Microsoft Word Logistika muhazir? konspekti 85 seh



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə16/73
tarix05.10.2023
ölçüsü1,58 Mb.
#125784
1   ...   12   13   14   15   16   17   18   19   ...   73
Nəqliyyat-logistikası.-mühazirə-konspekti.

Multimodal daşımalar 
− ən azı iki müxtəlif nəqliyyat növü ilə yüklərin 
birbaşa qarışıq daşımalardır. Multimodal daşımalar beynəlxalq və ölkə daxili 
daşımalar şəklində yerinə yetirilə bilər. Bu daşımalar müxtəlif növlü nəqliyyatın: 
dəniz, dəmir yolu, avtomobil, aviasiya və yükləmə terminallarının cəlb edilməsi ilə 
yerinə yetirilir. Bu daşıma növü daşımanın bütün iştirakçılarının işinin 
konsolidasiyasını tələb edir. Yükləmə-boşatma məntəqələrində yük bir nəqliyyat 
növündən digərinə yük sahibinin iştirakı olmadan eyni yük vahidi ilə (və ya 
nəqliyyat vasitəsi ilə) verilir. 
Multimodal daşımalarda daşıyıcı yükün daşınmasını özü yerinə yetirir. 
İntermodal daşımalar 
− beynəlxalq daşımalarda yükün bir neçə növ 
nəqliyyat növü ilə vahid daşıma sənədi ilə çatdırılma sistemidir. 
Multimodal daşımalardan fərqli olaraq intermodal daşımalarda daşıyıcı 
daşıma prosesini müstəqil deyil, kənar kompaniyaların köməyi ilə yerinə yetirir. 
Yunimodal daşımalar 
– hər hansı bir nəqliyyat növü ilə birbaşa 
daşımalardır. 
İntermodal və multimodal daşımalarda daşıyıcılar adından yükgöndərənlə 
müqaviləni yükün daşınmasını yerinə yetirən birinci daşıyıcı (operator) bağlayır. 


19 
Yükün çatdırılma müddəti onun hər daşıyıcı tərəfindən çatdırılma müddətlərinin 
cəmi kimi tapılır. Hər daşıyıcı yükə (sərnişinə) görə onun daşınmaya qəbulu 
(sərnişinlərin minməsi) anından təhvil verilmə (sərnişinlərin düşürülməsi) anınadək 
məsuliyyət daşıyır. 
Göstərilən daşımaların hər birinin texnologiyasının, təşkilinin və idarə 
edilməsinin spesifik xüsusiyyətləri var, lakin onlar konkret texnoloji çatdırma (istər 
yük olsun, istər sərnişin) sxemləri şəklində ümumi texnoloji əsasa malikdir. 
Nəzərdə tutulan daşımaların hansı nəqliyyat növü ilə yerinə yetirilməsi bir 
sıra amildən asılıdır. Bunlardan əsaları aşağıdakılardır: 

konkret nəqliyyat növünün xarakteri və material-texniki bazasının inkişaf 
səviyyəsi; 

müəssisələrə və yaşayış məntəqələrinə nəzərən nəqliyyat vasitələrinin və 
nəqliyyat növləri şəbəkəsinin yerləşməsi; 

daşıma prosesinin təşkili, daşımaların müntəzəmliyi, yüklərin və 
sərnişinlərin çatdırılma müddəti. 
Hər nəqliyyat növü yerləşmə, texniki təchizat, daşıma imkanları, hərəkət 
tərkiblərinin müxtəlifliyinə görə xarakterik, yalnız ona xas olan xüsusiyyətlərə 
malikdir. Bu və ya digər nəqliyyat növünün iqtisadi cəhətdən səmərəli istifadə 
sahəsini müəyyən etmək üçün həm ümum təsərrüfat, həmçinin də spesifik 
nəqliyyat amillərini nəzərə almaq lazımdır. 
Daşıma növlərini bilərək hər bir nəqliyyat növünün istismar və iqtisadi- 
texniki xüsusiyyətlərini nəzərdən keçirək. Bunu bilmədən logistik zəncirin hər bir 
bəndində ən əlverişli nəqliyyat növünü seçmək çətindir. 

Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə