Microsoft Word Logistika muhazir? konspekti 85 seh


müəyyən logistik xidmətlər



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə14/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   10   11   12   13   14   15   16   17   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

müəyyən logistik xidmətlər 
siyasətinin 
hazırlanması ilə müşayiət olunmalıdır. Bu və ya digər vəziyyətlərdə 
bəzi xidmətlər digərlərindən daha çox effektiv olur. Malların və xidmətlərin üstün 
tutulması meyarları haqda istehlakçıların fikirlərini öyrənmək lazımdır. Məsələn, 
Yaponiyanın məşhur "Nissan" firmasıyla əməkdaşlıq edən şirkətlər birinci yerə 
məhsulun keyfiyyətini, ikinci yerə − çatdırmanın etibarlılığını, üçüncü yerə isə - 
firmanın potensialını qoydular, sonra ixtisaslaşdırılmış texniki nəzarətin 
mövcudluğu, çeviklik, müştəriyə oriyentasiya, qiymət, bazarda firmanın vəziyyəti 
və ictimai rəy kimi amillər gəlir. 
ÇATDIRMANIN NÖVLƏRİ 
DAŞIMALARIN TEXNOLOJİ SXEMLƏRİ 
 
Nəqliyyat logistikası nəqliyyatın inteqrasiya konsepsiyasına, təchizata, 
istehsala, satışa, ümumilikdə dövriyyə və istehsal sahəsində material axınının 
bütün hərəkəti boyunca minimum xərclər kriterisi ilə optimal həllin axtarışına 
əsaslanır. 
Müasir dövrdə nəqliyyat müəssisələri öz kommersiya və istehsal 
fəaliyyətlərinin xarakterini dəyişməli və onu istehlakçının ehtiyaclarının analizinə, 
öyrənilməsinə və təmin olunmasına yönəltməlidirlər. Nəqliyyat iki tərkib hissədən: 
təchizatçı (satıcıların məcmusu) və alıcıdan (alıcıların məcmusundan) ibarət
törəmə fəaliyyət növüdür. Aydındır ki, yalnız sonuncu alıcı malı (əmtəəni) aldıqda 
məhsulun satışı baş tutmuş fakt sayılır. Bazar şəraitində istənilən müəssisənin 
stabil vəziyyəti yalnız istehsal xərclərinin az olması ilə deyil, həmçinin də istehsal 
olunmuş malın satılma imkanı ilə müəyyən olunur. Hazır məhsulun paylanması 
zamanı müəssisə, firma, kompaniya, konsern onun daşınması ilə bağlı məsələləri 
həll etməli, nəqliyyat növünü və tipini, daşımaların təşkili metodunu seçməlidir. 
Yeni iqtisadi şərait, nəqliyyat xidmətləri bazarının formalaşması, nəqliyyat növləri 
arasında rəqabətin yaranması və güclənməsi nəqliyyatın iş təcrübəsini aktiv 
öyrənməyi və onun “təchizat – istehsal – satış” sistemində rolunu və yerini 
müəyyən etməyi nəzərdə tutur. 
MDB ölkələrində, o cümlədən Azərbaycanda istehsal olunan məhsulun 
rəqabət qabiliyyətinin aşağı olmasının səbəblərindən biri də nəqliyyat-ekspedisiya 
xidmətlərinə çəkilən xərclərin böyük olmasıdır, onların ölçüsü inkişaf etmiş 
ölkələrdə olan səviyyəni 2-3 dəfə üstələyir. Bunun səbəbi həm nəqliyyatın işində, 
həmçinin də ehtiyatların idarə olunmasında çatışmamazlıqların olmasındadır. 
Çatdırılma effektivliyinin artırılmasına hazırda lazımi diqqət ayrılmır. Çatdırılma 
dedikdə daşımalarla bərabər, məhsulun effektiv paylanmasını təmin edən bir sıra iş 


17 
və xidmətlər də başa düşülməlidir. ABŞ-da aparılan tədqiqatlar nəticəsində istehsal 
və paylanma prosesində nəqliyyat xərclərinin payının son məhsulun dəyərinin üçdə 
biri olduğu müəyyən olunub. Buna görə də məhsulun paylanmasının lazımi 
nəqliyyat təminatı resurslara qənaət etmənin ən vacib rezervlərindən biridir. 
Malın payalanma sistemində nəqliyyatın funksiyası onun nəqliyyat və 
ekspedisiya təminatındadır. 
Malın nəqliyyat-ekspedisiya təminatına aşağıdakılar daxildir: 

məhsulun istehsal yerindən istehlak yerinə çatdırılmasının planlaşdırılması, 
təşkili və yerinə yetirliməsi üzrə fəaliyyət, göndərmə partiyalarının 
daşımalara hazırlanması üzrə əlavə xidmət; 

lazımi daşıma sənədlərinin rəsmiləşdirilməsi; 

nəqliyyat müəssisələri ilə daşımalar üzrə müqavilələrin bağlanması; 

yüklərin daşınması üzrə hesablaşma; 

yükləmə-boşaltma işlərinin təşkili və yerinə yetirilməsi; 

saxlanma (çəkib bükmə, qablaşdırma, anbarlaşma); 

kiçik göndərişləin iriləşdirilməs, böyük göndərişlərin isə kiçililməsi; 

informasiya təminatı; 

sığorta, maliyyə və gömrük xidmətləri və s. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə