması üçün daşınan yükə tələbat olmalıdır. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə